“Birinci Dünya müharibəsinin (1914 – 1918) ən dramatik hadisəsi sayılan çanaqqala savaşı hərb və siyasət tarixinin unikal epizodlarından biridir: 100 il öncə çanaqqalada elə bir savaş oldu ki, o, yer üzündə yeganə müstəqil türk dövlətinin “olum, ya ölüm” məsələsini həll etməklə yanaşı, imperializmin planetar hökmranlıq çarpışmalarında Qərb – Şərq münasibətlərinə də aydınlıq gətirdi – ikincinin birinciyə heç zaman müstəmləkə olmayacağı qətiyyətini ortaya çıxardı”.
Bu fikirləri millət vəkili Cavanşir Feyziyev çanaqqala zəfərinin ildönümünə həsr etdiyi “Yüz il öncə” adlı məqaləsində qeyd edib. Yazının əsas hissəsində ermənilərin zamanla üzə çıxan xəyanətkar xislətindən bəhs edən müəllif digər ölkələrin onların bu xüsusiyyətindən məharətlə istifadə etdiyini vurğulayıb.
Xəyanət müqabilində yeni dövlət vədləri
Yeganə qüdrətli türk dövləti olan Osmanlı imperiyasını zəiflətməyə yönələn I Dünya Müharibəsində Antanta qüvvələri (İngiltərə, Fransa, Rusiya) öz məqsədlərinə çatmaq üçün türklərə sığınan ermənilərdən istifadə ediblər. Bu sahədə aparılan çoxsaylı araşdırmalar və tarixi qaynaqlar göstərir ki, döyüşlərdə rəqibinə arxadan zərbə vurmaq üçün yerinə yetirilməsi vacib olan xəyanət missiyası bütün dönəmlərdə olduğu kimi, bu müharibədə də önəmli yer alıb. I Dünya Müharibəsində bu missiya Osmanlı təbəələri olan ermənilərə həvalə olunub. Xəyanətləri müqabilində isə onları türk torpaqlarında öz dövlətlərini yaradacaqlarına inandırıblar.
Cavanşir Feyziyev
“Xain ermənilər bu şərəfsiz missiyanı həvəslə qəbul edərək elə savaş ərəfəsindəcə ilk addımlarını atıblar. Van əyalətində üsyan qaldıraraq Şərqi Anadolunun 2 milyon 200 min nəfərdən çox türk əhalisinin böyük bir qismini qətlə yetiriblər. Onlardan yalnız 600 min nəfəri ölkənin içərilərinə doğru qaçaraq qurtula biliblər.
Bu ərəfədə Balkan müharibələrindəki məğlubiyyətlər Osmanlı dövlətinin və ordusunun nüfuzunu xeyli dərəcədə sarsıtmışdı. Dərin ziddiyyətlər içərisində boğulan Osmanlı Türkiyəsinin çanaqqala cəbhəsindəki ordusu bütün ciddiliyi ilə dərk edirdi ki, özünü məhz bu döyüşdə fəda etməsə, vətənsiz qalacaq. Geriyə yol yox idi. Ordu yalnız və yalnız Qələbəyə doğru yürüməliydi. I Dünya Müharibəsində on ayrı cəbhədə vuruşmaq məcburiyyətində qalan Osmanlı ordusu türk vətəninin bütövlüyünü məhz çanaqqala cəbhəsində zəfər çalmaqla qoruya bildi, ölkəni parçalamağa qəsdlənmiş düşmən ordusunu İstanbula daxil olmağa imkan vermədi” – deyə C.Feyziyev məqaləsində vurğulayıb.
Qeyd edək ki, çanaqqalada türklərin zəfər qazanmasında ermənilərin də xidmətləri olub. Onlar Osmanlı ordusunun tərkibində əzəli dostları olan Antanta qüvvələrinə qarşı vuruşublar. Onların bir çoxu döyüşlərdə həlak olsa da, bəziləri sonradan öz xəyanətkar xislətlərini boğa bilməyərək Türkiyəni tərk ediblər.
