XƏBƏR LENTİ

10 Avqust 2020
09 Avqust 2020

Digər Xəbərlər

14 İyul 2015 - 23:52

Yarım milyonunu mənimsəyib, əvəzində vəzifə təklif etdilər! – 3 iri məmurun adının keçdiyi cinayət əməli

Azərbaycanda növbəti məmur dələduzluğu; hüquq-mühafizə sistemində yüksək vəzifə tutmuş şəxsi övladını oğurlamaqla hədələyiblər!

789
İsmayıl Vəliyev və Xəzər Aslanov
—————————————-

Son illər Azərbaycanda dələduzluğun, başqalarının etibarından sui-istifadə edərək külli miqdarda vəsaitin ələ keçirilməsi hallarının artdığı müşahidə olunur. Demək olar ki, hər həftə mətbuatda bu cür faktlara dair məlumatlara rast gəlinir. Kimiləri tikinti şirkətləri yaradaraq, kütləvi şəkildə vətəndaşlardan pul yığıb aradan çıxır, kimiləri vəzifəyə qoymaq adı ilə müxtəlif adamlardan pul toplayıb qaytarmır, kimi də şərikli biznes qurmaq və ya borc adı ilə aldığı pulları mənimsəyir…
Heç şübhəsiz, bu cür halların kütləviləşməsinin başlıca səbəblərindən biri dələduzluqla məşğul olan şəxslərin sərt şəkildə cəzalandırılmaması, bir çox hallarda hətta onların cinayət məsuliyyətinə cəlb edilməməsidir. Əksər hallarda polisdə, digər hüquq-mühafizə orqanlarında dələduzların qurbanlarına işdə cinayət tərkibinin olmadığı deyilir, mülki iş kimi məhkəməyə müraciət etmək tövsiyyə olunur. Aylarla, illərlə uzanan məhkəmələrdə isə zərərçəkmişlərin haqları təmin edilmir.

Bəzən isə hətta hüquq-mühafizə orqanlarında çalışanlar dələduzların ələ keçirdiyi vəsaitdən müəyyən pay alaraq, işi uzada bildikcə uzadır. Axırda da heç bir tədbir görmədən zərərçəkmişə məhkəməyə getmək məsləhəti verilir…
Məhz bunun nəticəsidir ki, bu gün ölkədə dələduzların qurbanına çevirilmiş minlərlə insan haqqının bərpa edilməsi üçün “hara müraciət etsin” sualına cavab axtarır. Bir çoxu da səslərini ölkə rəhbərliyinə, hüquq-mühafizə orqanlarının başında duran şəxslərə çatdrmaq üçün mətbuata üz tutur. Ehtiyatda olan zabit Əliyev Əbülfəz Cəlal oğlunu da belələrindən hesab etmək olar.

Qeyd edək ki, dələduzluğu özünə peşə seçənlər, adətən, yüksək vəzifəli şəxslərin yaxınları olur. Və onlar qurbanlarını da, ilk növbədə, öz ətraflarından, illər uzunu dostluq etdiyi insanların içindən şeçirlər. Daha sonra isə himayəsində olduqları vəzifəli şəxslərin köməyi ilə, işi ört-basdır etmək yolunu tuturlar və çox vaxt da buna nail olurlar.
çünki bu cür əməllərə lazımı hüquqi qiymət verilmədiyindən, ictimai rəydə ciddi şəkildə qınanmadıqlarından, bu gün bəzi vəzifəlilərin özləri və ən yaxın ətrafları, sözün əsl mənasında haqq-hüquq tanımayan BöYüK DƏLƏDUZLARA çevrilməkdədirlər.

İki vəzifəli şəxsin yaxın qohumunun fırıldağı

1994-2012-ci illərdə hüquq-mühafizə orqanlarında müxtəlif vəzifələrdə işləmiş (Şikayətçi keçmiş iş yerinin adının hallandırılmasını istəmir, bu səbəbdən kifayət qədər yüksək vəzifələrdə işlədiyini qeyd etməklə, bu məsələnin üstündən keçirik-red.) Əbülfəz Əliyev isə, bir deyil, İKİ VƏZİFƏLİ ŞƏXSİN yaxını olan, uzun illər özünə dost bildiyi birinin xəyanəti ilə qarşılaşıb.

