XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

13 August 2016 - 10:46

Çex həkim alkoqolizmin Rusiyanı uçuruma sürüklədiyindən yazır:“Rusiyada beş milyondan çox alkoqolik  var” – Təhlil

alkaqolik

Martin Yan Stranski

Aktualne.cz (Çexiya), 13.08.2016

 

Biz çexlərdə ruslara tarixən şərtlənmiş öz baxışımız var. Bəzilərimiz onlara valeh olur, digərləri ittiham edirlər. Bəzilərmiz isə bu haqda mübahisə edirik ki, “(prezidentimizin köməyi ilə) Rusiyaya yaxınlaşmırıqmı?”

İnsan beyni qərar qəbul edir və daha çox duyum və təsəvvür əsasında rəy biçimləyir, faklar isə tez-tez ikinci planda qalır. Məsələn, beləsi: Rusiya iqtisadiyyatı Güney Koreyanınkından zəifdir, müdafiə büdcəsi Səudiyyə Ərəbistanınınkından kəmdir, yoxsulluq İndoneziyadakından yüksəkdir. Birləşmiş Millətlər Təşkilatının məlumatına görə, Rusiya təhsili Sakit okeandakı Palau adasındakı səviyyədədir. Praktik olaraq, hər bir iqtisadi və nüfuz araşdırmasında Rusiya siyahının aşağı hissəsində görünür. Lakin məni bir həkim kimi Rusiya əhalisinin sağlamlıq durumu maraqlandırır.

Rusiya cəmiyyətində alkoqol istehlakı dərin kök atıb. Hətta onun  satışına həmişə dəstək verilib, çünki həm çarın dönəmində, həm də indi büdcəyə pul gətirir. Rusiya əvvəlki tək alkoqolun istehlakı üzrə liderlərə aiddir ki, bu da cəmiyyətə və onun sağlamlığına çox böyük təsir göstərir. Statistika təşviş doğurur:  bu gün Rusiyada beş milyondan çox alkoqolik  var, 13 yaşlı uşaqların 70%-dən çoxu ayda, ən azı, iki dəfə alkoqoldan istifadə edir. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) məlumatına görə,  Rusiyada ölümlərin 30%-dən çoxu alkoqolla bağlıdır – zəhərlənmə, əqli zəiflik, qaraciyər və qida-həzm yolunun xəstəliyi, avtomobil qəzaları və intihar üzündən. Nəticədə rusiyalılar, hər şeydən əvvəl kişilər müxtəlif ölkələrdə ömrün uzunluğu üzrə 89-cu yerdədir.

Çex kişiləri isə rusiyalılardan orta hesabla 11 il çox yaşayırlar. Kişilərin azlığı və ümuimiyyətlə, sərxoşluğun çoxluğu reproduktiv gücün itirilməsi deməkdir ki, bu da əhali sayının artımında durğunluğa aparır. İşləyən vətəndaşların azlığı dövlət xəzinəsinə gəlirlərin itirilməsi və ardınca həm dövlətin, həm də sosial iqtisadiyyat və infrastrukturun dağılması deməkdir.  Rusiyanın keçmiş prezidenti Dmitri Medvedyevin alkoqolizmi niyə “Rusiyanın ən böyük problemi” adlandırdığını bütün bunlar izah edir.

Rusiyada narkomaniya yayılır. BMT məlumatına görə, Rusiya venadaxili narkotiklərin istifadəsi üzrə dünya lideridir. Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal xidmət başçısı Viktor İvanovun “narkomaniyanın müalicəsində heç bir effektli kimyəvi maddənin olmadığı” haqda açıqlaması rəsmi qurumların bu problemlə məşğul olmaqda faciəli qabiliyyətsizlik və istəksizliyini üzə çıxarır. Bu, həm də rusiyalıların sui-qəsd nəzəriyyəsinə (bunlardan birinə görə, QİÇS Qərbin Rusiyanı sarsıtmaqdan ötrü yaydığı mifdir) hamıdan çox inanmağa meylli olması dəhşətli nəticələrə malikdir: Rusiya bu gün QİÇS və onunla bağlı hepatit (başlıca olaraq C-nin ən təhlükəli növü)  kimi xəstəliklərin yayılma tempi üzrə dünya lideridir. Müalicənin dəyərini bahalaşdıran korrupsiya (lakin dərmanlar Rusiyada istehsal olunur) buna səbəb olur ki, müsbət QİÇS-li rusiyalıların yalnız 30%-i uyğun mülaicə alır. Ölümcül xəsətlik beləliklə daha geniş yayılır.

Bu azmış kimi, indiki iqtisadi böhran üzündən xərclər azalır – o cümlədən səhiyyəyə. Bu gün Rusiyada ambulator nmüştərilərin təkcə dərmana deyil, həm də hələ bir il öncə pulsuz olan rentgenə pul ödəməyi normal durumdur. RAND beynəlxalq analitik təşkilatın məlumatına görə, nəinki təkcə səhiyyə yetərincə maliyyələşdirilmir, həm də indiki problemləri adekvat dəylərləndirəcək və həll edəcək heç bir ümumi strategiya yoxdur.

İstənilən dövlətin əhalsinin sağlamlıq durumu onun ictimai və iqtisadi gələcəyi ilə bağlıdır. Bu, Rusiya üçün yaxşı yenilik deyil. Elə bizim üçün də.

 

Tərcümə Strateq.az-ındır.