Ermənilərdən növbəti zərbə
Əsrlər boyu türklərə qarşı vuruşan çar Rusiyası hələ müharibədən xeyli əvvəl İrandan və Suriyadan gətirdiyi erməniləri savaşlarda ələ keçirdiyi türk torpaqlarında – Azərbaycanın qərbində, Osmanlı sərhədlərində və Qarabağ bölgəsində yerləşdirməyə başlayıb . Erməni xislətinə yaxşı bələd olan ruslar İrəvan xanlığında sərhədyanı bölgələrdə məskunlaşdırılmış ermənilər vasitəsilə sərhədin o biri üzündə – Osmanlı ərazisindəki bölgələrdə yaşayan ermənilərlə təmas yaradaraq gələcək qarşıdurmalarda Osmanlı daxilindəki ermənilərdən türk ordusuna qarşı istifadə etməyi planlaşdırıb.
Osmanlı ordusunun 1915-ci ildə Sarıqamışda erməni xəyanətinə uğramasından sonra Türkiyə hökuməti onlarla bağlı mühüm qərarlar qəbul edib. İlk öncə Osmanlı ordusunda xidmət edən erməni hərbi birlikləri tərki-silah edilib.
1915-ci ilin mayında qəbul olunmuş digər bir qərara əsasən, dövlət təhlükəsizliyinin təmin edilməsi və Şərqi Anadoluda separatçı meyllərin qarşısının alınması məqsədi ilə 400 min erməni sərhədyanı bölgələrdən ölkənin içərilərinə doğru köçürülüb.
Xəyallar puça çıxdı
Bütün gözlənilənlərin əksinə olaraq, çanaqqala savaşında türklərin möhtəşəm zəfəri ermənilərin Osmanlı xarabalıqları üzərində “Böyük Ermənistan” yaratmaq xülyalarını iflasa uğradıb. Buna baxmayaraq, müttəfiq güclər erməni əlaltılarının “qəhrəmanlığını” mükafatlandırmağı da unutmadılar. Türkiyədə uğursuzluqla rastlaşan Qərb və Rusiya ermənilər üçün Azərbaycanın İrəvan xanlığı ərazisində Ermənistan adlı oyuncaq dövlət yarada bildilər. Burada da öz çirkin niyyətlərindən əl çəkməyən ermənilər türkləri, azərbaycanlıları dünyada soyqırım törədən, insanlığa qarşı cinayətlər edən xalq kimi tanıtmağa çalışırlar.
Lakin əlahəzrət fakt 100 illik mübarizəni puça çıxartdı. Qeyri-müsəlman tarixçilərin, araşdırmaçı alimlərin artıq sübuta yetirdiyi faktlar ermənilərin “soyqırım” iddialarının əsassız olduğunu, hətta onların Anadoluda, Azərbaycanın ayrı-ayrı bölgələrində türklərə qarşı soyqırım törətdiklərini dəfələrlə təsdiqlədi. Ermənilərin yalançı və xəyanətkar olmaları tarixin bütün mərhələlərində özünü göstərib.
çanaqqala Savaşının 100-cü ildönümü ərəfəsində ermənilərin “fəaliyyətləri” yenidən gündəmə gəlib. Bununla bağlı erməni mətbuatında yüzbaşı Sarkis Torosyana həsr edilən “çanaqqaladan Fələstin cəbhəsinə” adlı xatirələr kitabı ilə bağlı müxtəlif səpkili yazılar yayılıb.
Bu barədə Strateq.az-a açıqlama verən Türkiyənin Ərciyəz Universitetində Ermənişünaslıq Mərkəzinin rəhbəri, professor Qafar çaxmaqlı çanaqqala savaşında iştirak edən ermənilərin sonrakı taleyi barədə maraqlı faktlar səsləndirib:
Professor Qafar çaxmaqlı
“Sarkis Torosyan adlı erməni əsilli Osmanlı vətəndaşı çanaqqala savaşına qatılıb, savaşdan sonra isə Osmanlı dövlətinə xəyanət edərək ona qarşı müharibələrdə iştirak edib. Bəzi erməni mənbələri bunu inkar etsələr də, digər mənbələrdə bu fakt öz əksini tapıb. Ermənistanda yetərincə populyar olan “aysor.am” saytı yazır ki, çanaqqala savaşında iştirak edən erməniləri 1915-ci ildə doğrayaraq gizlədiblər. Elə ermənilərin özlərinə məxsus digər mənbələr isə bunun əksini sübuta yetirib. Torosyanın Osmanlıya qarşı çıxmasını doğru addı
m olarak xarakterizə edən media orqanlarından biri – “asekose.am” yazır ki, “…ailəsi sürgün edilən adam yalnız bunu etməli idi və o, doğrusunu edib”. Bu onu göstərir ki, ermənilərin xəyanətkar missiyası hər zaman özünü göstərir”.
