XƏBƏR LENTİ

15 Avqust 2020
14 Avqust 2020

Digər Xəbərlər

14 Mart 2015 - 11:10

Ruhun baharına doğru…

Bir zamanlar dünyamız vahid kökdə, vahid dildə, vahid dində idi

yoxlama-.jpg

Qarşıda Novruz Bayramı ağşunu açıb bizi qarşılamaq üçün yolumuzu gözləyir. Xalqın sevdiyi bu bayram hər il qəlbimizdə sevinc, ümid qığılcımını yandırır. Əslində, bunun çox dərin səbəbləri var. Bu bayramın fəsillərin şahı sayılan baharda olmasının səbəbi də bu dərinlikdədir. Bahar kəlamı bu günümüzə ulu dövrümüzdən, yəni yerüzünü su basana qədərki dövrdən – o dövrdən ki, dünyamız vahid kökdə, vahid dildə, vahid dində idi – gəlib.

Nuh əyyamından öncə bu məkanın adı Bharat idi, mənası isə həmişə çiçəklənən, həmişə nurlanan deməkdir. Dövran, həqiqətən, adına layiq yaşayırdı. O dövrün dili “təfəkkür dili” adlanırdi. İnkişafın yüksək mərhələsində səs dilini təfəkkür dili əvəz edir. Ulularımız bir-birinin fikrini dilsiz-danışıqsız anlayardırlar. Dünyanı canlandıran həyat işığı göydən hazır gəlir yerə, şüurla dil də hazır verilib bəşəriyyətə.

İnsan şüurunda hökm sürən birlik, bölünməzlik bəşər övladının gücünün nəyə qadir olduğundan xəbər verirdi. “Bəşəriyyət ağacı” deyilən anlayış o dövrdən gəlmişdi. Dil, din qrupları sonradan gəldi şüurumuza. Əslində, Vahid Ağac var və ağacın vahid kökü, gövdəsi və budaqları hər birimizik, yəni o zaman yalnız “biz” anlayışı mövcud idi. Ağac böyüyüb şaxələndikcə, yəni yerüzünün sakinlərinin sayı artdiqca süni parçalanma (“sənin”, “mənim”) anlayışı da sürətlə artmağa başlayır.

Təbiətin dəyişməz qanunu var: böyüyüb şaxələnmiş ağacın ömrü tamama yetsə də, kökdən gələn kiçik cücərti bu prosesi bir də təkrarlayır. Bəşəriyyət ağacı da bu şəkildə təkrarlanır, yəni ölməzdir, əbədidir. Bütün canlı varlıq, yəni dünyamız, dövrü silsilənin trayektoriyası boyunca ahəstə-ahəstə daim dayanmadan hərəkətdədir. Trayektoriya dairəviliyinə görə sonun tamamlanması, başlanğıcın başlanması ilə davam edir. Necə deyərlər, tarix daima təkrarlanır. Demək biz də, yəni bu dünyanın sakinləri də bu dairənin içində (fələyin çarxında) daima fırlanmaqla hərəkətdəyik.

Bu gün xalqımızın dilində fəsillərin şahının bahar adlanması və çox-çox qədimlərdə ümumən bəşər övladının yaşadığı məkanın adının Bharat adlanması ondan xəbər verir ki, xalqın yaddaşında həmişə çiçəklənən dövr öz izini qoyub. Ona görə də xalqın qəlbində bahar bayramı gələcəyə bir ümid qığılcımı kimi baxmağa əsas verir. Demək, cənnət dövr mütləq bir daha qayıdacaq. Şamların yandırılmasının simvolikası bununla izah olunur.

Hələ rənglənmiş yumurtalar… Yumurtanın oval forması insan ruhunun haləsindən xəbər verir. Ulularımızın o zaman həqiqi kimlikləri haqqında bilikləri daha çox idi, nəinki indi. Hal-hazırda insan öz kimliyini unutğu üçün “insan” adını, yəni “unutqan”ı qazandı. O zamanın uluları isə “ilahilər” adını qazanmışdılar. Onlar bu ada əməllərinə, keyfiyyətlərinə görə layiq görülmüşdülər.