1428312132_1423298903_23343719Əbülfəz Əliyevin “AzPolitika.info”ya verdiyi məlumata görə, Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanovun qardaşı, Neftçala Rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin qaynı və şəriki Aslanov Rövşən Qəşəm oğlu onun etibarından sui-istifadə edərək, yarım milyon dollara qədər pulunu mənimsəyib!

Əbülfəz Əliyevin sözlərinə görə, vaxtilə Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzinin rəisi vəzifəsində çalışan, ötən il etdiyi özbaşınalıqlara, dələduz əməllərinə görə nazir Kəmaləddin Heydərov tərəfindən tutduğu vəzifədən qovulan Rövşən Aslanov, bu işi xarici kəşfiyyat orqanlarının əməkdaşı olduqları ehtimal olunan və təxribat-təbliğat aparan dini təriqətlərin nümayəndələri ilə birlikdə, qabaqcadan əlbir olub cinayət əlaqəsinə girməklə, həyata keçirib.
Əbülfəz Əliyevin, özünə dost bildiyi Rövşən Aslanovun fırıldağının qurbanına çevrilməsinin isə maraqlı tarixçəsi var.

“İstanbulda tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi…”

Ebulfez Eliyev
Əbülfəz Əliyev
—————–
Zərərçəkənin sözlərinə görə, uzun illər əvvəl tanış olduğu Rövşən Aslanovu özünə yaxın dost bilib. Ailəvi get-gəlləri olub. 2011-ci ilin avqustunda Rövşən Aslanov, guya, bu münasibətləri daha da möhkənləndirmək məqsədilə, Əbülfəz Əliyevə onun Türkiyənin İstanbul şəhərində “Misspoli” və “Jassena” markali geyimlər istehsal edən “1001 Rakip” adlı şirkətinə və fabrikinə şərik olmağı təklif edib: “Rövşən Aslanov mənə Türkiyənin İstanbul şəhərində tekstil fabriki aldığını və özünə şərik axtardığını bildirdi. O, mənə dedi ki, fabrik atlas parcadan paltar istehsal edir. İşlərini genişləndirmək üçün həmin markalardan pambıq parçalarla da paltar istehsal etmək istəyirlər. Və bunun ucun əlavə şərikə, maliyyəyə ehtiyacları var.

Fabriklərinin istehsal etdiyi geyimləri Azərbaycana, Ərəb ölkələrinə, kecmiş SSRİ-nin bir çox respublikalarına ixrac edirlər. İstanbulda şirkətlərinə məxsus fabriklə yanaşı 3 mənzil, “Koza plaza” adlanan binada 2 otaqli ofis, “Kuyumcu kənd” adlanan yerdə 150 kv.m. sahəsi olan anbar, həmçinin “Tekstil kənd” adlanan yerdə 3 mərtəbətli iş ofisi, həmin yerdəki topdansatış ticarət mərkəzində 50 kv. metrlik magazası var”.

“Qaynı olan Neftçalanın icra basçısı İsmayıl Vəliyevlə şərikdi”

1VVRövşən Aslanov Əbülfəz Əliyevə bildirib ki, fabriki bacısının əri olan Neftcalanın icra bascısı İsmayıl Vəliyevlə şərikli işlədir: “İsmayıl Vəliyevin də şəriklər arasında olduğunu, bu işə kifayət qədər kapital yatırdığını bildirdi. Dedi ki, bu işdə yaxşı pul var, mənim də gəlir göturməyimi istəyir. İsmayil Vəliyevlə razılaşıb, məni də fabrikə şərik götürə bilər. Əgər fabrikin 30% hissəsinə şərik olaramsa, hər ay ən azı 20-30 min dollar gəlir əldə edəcəyəm. R.Aslanov fabrikin kapital dəyərinin 2 000 000 (iki milyon) dollar dəyərində olduğunu, mənim 30% şərik olmagım üçün 500 000 (beş yüz min) dollar verməyimin kifayət edəcəyini söylədi.

