XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 July 2016 - 16:01

“Türkiyə iflas edəcək” deyən “div”in canı çıxmaq üzrədir –Araşdırma

deut-bank

“Türkiyə iflas edəcək” iddiasını irəli sürmüş və ən böyük ortağı Rothschildlər olan Almaniyanın maliyyə nəhəngi “Deutsche Bank” çətin vəziyyətdədir. Avropa digər iqtisadi divlərinin də aqibəti sual altındadır.

Hazırda 2016-cı ilin nəticələri əsasında Qoca Qitənin iqtisadi durumu təhlil edilir. Ürəkaçan göstəricilərin yoxluğu qlobal böhranın yeni dalğasının yaxınlaşması haqqında qorxular doğurur. Avropanın bir çox istehsal-kommersiya nəhəngləri itkilərini hesablamaqdadır.

Məsələn, “Volkswagen AG”-nin səhmləri kəskin şəkildə ucuzlaşıb. Gəlirlərin 56% endiyini bilən səhmdarlar atmosferi çirkləndirməsi ilə bağlı konsernin böyük məbləğdə cərimə ödədiyindən də xəbərdardırlar. “VW” əsas rəqiblərini – “Toyota Motor Corp.” və “General Motors Co.”-u satış göstəricilərinə görə xeyli qabaqlayıb. Lakin qalmaqal ucbatından gəlir 1,2 mlrd. avroya enib. ABŞ-da bu şirkətə kəsilən cərimələrə görə “VW” 15 mlrd. dollar ödəməlidir. Aldadılmış istehlakçıların tələbini qarşılamaq üçün daha 16 mlrd. avro ödəniş etmək lazım gələcək.

“Volkswagen”dən sonra Almaniyanın ikinci nəhəngi, dünyanın nüfuzlu maliyyə quruluşlarından biri olan “Deutsche Bank”ın səhmləri ilin əvvəlindən indiyədək 43% ucuzlaşıb. Keçən il faiz manipulyasiya etdiyi üçün ABŞ-da barəsində 2,5 milyard dollar cəza kəsilən bankın bəzi terrorçu qrupları maliyyələşdirdiyi və “çirkli pul” yuması ortaya çıxıb. Təxminən 150 il əvvəl qurulan “Deutsche Bank”ın gəlirləri 2016-cı ilin ikinci rübündə 20% azalaraq 7,4 mlrd. avro səviyyəsinə enib.

Bir sözlə, 2008-ci ilin sonunda Türkiyənin nağd pul çətinliyi çəkərək böhrana girəcəyini açıqlayan alman bankının gələcəyi indi sual altındadır.

Qeyd edək ki, həmin tarixdə Türkiyə Mərkəzi Bankının ümumi valyuta ehtiyatları 70 mlrd. dollar idi, bu gün isə 101 mlrd. dollara çatıb. Keçən il 6.8 milyard avroluq zərərə baxmayaraq, “Deutsche Bank”ın rəhbərliyi yüksək maaşlarında imtina etməyib.

2016-cı ildə maaş və bonus ödəmə planında dəyişiklik yoxdur. Rəhbərliyin yüksək məvaciblərinə səhmdarların etirazları hər vəchlə rədd edilir. Mənfəəti 98% azalan “Deutsche Bank”dan sonra “Apple”dan da zərər xəbərləri gəlir. Keçən ilin aprel-iyun dövründə gəliri 49,6 mlrd. dollar olan “Apple”ın 2016-cı ilin ikinci rübündə gəliri 14,5% (42,4 milyard dollar) enib.

Son 13 ilin ən pis vəziyyətini yaşayan “Apple”ın gəlirlərinin 7,8 milyard dollar azalması 2003-dən bu yana “iPhone” satışlarının ilk dəfə eniş göstərməyə başlaması və 2016-ın ilk iki rübündə üst-üstə çox sərt eniş sərmayəçilərin narahatlığını doğurub. BŞ-ın ötən il 20 milyard dollar cəza kəsdiyi “BP”-də də işlər yaxşı getmir. Dünyanın ən böyük neft istehsalçılarından olan “BP”nin Meksika körfəzindəki neft platformasında 2010-ci ildə meydana gələn partlayışın vurduğu zərər 61.6 milyard dollar olub. 87 gün davam edən faciədə zamanı okeana 500 milyon litr xam neft axıb, 11 işçi ölüb.

Dünyanın ən böyük fəlakətlərindən biri olan bu qəzadan sonra şirkətin səhmlərinin dəyəri aşağı düşməkdə davam edir. Avropa Birliyindən ayrılmağa qərar verən Böyük Britaniyanın inflyasiya gözləntiləri özünü doğruldur.

Milli Statistika Ofisindən verilən açıqlamaya görə, may-iyun ayları dövrdə təyyarə biletlərinin qiymətləri 10,9% artıb. 360 mlrd. avro krediti batıran İtaliyada isə bank böhranı baş alıb gedir. FED-in faizi artıracağı gözləntisi və İtaliyadakı bank böhranı AB-də təlatüm doğurub.

Fransada ümumi daxili məhsulun (ÜDM) artımı bu ilin ilk aylarında cəmi 0,7% olub. İşsizliyin səviyyəsi nisbətən azlsa da, qənaət rejiminə keçən əksər fransızlar iqtisadi göstəricilərin xeyli aşağı olduğunu istənilən iqtisadçıdan yaxşı bilirlər.

İspaniyada da ÜDM göstəricisi eynidir. İşsizlik 20% azalıb.

Bu il turizm sektorunda xeyli irəliləmə var. Lakin siyasi səbatsızlıq, daha doğrusu, krallığın düz 8 aydır hökumətsiz qalması da bütün bunlara öz mənfi təsirini göstərir.

M.Rzasoy