Yumurtalarin rəngləri isə ruhun şüalanan enerjisinin rənglərindən xəbər verir. Ruh bədəndə özünü nə qədər xoşbəxt hiss edirsə, qızılı-sarı işığı bir o qədər güclü olur. Bu o deməkdir ki, bədənin mədə-bağırsaq, qaraciyər-öd sistemləri patalogiyasiz öz funksiyasını yerinə yetirir. Və ya ruh nə qədər sevgi hissləri ilə doludursa, bir o qədər yaşıl şüaları bədənini və ərafı şüalandırır, yəni bədənin ürək-damar sistemi özünü layiqincə doğruldur.

Ruh sakit və hüzurludursa, ətrafını mavi işıqla şüalandırır, bu da nəfəs orqanlarının sağlamlığından xəbər verir.

Ruh nə qədər ruhsal biliyə malikdirsə, bir o qədər də göy işıq saçır, yəni bədənin əsəb və beyin-damar sistemləri rolunu fəsadsız yerinə yetirir.

Ruhun yasəmən rəngli enerjisi isə oun məmnunluğundan, həyatdan aldığı həzzdən xəbər verir, yəni hormonlar sistemi qüsursuz fəaliyyət göstərir.

Ruhun narıncı rəngli enerjisi onun saflığından, təmizliyindən irəli gəlir, demək ki, immun sistemində heç bir problem yoxdur.

Bir də ruhun qırmızı rəngi vardır, yəni bütün hərəkət orqanları aktiv hərəkətdədir.

Картинки по запросу boyalı yumurta

Bu da bizim bahar bayramımızda yumurtaların rənglənməsinin səbəbinin izahıdır. Təəssüf ki, hal-hazırki zamanda ruh ona gözəllik verən 7 rəngli enerjinin qıtliğını yaşayır. Əslində, bədənin xəstəliklərinin səbəbi də bu qıtlıqdan irəli gəlir.

Səməni isə Bharat dövrünün ruzili-bərəkətli bir dövr olduğundan xəbər verir. Yəni Yaradan öz ovladlarını bu dünyaya ağır zəhmət çəkmək üçün göndərməmişdir. Torpağa səpilən toxum zəhmətsiz, əziyyətsiz bol-bol bəhrə verərmiş.

Dünyanın 7 fiziki möcüzəsi var. Bir də əsil, həqiqi möcüzə var. Bu Yaradanın yaratdığı ilahi möcüzədir. Yaradan bir vaxtlar yaşadığımız məkanı, yəni Bharatı möcüzəli dərəcədə cənnət məkan yaratmışdır. Təəssüf ki, insanlar möcüzəli həyatlarını yaddaşlarından siliblər. Lakin şüur aıtında o dövrün yaddaşının izləri bu günümüzə kimi gəlib çıxmışdı. çərşənbə bayramlarının, bahar bayramının atributları bunun təsdiqidir. Bu o deməkdir ki, bu torpaqlar da o dövrün, yəni cənnətin ən səfalı guşələrindən biri olub.

Bahar bayramının mənası yeni ilin gəlişi, yəni gecə ilə gündüzün bərabərləşməsi deməkdir. Bunlar da o zamanın yaddaşindan süzülüb gəlib, yəni toran, zülmət səltənətin sonu nurlu, parlaq səltənətin başlanğıcı ilə əvəz olur. Bu da insanların idrak deyilən altyaddaşında möhürlənib qaldığı üçün bahar bayramı qəlblərdə ümid qığılcımını yandırır.

Картинки по запросу səməni

Səməninin bir simvolu da təzələnmək, yeniləşmək deməkdir. İnsanlardakı bu bayramqabağı evlərdə, həyət-bacalarda, libaslarında təzələnmək arzusu da o dövrün təzahürüdür.