Mənim verəcəyim pulla isə, daha çox gəlir götürməkdən ötrü pambıq parçadan geyimlər istehsal etmək üçün avadanlıqlar və xammal alacaqlarını dedi”.

İstanbulda “1001 Rakip” adlı şirkət nə məqsədlə qurulub?

Əbülfəz Əliyev də Rövşən Aslanova inandığından və onun yüksək vəzifəli qohumlarının da bu işdə olduğunu nəzərə alaraq, təkliflə razılaşır. Elə bilir ki, R.Aslanov yaxın dost olduqları üçün bu təklifi edir. Ancaq sən demə, özünü yaxın dost kimi göstərən Rövşən Aslanov, ilk gündən Əbülfəz Əliyevin inamından sui-istifadə edərək, onun pullarını mənimsəmək planları qururmuş.
Əbülfəz Əliyevin dediyinə görə, sonradan ona məlum olur ki, Rövşən Aslanov məqsədini həyata keçirmək naminə, görüntü yaratmaq üçün Türkiyədə saxta şirkət qurubmuş: “R.Aslanov, Rahib və Kubar adlı adamlarla imkanlı şəxsləri aldatmaq, onların pulunu mənimsəmək üçün hələ 2008-ci ildə İstanbulda “1001 Rakip” adlı şirkət qurublar. Yəni professional şəkildə fırıldaqçılıqla, dələduzluqla məşğul olublar.”
Bütün bunlardan xəbərsiz olan Əbülfəz Əliyev isə, R.Aslanova şəriklik üçün tələb etdiyi vəsaiti toplayıb, hissə-hissə ona ötürməyə başlayır. R.Aslanov qurbanını şübhələndirməmək üçün pulu hissə-hissə və hər dəfə də bir bəhanə göstərərək, almağa başlayır.

Xammalı gömrükdən çıxarmaq adı ilə 100 min, sonra da 120 min dollar alır

2CCAralarındakı şifahi razılaşmadan bir neçə gün sonra, R.Aslanov çindən sifariş etdikləri xammalın Türkiyə gömrüyündə qaldığını, onu çıxarıb istehsal etmək üçün 100 000 (yuz min) ABŞ dolları lazım olduğunu bildirir:“Mən də pulu düzəltmək üçün 17 avqust 2011-ci ildə Baki şəhəri Novxanı qəsəbəsindəki 0,20 ha. torpaq sahəsində yerləşən 2 mərtəbəli, 6 otaqlı ata evimi satdım. 100 000 (yuz min) dolları R.Aslanova Binəqədi rayonundakı “Qala Qapısı” restoranında qardaşı Cavanşirin və Elçin adli dostunun yanında verdim. çünki o, həmin xammalı çıxara bilməyəcəyimiz təqdirdə işlərin dayana biləcəyini demişdi”.

Pulu götürdükdən sonra İstanbula gedən R.Aslanov, 19 avqust 2011-ci il tarixdə Əbülfəz Əliyevə zəng edərək, xammalı gömrükdən götürdüyünü və qalan pulu da qısa müddətdə verməli olduğunu deyir. Əbülfəz Əliyev də sözünü tutmaq üçün bu dəfə kredit götürmək məcburiyyətində qalır: “Mən, anama məxsus “Vorovski” qəsəbəsindəki fərdi yaşayış evini “Texnika Bank ASC”-yə ipoteka qoyaraq, 120 000 (yüz iyirmi min) ABŞ dolları kredit götürdüm. R.Aslanovla yaşadığım Nərimanov rayonu ərazisində yerləşən evimin qarşısında görüşərək, oğlum Kamranın yanında 120 000 dolları ona verdim”.

