XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

15 August 2016 - 17:46

Avropada nə qədər müsəlman var? –Araşdırma

mus

Dmitri Bobrov

ИноСМИ (Rusiya), 15.08.2016

 

Son ayların hadisələri diqqəti yenidən Avropadakı müsəlman icmasına cəlb edib. İslam radikallarının həyata keçirdiyi rezonanslı teraktlar silsiləsi, həmçinin Yaxın Şərq və Şimali Afrika ölkələrindən  yarım milyonadək müsəlman qaçqınların axını avropalıları sarsıdıb. Bəs Avropadakı müsəlmanların sayı nə qədərdir və onların “qoca qitə”də sonrakı mövcudluq perspektivləri hansılardır?

Almaniya İslam arxivinə görə, (Zentralinstitut Islam-Archiv), 2007-ci ildə bütün Avropada 53 milyon, o cümlədən 16 milyon AB-də və 25 milyon müsəlman Rusiyada yaşayıb. PEW Amerika araşdırma mərkəzinin məlumatına görə, 2010-cu ildə (göstəricilər o vaxtdan bəri güclü şəkildə dəyişilib) Qərbi Avropanəın ən böyük müsəlman icmaları Almaniya (4,8 milyon və yaxud əhalinin 5,8%-i) və Fransada (4,7 milyon və ya uyğun olaraq 7,5%) yerləşirdi. Bu pay Böyük Britaniyada 4,8% təşkil edirdi (təxminən, 3 milyon müsəlman). Rusiyada daha çox müsəlman yaşayıb (14 milyondan 25 milyonadək), lakin prinsipial fərq var: söhbət birinci növbədə mühacirlərdən deyil, Rusiya imperiyası-SSRİ-RF-nin çoxmillətli ölkədə yaşamaq və xeyli dərəcədə yaxşı inteqrasiya olunmaq təcrübəsinə malik yerli xalqlarından gedir.

Köklü etnik-dini qrup olan və Çernoqoriya əhalisinin 18,5%, Makedoniyanın 35%, Bosniya-Hersoqovinanın 60%, Albaniyanın 80% və Kosovonuin 90%-ini təşkil edən Balkan müsəlmanları (12 milyona yaxın) xüsusi yer tutur: Avropa Birliyi əhalisində müsəlman icmasının tutdfuğu yer də sürətli templə artır: 1990-cı ildə  artır: 1990-cı ildə 4%, 2010-cu ildə 6% və proqnozlara görə, 2030-cu ilə doğru 8%.

Müsəlmanlar böyük şəhərlərə cəmləşir: Parisdə 1,7 milyon nəfər, Londonda 1 milyona yaxın. Avropanın bir sıra şəhərlərində onların tutuğu yer xüsusən yüksəkdir: Amsterdam – 14%, Antverpen – 16,9%, Brüssel – 25%, Birmingem – 26,9%, Marsel  – 25 %, Stokholm – 20%, Köln – 12%. Bu şəhərlərin bəzi rayonları isə (Brüsseldə Molenbek, Parisdə Sen-Deni), demək olar, tamamilə müsəlmanlardan ibarətdir.

 

İnteqrasiya çətinlikləri

 

Köklü Avropa əhalisinin azalması fonunda Avropada yüksək doğuluşlu müsəlaman icmasının artımı sosio-mədəni və etnik tarazlığın radikal dağıntısına, həmçinin vətəndaş müharibəsinə keçə biləcək qaçılmaz ixtilaflara aparır. Avropa cəmiyyətinə inteqrasiya və iş perspektivləri həm “qoca”, həm də “gənc” mühacir müsəlmanlar üçün önəmsiz olaraq qalır. Avropa iqtisadiyyatına bu sayda aşağı ixtisaslı qüvvə lazım deyil. Artıq nümunələr var – 60-70-ci illərdə Afrika və Yaxın Şərq ölkələrindən milyonlarla mühacirin gəldiyi və xidmət, inşaat və avtosənayedə iş əldə etmiş həm Almaniyada, həm də Fransada. Zaman keçdikcə bu işçi qüvvəsinə ehtiyac aradan qalxıb, lakin mühacirlər sosial müavinətə keçərək Avropada qalıblar. Əsasən müəslmanlardan ibarət olan məhz bu mühacirlər mühitində Avropanın əmək və sivilizasiya dəyərlərini inkar edən şəhər submədəniyyəti formalaşıb. Fransada ən azı, üç nəsil mühacirin yaşadığı 50 ildən sonra da müsəlmanların inteqrasiyası baş tutmayıb.