“Xatirələr”i kim yazıb?
Qeyd edək ki, erməni mətbuatı 1915-ci ildə Sarıqamış hadisələrindən sonra baş verən məlum erməni köçünü də çanaqqala savaşı ilə bağlamağa cəhd edən yazılarla çıxış edib. Q.çaxmaqlı hesab edir ki, bütün bunlar dünyanın diqqətini “erməni soyqırımı”na yönəltmək üçün Ermənistan mətbuatının müasir çabaları sırasındadır: “Xüsusilə, çanaqqala savaşına qatılan yüzbaşı Sarkis Torosyanla bağlı mübahisələr davam edir. Erməni mətbuatının işığında biz də araşdırma apardıq. Həqiqətləri gün üzünə çıxarmaq üçün ermənicə yayılan məlumatları incələdik. Araşdırmalar sübut edir ki, Torosyan həqiqətən də öz mövqeyini dəyişdirib və Osmanlı imperiyasına qarşı mübarizəyə qatılıb. Sonradan ABŞ-da köçüb və orada ona aid olan “xatirələr”i yazaraq yayıb”.
Torosyanın nəvəsi babasının mükafatlarından danışıb
Qeyd edək ki, S.Torosyanın ABŞ-a köşməsi və sözügüdən “xatirələrin” həqiqətən ona aid olması məsələsi hələ də mübahisəlidir. Bəzi türk və qeyri-müsəlman tarixçilərinin yazdığına görə, çanaqqala savaşından sonra o, heç yaşamayıb. Erməni əsilli amerikalı tarixçi Paul Vartan Sukiasyan, guya, Torosyanın nəvələrini tapıb. Q.çaxmaqlı bunu Türkiyəyə qarşı bir təbliğat aparmaq məqsədilə atılmış növbəti uğursuz addımlardan biri kimi qiymətləndirib.
Uzun zamandır ki, ermənilərin irəli sürdüyü uydurma fikirləri, tezisləri müdafiə edən Taner Akçam adlı türkiyəli araşdırmaçı isə S.Torosyanın deyil, başqa bir Torosyanın nəvələri ilə görüşdüyünü iddia edib. Ancaq onun Osmanlı ilə bərabər onun müttəfiqlərindən –Almaniya, Avstriya, Bolqarıstandan mükafat almasını təsdiqləyən sənədləri üzə çıxarıb. Bu sənədləri T.Akçama Torosyanın nəvəsi Louise Shreiber təqdim edib:
” Osmanlı harp madalyasının belgesi
– Kayseri Sancağı Everek kazasından Ohan oğlu Serkis Torosyan
– Kolordu 21, Fırka 46 Sahra Topçu Alayı Tarassud Zâbiti ve Tabur Kumandan Vekili / [Doğum] 307
Romanya toprağının işgali kararı üzerine taarruz eden müttefik ordularımıza iltihâkı için tayin olunan 51. Fırka olup mezkûr fırka Sahra Topçu Alayı 1. Tabur Kumandanlığı’na tayin olunan kolordumuzun 46. fırka sahra topçu alayının gözlem subayı Yüzbaşı Serkis Bey mezkûr Romanya cephesinin harp meydanında cesaret ve fedâkârâne harp ederek, […] yaralandığı halde tekrar vazifesi başında bulunarak […] müttefik ordularımızın ileri doğru taarruz hareketlerine kolaylık göstermiş olduğundan Alamanya, Avusturya ve Bulgar hükümetlerinin harp madalyasına nâil edilmiş olmakla keza Osmanlı Devleti harp madalyasından ‘Osmaniye’ nişanına da nâil olmuş olmakla işbu tasdikname [kendisine] verildi.