İstanbulda bir fabrik göstərib, əvvəl 30, sonra 100 000 dollar alır

dollar1Bundan sonra Əbülfəz Əliyev fabrikin fəaliyyəti ilə tanış olmaq üçün R.Aslanovla birlikdə İstanbula getmək istədiyini bildirir. Lakin R.Aslanov işlərinin çıxdığını bəhanə edərək, getməkdən imtina edir. Buna görə də, Əbülfəz Əliyev İstanbula tək gedir. Orada Ə. Əliyevi özlərini fabrikin inzibatçıları kimi təqdim edən Kübar və Kadir adlı şəxslər qarşılayırılar.“1001 Rakib” şirkətinin əmlakı və fəaliyyəti ilə tanış etmək adı ilə onu bir fabrikə aparırlar. Ancaq bu fabrikin həqiqətən R.Aslanova məxsus olduğuna dair Ə.Əliyevə hər hansı sənəd göstərilmir.
Əvəzində Ə.Əliyev İstanbulda olarkən, R.Aslanov ona zəng edərək, Kübar və Kadir adlı şəxslərə 30 000 (otuz min) dollar məbləğində pul verilməli olduğunu deyir: “Mən Rusiya Federasiyasında yasayan dostlarıma zəng edərək, 30 000 (otuz min) dollar lazım olduğunu dedim. Onlar da həmin pulu göndərdilər. Kadir və Kübar adlı şəxslərə 30 000 (otuz min) dollar verdikdən sonra Aslanov zəng etdi və şəriklik üçün pulun qalan hissəsini də təcili verməyimin vacib olduğunu dedi”.

Nağd pulu olmayan Ə.Əliyev, R.Aslanova Gəncə şəhərində qohum-əqrəbasına məxsus qeyri-yaşayış obyektlərinin olduğunu, onları banka qoyaraq pul götürmək istədiyini deyir. Əmlakların banka qoyulub, pul götürülməsi vaxt tələb etdiyindən, R.Aslanov, necə deyərlər, özü işə girişir: “R.Aslanov həmin obyektləri tanışı vasitəsi ilə girov qoyaraq pul götürülməsini təşkil edə biləcəyini dedi. Mən bacıma, kirvəmə və özümə məxsus Gəncə şəhərində yerləşən 3 ədəd qeyri-yaşayış obyektini Aslanovun tanışı olan Zeynal adlı şəxsə baş etibarnamə ilə verdim. Bunun əvəzində aylıq 3% ödənilməsi şərti ilə, Zeynal adlı həmin şəxs mənə borc yazmaqla, Aslanova 100 000 dollar verdi”.

Aslanov planın ikinci hissəsinə keçir; yeni şirkət təsis olunur

1FFBundan sonra R.Aslanov inandırıcı olmaq, Ə.Əliyevi şübhələndirməmək üçün planın ikinci hissəsinə keçir. Belə ki, Aslanov zəng edərək, “1001 Rakip” şirkətinin 30% şərik olması ilə bağlı sənədləşmə işlərinin aparılmasını Kadir və Kübar adlı işçilərinə tapşırdığını bildirir. Kadir və Kübar adlı həmin şəxslər isə Ə.Əliyevi notariat kontoruna apararaq, onu müxtəlif sənədlərə imza etdirirlər:
“Sonradan mənə məlum oldu ki, notariat kontorunda aparılan sənədləşmə işləri mənim “1001 Rakip” şirkətinə şərik girməyimlə bağlı deyil. Həmin sənədlər yeni və heç bir balansı olmayan “Reyslər” şirkətinin təsis edilməsi, mənim də onun 50%-nin təsisçi kimi rəsmiləşdirilməyimlə bağlı olmuşdur. Bununla bağlı Kadir və Kübar adlı şəxsdən soruşduqda, onlar R.Aslanovun belə göstəriş verdiyini dedilər”.

Ə.Əliyev Bakıya qayıtdıqdan sonra R.Aslanovdan nəyə görə “1001 Rakip” şirkətinə deyil, yeni şirkətə təsisçi kimi adının rəsmiləşdirilməsini soruşur. O da “1001 Rakip” şirkətinin vergilərlə problemi olduğu üçün yeni şirkət təsis etdiyini, bütün əmlakı da yeni şirkətin adına keçirəcəklərini və fabrikin əvvəlki kimi fəaliyyətə davam edəcəyini, heç bir problem olmadığını deyir.

Əliyevə işdən çıxıb, fabrikin başına keçməyi təklif edir – 130 000 min dollarlıq əmlakını alır!