AB-nin, demək olar, bütün müsəlmanları Yaxın və Orta Şərq, Şimali Afrika və Balkan ölkələrindən çıxanlardır. Uzun illər Qərbi Avropada olduqlarına baxmayaraq, ənənəvi dini və ailə dəyərlərini inadla saxlayırlar. Avropa müsəlmanalrı içində yüksək doğum üzündən döyüşkən islamçılıq və ənənəvi islam dəyərlərinə həssas gəncliyin tutduğu pay böyükdür. Radikal islam Avropada müsəlman gəncliyi içində sürətlə yayılır – həm yeni gələnlər, həm də ikinci və üçüncü nəsil müsəlmanlar arasında. Fransa, Almaniya və Böyük Britaniyadan minlərlə gənc müsəlman İŞİD tərəfdən döyüşmək üçün Suriya və İraqa yollanıb.

 

Demoqrafik təzyiq güclənir

 

2015-2016-cı illərdə Yaxın Şərq ölkələrindən Avropaya kütləvi mühacir axını müvəqqəti azalsa da, qaçqınların yeni yürüşü qaçılmazıdr. Ərəb ölkələri və Türkiyədəki demoqrafik partlayış Avropanın bütün cənub sərhədləri boyu davam edir. Məsələn, Misir əhalisi ildə 2 milyon nəfər artır və 90 milyonu keçib, ən yaxın illərdə artıq 100 milyona yetəcək. Ölkə əhali artıqlığından boğulur, su çatmır, yaşayış üçün yararlı torpaqlar ərazinin cəmi 7%-ini təşkil edir.

Əhalisinin ümumi sayı 400 milyonu aşan ərəb aləminin başqa ölkələri də anoloji problemlərlə üzləşib. Türkiyənin indiki problemlərinin kəskinləşməsində demoqrafik amil də xüsusi rol oynayıb. Burada əhalinin sayı son 25 ildə 50 milyondan, təxminən, 80 milyonadək qalxıb. Əhalinin ənənəvi həyat tərzi sürdüyü, mühafizəkar İslama inam bəslədiyi və dünyaya çoxlu uşaq gətirən Anadolunun iç rayonları yüksək doğum qaynağı olaraq qalır.

Mülki münaqişələr, sosial sarsıntılar və ümumi perspektivsizlik şəraitində getikcə daha çox gənc müsəlman yaxşı güzəran axtarışında Avropaya can atacaq. Avropa ölkələri bu qədər böyük qaçqın kontingentlərinin qəbuluna hazır deyil. Bu arada Türkiyə artıq Avropa Birliyinə xəbərdarlıq edib ki, oktyabra doğru vizasız rejim təklif edilməsə, sərhəd nəzarətini zəiflədəcək və mühacirlərin yeni axını  Avropaya axacaq.

Yaxın Şərqdə yaxınlaşmaqda olan ekoloji fəlakət (quraqlıq, səhralaşma, su qıtlığı) və su ehtiyatlarına nəzarət uğrunda qanlı münaqişələr “xalqların yeni köçü”nə səbəb ola bilər, ilk dəfə “iqlim qaçqınları” kateqoriyası meydana çıxacaq. Məsələn, Amerikanın NASA kosmik agnetliyinin aeromüşahidələri göstətir ki, Yaxın Şərq ölkələri 1998-ci ildən 2012-ci ilədək dövrdə 12-ci əsrdən bəri ən sərt quraqlıqdan keçib. O, bir çox kataklizm və vətəndaş müharibələrinə səbəb olub. Xüsusən də Suriyada quraqlıq nəticəsində kənd təsərrüfatı sektoru, demək olar, tamamilə məhv olub, yüz minlərlə insan təhlükəli durumun yarandığı Dəməşq, Hələb və Xoms civarındakı qəsəbələrə köçüb. Bu, 2011-ci ilin martında Dəməşqdə bəəsçi rejimə qarşı üsyanın səbəblərindən biri oldu.

“Tərs” faktlara baxmayaraq, Qərbi Avropa siyasətçiləri Aralıq dənizi bölgəsindən qaynaqlanan demoqrafik təhlükəyə etinasızlığı davam etdirir. Təəssürat yaranır ki, nə baş vermiş teraktlar, nə mühacir böhranı, nə başını qaldıran islam radikalizmi Avropa Birliyinin siyasi rəhbərliyi və Qərbi Avropanın əsas ölkələrini “multikulturalizm”in ideoloji ehkamı, siyasi nəzakət və tolerantlıqdan imtinaya məcbur etməyəcək. Məxfi qaydaya əsasən, AB-də əsas informasiya vasitələri terrorçuların milliyyəti və dini mənsubiyyəti haqda susmağa üstünlük verir. Həmçinin xatırlatmağına dəyər ki, Almaniya və Fransanın qəzet və internet nəşrlərində artıq ilyarımdır ki, oxucuların bütün “həssas” mövzulara, hər şeydən öncə qaçqın, müsəlman və terrorizmə toxunan forumları buraxılıb. Bu şəraitdə AB-nin köklü əhalisinin qorxu və əndişəsinin ifadəçisi kimi antiavropa və sağçı radikal partiyalar çıxış edir və getdikcə daha çox tərəfdar toplayır.

 

Tərcümə Strateq.az-ındır.