Bilirik ki, fiziki dünya və bədənimiz 5 ünsürdən – od, torpaq, su, hava və efirdən yaranıb. Nurlu dövrlərimizdə bu ünsürlər bəşəriyyətə xidmət edərdi. ünsürlər saf, təmiz olduğu üçün xidmət etməyə gücü vardı. Lakin insan şüuru saflığını itirdikcə gücünü də itirməyə başladı və bu düşgünlk ünsürlərə də təsir etdi. Artıq onlar nəinki insanlara xidmət etməkdən boyun qaçırdı, hətta ziyan vurmağa başladı. Həmçinin bədənin də ünsürləri artıq bizə xidmət etmək istəmir. İnsanın şüuraltı y
addaşında bu elementlərin xidməti qarşısında minnətdarlıq hissi bu gün çərşənbələri ünsürlərə bayram kimi həsr etməkdə əksini tapıb. Əgər insan bu gün də bu elementlərlə harmonik munasibət yarada bilsə, onlarla dostluq edə bilsə, ünsürlər öz minnətdarlığını bildirib insanın qulluğunda durmağa hazırdır.

Məsələn, necə?

Su – keyfiyyətinə görə şəffafdır, aydındır, hər şeyi qəbul edəndir, daim hərəkətdədir, bütün maneələri aşıb keçəndir, durğunluğu sevmir, əsas rolu təmizləmədir. Əgər insanın da keyfiyyətində bunlar öz əksini tapsa, bu o deməkdir ki, su elementi minnətdarlıqla hər zaman sənə xidmət etməyə hazirdır və hər zaman hər hansı bir təhlükədə sənin xilaskarın ola bilər. Bədənin xeyli hissəsi sudan ibarətdir və o, hər zaman bədəni xəstəliklərdən qorumağa hazırdır.

Torpaq – hər şeyi udmağı bacaran, qarşılığını gözləmədən bəxş edəndir, ədalətlidir, yaradıb artırandır və dözümlü, səbirlidir. Bu o deməkdir ki, insanın da keyfiyyətində bu xüsusiyyətlər yetərincə olsa, torpaq hər zaman insanın hüzurunda hazırdır və insan aclıq deyilən dəhşəti heç zaman yaşamayacaq. Bədənin də hansısa bir hissəsi torpaq tərkiblidir və bu tərkib sənə xidmət etməyə hazırdır.

Hava – daim hərəkətdədir, həyat üçün şərait yaradandır, görünmür, lakin hər yerdədir,yüngüldür və yorulmazdır. Əlbəttə ki, insan da bu keyfiyyətləri özündə əks etdirə bilsə, hava onun yalnız dərdinə dərman olardı.

Od – enerji mənbəyidir, təmizləmək və təkmilləşdirmək gücü var, istilik bəxş edəndir, canlandırandır və qaranlığı yox edəndir. Təsəvvür edin, bu xüsusiyyətlər insanda olsa, nələrə qadir olar.

Yetər ki, insan bu elementlərə minnətdar olmağı, sevməyi, qoruyub qayğısına qalmağı bacarsın. O insanın qoruyucusuna, xilaskarına çevriləcək, həmişə məmnunluqla onun qulluğunda hazır olacaq.

İnsanların çərşənbələri qeyd etməsinin dərin mənası bu ünsürlər tərəfindən ruhun təmizlənməsi, saflaşması deməkdir, yəni çərşənbədən-çərşənbəyə təmizləndikcə ruh Yeni İlə tərtəmiz qədəm qoyur. Əslində, bunun dərin mənası budur: hal-hazırki köhnə qoca dünyanın, yeni nurlu dünyaya keçidi ərəfəsində yalnız saflaşmış ruhların bu astanadan keçməyə haqı var.Yeni cənnət səltənəti, yəni Bharatı qazanmaq hər kəsin vərəsəlik haqqıdır.

Mahirə Əliyeva

Raca yoq, Brahma Kumaris ümumdünya Ruhsal Universitetinin məzunu