Ə.Əliyevin sözlərinə görə, onun hüquq-mühafizə orqanlarında çalışmasından ehtiyatlanan R.Aslanov, bu dəfə daha böyük fırıldağa əl atır. Belə ki, İstanbulda fabrikin işlərinə nəzarət etmək üçün etibarlı adama ehtiyacı olduğunu deyərək, bu işi Ə.Əliyevə təklif edir: “İstanbulda mənim tərəfimdən işlərə nəzarət edilməsinin vacib olduğunu bildirdi. Mən də 2012-ci ilin fevral ayında öz ərizəm əsasında tutduğum vəzifədən azad edildim və İstanbul şəhərinə getdim.
İstanbulda fabrikdə olduqda, fəaliyyətinin dayandığını gördüm. Bunun səbəbini R.Aslanovdan soruşdum. O da mənim şəriklik üçün üzərimə götürdüyüm pulu tam ödəmədiyimə görə işlərdə problem yarandığını bildirdi. Və fabrikin işinin bərpası üçün qalan pulu da tam ödəməyimi istədi.
Mən də işlərin normallaşması və artıq gəlir əldə etməyə başlamaq ümidi ilə Gəncə şəhərində yerləşən R.Aslanov tərəfindən girov qoyulan obyektlərin 2-ni sataraq, 3-cü obyekti girovluqdan azad etdim. 3-cü obyekt 130 000 min dollar dəyərləndirildikdən sonra satmaq istədikdə, R.Aslanov imkan vermədi. Mənə bildirdi ki şirkətin Natiq adlı şəxsə borcu var və obyekti Natiqə verim. Obyektin dəyərini isə şəriklik üçün ona verəcəyim puldan çıxacaq. Razılaşdıq və mən obyekti Natiq adlı şəxsin adına rəsmiləşdirdim”.

482 000 dollar aldıqdan sonra fabrikin müflis olduğunu deyir!

23Bunun üstündən bir müddət keçsə də, fabrikin işi bərpa edilmir. Ə.Əliyev R.Aslanovdan bunun səbəbini soruşur. Artıq planını reallaşdıran R.Aslanov, fabrikin müflis olduğunu və heç vaxt fəaliyyət göstərməyəcəyini deyir: “Belə olan halda verdiyim 482 000 dolların geri qaytarılmasını tələb etdim. R.Aslanov da yeni təsis olunmuş şirkətin 50%-lik təsisçiliyindən onun göstərdiyi adamın xeyrinə imtina edəcəyim təqdirdə pulumu qaytaracağını bildirdi. Mən razılaşaraq, R.Aslanovun tanışı olan İlkin adlı şəxslə birlikdə İstanbula getdim. “Reyslər” şirkətində olan təsisçilik hüququndan onun xeyrinə imtina etdim. Bakı şəhərinə qayıtdıqdan sonra isə dəfələrlə R.Aslanova zəng ederək pulumun qaytarmasını tələb etsəm də, o pulumu qaytarmadi”.

Beləliklə, özünün, anasının və yaxın qohumlarının evini banklarda girov qoyaraq, bəzi mülkləri isə sataraq (ümumilikdə ona və ailə üzvlərimə məxsus 6 mülk satılmışdı) ayrı-ayrı vaxtlarda ümumilikdə 482.000 ABŞ dolları toplayıb Rövşən Aslanova verən Ə.Əliyev, gec də olsa aldadıldığını anlayır. Ona olan etibarından, dostluq munasibətlərindən sui-istifadə edən R.Aslanov fırıldaqçılıqla Ə.Əliyevin 482 000 dollar vəsaitini mənimsəyir :O kriminal aləmdə nüfuz sahibi olan bəzi şəxslərlə əlaqəyə girərək, mənim verdiyim pulu mənimsədi”.

Aslanovun icra başçısı olan qohumları pulun əvəzində Əliyevə vəzifə təklif edirlər!

1DFBundan sonra Ə.Əliyev dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək istəsə də, R.Aslanovun nüfuzlu vəzifəli qohumları buna mane olur. Zərərçəkənin verdiyi məlumata görə, indiyə qədər gözləməyinin əsas səbəbi yüksək vəzifəli şəxslərin, tanınmış, hörmətli ziyalıların İsmayıl Vəliyev və Xəzər Aslanovla apardıqları danışıqlarda pulun qaytarılması barədə verilən vədlər olur.

