XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

16 August 2016 - 13:00

ABŞ mətbuatı Azərbaycan səhiyyəsinin bərbad durumundan yazıb: “İnsanlarda səhiyyə sisteminə inam qalmayıb” –Araşdırma

seh

Durna Səfərova

eurasianet.org (ABŞ), 16.08.2016

 

Azərbaycanda praktik olaraq hamı ölkə xəsətəxanalarındakı dəhşətli hadisələri eşidib. Ən yaxın misal şəkər xəstəliyinə görə sol ayağı amputasiya edilməli olan 87 yaşlı Tərlan Məmmədova ilə bağlı hadisədir. Lakin həkim əvəzində onun sağ ayağını kəsib. Nəticədə qadın iyulun 31-də əməliyyatdan sonrakı ağırlaşmadan keçinib.

Badamcıq vəzinin götürülməsi üzrə əməliyyatdan sonra ağırlaşmadan dünyasını dəyişmiş 4 yaşlı Arzu Qurbanlının taleyi heç də az kədərli deyil.

Bu cür insidentlər respublika vətəndaşlarının əksəriyyətini xaricə müalicəyə getməyə məcbur edir. Dəqiq statistika yoxdur, lakin səhiyyə işçiləri aşkar tendensiyanı qeyd edirlər.

Xaricdə müalicəyə getmək tendensiyası Azərbaycan müstəqillik qazanandan sonra güclənib, – cərrah, həmçinin Azərbaycan Tibb Universitetində dərs deyən Adil Qeybulla deyir. – Əsas səbəb respublika səhiyyə sisteminə inamsızlqıdır”.

Ölkə seçimi vətəndaşlaırn rifahından asılıdır. 5 min manat (3 min dollardan yuxarı) büdcəsi olanlar İrana gedirlər. Sağlamlığına 10 min manat (6 min dollara yaxın) itirməyi rəva bilənlər Türkiyəyə yollanırlar. Lap varlılar ABŞ və AB-də müalicə olunmağa üstünlük verirlər. Azərbaycanın imici, ölkənin beynəlxalq statusunun yüksəlməsi üçün tədbirlər – ötən "formula-1" yarışı kimi – keçirməyə səxavət göstərmək prezident İlham Əliyev administrasiyası üçün son dərəcə prinsipial məsələdir. Buna görə də səhiyyə sisteminin pis ad-sanı hökuməti əsəbiləşdirir.

Azərbaycan səhiyyə nazirliyinin yüksəkçinli məmuru Nəsib Quliyev dövlət səhiyyəsinin müdafiəsi naminə qızğın şəkildə çıxış edib bildirdi ki, son onillikdə 600 dövlət tibb müəssisəsi inşa və yaxud təmir edilib. Onun sözlərinə görə, KİV problemləri şişirdir və ictimai əhvali-ruhiyyəni təhrif edir. “Hansı ölkənin bu cür problemi yoxdur”, – deyə o, səhv edilmiş əməliyyatlar haqda məlum hadisələrə toxunaraq bildirir. Məmur həmçinin qeyd edir ki, SSRİ dağılandan bəri respublika səhiyyə sistemi yaxşılığa doğru xeyli dəyişimə məruz qalıb: “1990-cı illərlə müqayisədə (səhiyyəyə ayrılan) büdcə 11 dəfə artıb. Hökumət vasitə, pulsuz yemək, dərman verir. Uşaqların vaksinlənməsi tamamilə pulsuz aparılır”.

Vətəndaşlara səhiyyə xidməti kağız üzərində aşağı qiymətlərlə olsa da, ölkənin əksər sakinləri səhiyyə sistemində rüşvətxorluq tüğyanına işarə edir. Bu, qismən sahə işçilərinin aşağı maaşları ilə izah olunur. Məsələn, tibb bacısı ayda 150 dollara yaxın qazanır. Buna görə də müştərilər ən adi tibbi xidmətlərə görə əlavə pul ödəməli olurlar. Bəziləri bunu maaşa əlavə, digərləri isə rüşvət adlandırır.

Ola bilsin, son onilliklərdə dövlətin səhiyyəyə ayırdığı məbləğ xeyli artsa da, dünyada neft qiymətlərinin düşməsinə görə büdcə problemləri səbəbindən son bir ildə 4% azalıb. Azərbaycan enerji daşıyıcıları ixracatından son dərəcə asılıdır. Azərbaycan manatının dollara nisbətdə çöküşü də ölkənin səhiyyə sisteminə mənfi təsir edib. Çünki tibbi dərman və avadanlıqların əksəriyyətini xaricdən daşımaq lazım gəlir.

Adil Qeybullanın sözlərinə görə, Azərbaycanda dövlətin səhiyyə xərclərinin ÜDM-ə nisbəti keçmiş SSRİ-nin başqa ölkələrindəkindən aşağıdır. Onun dediyinə görə, keçmiş İttifaq ölkələri üçün orta göstərici ÜDM-in 5,9%-dir, Azərbaycanda isə ÜDM-in 4,5%-i səviyyəsindədir. Prezident Əliyev 2015-ci ildə yenin klinikanın açılış mərasimində Azərbaycanı tibbi turistlər üçün təyinat ölkəsinə çevirmək arzusunu bildirib: “Biz əcnəbiləri Azərbaycana müalicəyə cəlb edən sistem yaratmalıyıq”.

Onsuz da respublikada tibbi turizm populyardır. Düzdür, axın ölkəyə  deyil, ondan gedir. Bir neçə türk firması artan tələbata reaksiya verməklə Azərbaycanda ölkə sakinlərini məqbul qiymətlərlə Türkiyənin münasib  kilinikalarına müalicəyə göndərmək üzrə ixtisaslaşan şöbələr açıb. Türkiyə tibb universitetində təhsil almış, indi isə İstanbulda tibbi mərkəzlərdən birində işləyən azərbaycanlı həkim Orxan İbrahimov deyir:

“Azərbaycanlılar sağlamlıq xatirinə hər şeyi etməyə hazırdırlar. Evlərini, maşınlarını, mal-heyvanı satmağa hazırdırlar ki, Türkiyəyə gedib müalicənin pulunu ödəsinlər”.

Azərbaycanda 2011-2014-cü illərdə xəstələri döş xərçəngindən müalicə etmiş onkoloq Həmdi Köçərin sözlərinə görə, Azərbaycandan Türkiyəyə müalicəyə gələn insanların sayı ilbəil artır. O, qeyd edir: “Razı qalan azərbaycanlı müştərilər yanımıza başqa adamları göndərirlər. Çoxları xeyli maliyyə qurbanına getməli olur ki, zəruri müalicə alsın. Onların əksəriyyətinə yazığım gəlir, çünki pulları çatmır və yola 35-40 saat itirib Türkiyəyə avtobusla gəlirlər”.

 

Tərcümə Strateq.az-ındır.