28 Mayıs 333 [28 Mayıs 1917]
21. Kolordu Kumandanı [tüm/kor general] Abdülkerim”
İkinci sənəd isə “Enver’den Torosyan’a teşekkür” adlanır:
” – Osmanlı Ordu-yu Hümâyunu Başkumandanlığı Vekâleti
– Kayseri Sancağı Everek Kazasından Topçu Yüzbaşısı
Ohan oğlu Serkis Torosyan
– Doğum 307 [1891-1892]
Ordumuzun ağır topçu 6. Alay batarya kumandanlarımızdan Yüzbaşı Serkis Bey çanakkale harbi esnasında Ertuğrul tabyasının kumandanı olup 6 ve 12 Şubat 330 [19 ve 25 Şubat 1915] tarihinde boğaza doğru hücum eden düşman harp vapurlarına karşı cesaret ve fedâkârâne harp ederek bir düşman harp vapurunun tahribiyle diğer bir harp vapurunu dahi zedelemiş olduğu ve keza Rumeli Hamidiye tabyasının kumandanlığını üzerine alarak 5 Mart 331 [18 Mart 1915] tarihinde düşman harp vapurlarının boğaza doğru tehdit hücumlarına karşı cesaret ve fedâkârâne harp ederek diğer bir düşman harp vapurunun tahribiyle mumaileyh [adı geçen] mecrûh olduğu [yaralandığı] ve ordu-yu hümâyuna [Osmanlı ordusuna] göstermiş olduğu cesaret ve fedâkârânesinden dolayı ordu namına mumaileyhe [adı geçene] karşı beyan-ı teşekkürle 3 Kanun-ı evvel 330 [16 Aralık 1914] tarihinden itibaren yüzbaşı kıdemine terfii ile Devlet-i Aliyye-i Osmaniye harp madalyasına nâil olmuş olmakla işbu tasdikname mumaileyh yedine [adı geçenin kendisine] i’tâ kılındı [verildi].
5 Mayıs 331 [18 Mayıs 1915].
Başkumandan Vekili ve
Harbiye Nâzırı Enver”
Ermənilər harada və necə ölüb?
Əslən türkiyənin Kocaeli bölgəsindən olan tarixçi-yazar Volkan Şenel buradan çanaqqalaya Antanta qüvvələri ilə vuruşmağa gedən ermənilərin sonrakı taleyini araşdırıb. Onun Milli Müdafiə Nazirliyinin arxivlərində çanaqqala qeydlərini incələyərək əldə etdiyi məlumatları diqqət çəkir.
Onun yazdığına görə, araşdırmalar nəticəsində təkcə Kocaeli vilayətindən savaşa qoşulan 700 nəfərin kimliyini təsdiq edə bilib. V.Şenel onların sırasında 19-cu əsrə qədər özlərinə “sadiq millət” anlamına gələn “Millet-i Sadiqa” adı verən Osmanlılı erməni vətəndaşların da olduğunu qeyd edib.
çanakkala savaşında iştirak edən qeyri-müsəlmanlar
çanaqqala savaşına həkim, tibb bacısı, xidmətçi kimi qoşulan ermənilər də öldürülməyiblər. Bunları araşdıran V. Şenel üzə çıxarıb ki, onlar müxtəlif vaxtlarda xəstəlikərdən dünyalarını dəyişiblər:
“Kocaeli bölgəsindən çanaqqala savaşına qatılan Osmanlı ermənilərindən 3 nəfərin kimliyi və taleyi barədə dəqiq məlumatlar var. Bunlardan biri Matevosoğlu Hagopdur. O, 24 yaşında çanaqqala savaşına qatılmaq üçün İzmitdən bölgəyə gəlib. 6 Mart 1915-ci ildə Arıburnunda vəfat edib. Hagop ilə eyni yaşda olan Hagopoğlu Bedros da Başiskələ mahalında savaşa qatılıb və 13 may 1915-ci ildə yaralı olarak gətirildiyi İzmit xəstəxanasında vəfat edib. İzmitdən bölgəyə gedərək savaşa qatılan Surupoğlu Bedros ise 28 yaşında çanaqqalada yaralanıb, təkrar İzmitə gətirilib və xəstəxanada müalicə olunub. Lakin həkimlərin səyləri nəticəsiz qalıb və o, 1915-ci il martın 15-də xəstəxanada vəfat edib”.
Göründüyü kimi, çanaqqalada vuruşan ermənilər indi onların nəvələrinin iddia etdiyi kimi, kəsilməyib, öldürülməyib. Onlar ağır döyüşlərdə öz vəzifələrini yerinə yetirərkən düşmən güllərindən aldıqları ciddi zərbələrin nəticəsində dünyalarını dəyişiblər. Ermənilərin uydurmaları isə əslində özlərinin əleyhinə işləyir. üzə çıxarılan tarixi faktlar onların əsrlərlə xəyanət və riya ilə yaşadıqları və bu gün də bu mənfur xislətlərindən əl çəkməyərək hər fürsətdə t
ürkləri vurmağa çalışdıqlarını göstərir…
Fərqanə Allahverdiqızı
Strateq.az