Belə ki, Ə. Əliyevin sözlərinə görə, Neftçala rayonunun başçısı İsmayıl Vəliyev və Xızının rəhbəri Xəzər Aslanov mənimsənilən pulun müqabilində Əbülfəz Əliyevə vəzifələr təklif edərək, pulun silinməsini tələb ediblər.
Bununla razılaşmayan Əbülfəz Əliyev, özünü polis əməkdaşı kimi təqdim edən şəxslər və kriminal aləmin nümayəndələri tərəfindən təhdid edilib və onu susdurmaq üçün övladının oğurlanması ilə bağlı xəbərdarlıq edilib.
Zərərçəkənin bizimlə söhbətindən məlum oldu ki, 2 ildən çox vaxt keçməsinə baxmayaraq, ona nə Türkiyənin İstanbul şəhərində yerləşən 2 milyon dəyərində olan tekstil fabrikindən vəd etdikləri 30 faizlik hissəni, nə də 482 min dollar pulunu veriblər.

Rövşən Aslanovun güclü himayədarları istintaqa mane olurlar

1korrBundan sonra onlardan ümidini üzən Əbülfəz Əliyev, 30 mart 2015-ci il tarixində etdiyi müraciətlərdən sonra Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin yüksək vəzifəli şəxsi (Ə.Əliyev həmin vəzifəli şəxsin adının çəkilməsini istəmir-red) tərəfindən qəbul olunub: “O, mənə bildirdi ki, sizin işiniz nəzarətə alınıb və lazımi addımlar atılacaqdır. Bundan
sonra mənim işimlə idarənin işcisi Əsəd Əliyev məşğul olmağa başladı. O, mənimlə görüşdə bildirdi ki, istintaqa mane olmamaq üçün mətbuta açıqlama verməyim. Elə də etdim. Amma sonradan gördüm ki, aparılan istintaqa Rövşən Aslanovun himayədarları ciddi maneə törədir. Və işin araşdırılıb yekunlaşmasına imkan vermədilər.

Amma mən yenə də mətbuata müraciət etmədim. çünki ölkəmizdə beynəlxalq səviyyəli bir tədbir – 1-ci Avropa Oyunları başladı. Mən vətənpərvər bir şəxs kimi, belə bir möhtəşəm tədbirə görə öz problemlərimi arxa plana keçirdim. Şükür ki, 1-ci Avropa Oyunları möhtəşəm keçərək, uğurla başa çatdı. Məhz bundan sonra mən yenidən mətbuata müraciət etmək qərarına gəldim. Mənim gəldiyim qənaət odur ki, iki il ərzində olduğu kimi, yenə də Rövşən Aslanovun güclü himayədarları bu işin araşdırılmasına mane oldular. Bu barədə mən növbəti açıqlamalarımda daha geniş məlumatlar verəcəyəm”.

Sonda Əbülfəz Əliyev bildirdi ki, başına gətirilən bu hadisəyə bu günə qədər hüquqi qiymət verilməsinə nail ola bilməsə də, Azərbaycan mətbuatının dəstəyi ilə dələduzların və onların vəzifəli himayədarlarının ictimai rəydə tam ifşasına və ardınca cəzalandırılmalarına çalışacaq: “28.05.2015 il tarixdə ölkə başçısı Cənab İlham Əliyevin söylədiyi “ictimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz” fikrini rəhbər tutaraq, mən də öz hüquqlarımı bu yolla əldə etməyə çalışacam”.

Qeyd edək ki, Ə.Əliyev işlə bağlı Rövşən Əliyevin yüksək vəzifə tutduğu FHN-in rəhbərlərinin də qəbulunda olub. Nazirlikdə onu kim qəbul edib və dələduz işçi ilə bağlı nə deyiblər, şikayətçi bu haqda növbəti yazılarda söz açmaq niyyətində olduğunu bildirdi.

Mövzunu, qarşı tərəflərin də mövqeyini öyrənməklə, davam etdirəcəyik.

İ. İSMAYILBƏYLİ
AzPolitika.info