Heydər Əliyev Mərkəzində Azərbaycan, İran və Rusiya dövlət başçılarının üçtərəfli görüşü başlayıb.
APA-nın məlumatına görə, görüşdə Azərbaycan İlham Əliyev, İran İslam Respublikasının prezidentiHəsən Ruhani və Rusiya Federasiyasının prezidenti Vladimir Putin iştirak edirlər. Görüşdə “Şimal-Cənub” dəmiryol xəttinin inşası ilə bağlı müzakirələr aparılacaq. Həmçinin bir sıra regional məsələlərə toxunulacaq.
Prezident İlham Əliyev görüşdə çıxış edir.