Kerolin Kui, Andrey Ostroux
The Wall Street Journal (ABŞ), 25.08.2016
Rusiya bazarlarında yenidən canlanma başlanıb. Neft qiymətlərinin düşdüyü və Qərb sanksiyalarının investorların Rusiyadan qaçmağına səbəb olandan iki il sonra çərşənbə axşamı avqustun 23-də MMVB indeksi mövcud olduğu dövrdə ən yüksək rekord nişanəyə yüksəlib. O, ilin əvvəlindən 25% artıb və Rusiya hazırda MSCI Inc.-in izlədiyi 23 inkişaf edən ölkə içində göstəricilərin keyfiyyətinə görə altıncı yeri tutur. Rubl bu il dollara nisbətdə 13% möhkəmlənib, yəni dollara nisbətdə artım göstəricisi üzrə inkişaf edən ölkələrin valyutaları arasında üçüncü yerə çıxıb.
Rusiyanın yerli valyutada nominasiya edilmiş bondları (istiqrazları-tərc.) "J.P. Morgan Chase & Co"nun izlədiyi 15 ölkə arasında qiymət təyini üzrə üçüncü yeri tutub.
İnvestorların əksəriyyəti hesab edir ki, Rusiya bazarlarının dirçəldilməsi Elvira Naibullinanın xidmətidir. Onları onun 2014-cü ildə rublun dollara bağlılığını ləğv etmək, sonra isə kapitalın qaçışını önləmək və inflyasiyanı dayandırmaq üçün faiz tariflərini kəskin şəkildə yüksəltdiyi gözlənilməz qərarına işarə edirlər.
Bu addımlar rublun kursu düşdükdən dərhal sonra dərin geriləməyə məruz qalmış Rusiya iqtisadiyyatı üçün dedikcə ağrılı oldu. Nəticədə ölkə əhalisinin alıcılıq qabiliyyəti azaldı. Lakin bu qərar zaman ötdükcə xarici investorların 1998-ci il defoltunun indiyədək kölgəsi düşən Rusiyaya inamını bərpa etməyə kömək oldu.
"Wasatch Emerging Markets Small Cap." fondundan Andrey Kutuzov hesab edir: “Rusiya Mərkəzi bankının düzgün addımları rubla və onun makroiqtisadi siyasətinə inamı bərpa edib”.
"EPFR Global"ın məlumatına görə, kürəsəl investorlar bu il Rusiya səhm və istiqrazlarına yatırım qoyan fondlara 1,3 milyard dollar daxil ediblər. Hökumət istiqrazlarını saxlayanlar içində əcnəbilərin payı iyunun 1-ə olan duruma görə 24,5% artıb – mərkəzi bankın məlumatına əsasən, bu, 2012-ci ilin sonundan bəri ən yüksək səviyyədir.
Rusiyanın 2014-cü ildə tamamilə tərk etmiş "Wasatch" fondu bu günlərdə ora dönüb və “Lenta” şirkətinin pərakəndə ticarətinə 700 milyon dollar yatırıb.
Rusiya inkişaf edən bazarların aktivlərinin kəskin sıçrayışından udur – bu, qismən onunla izah olunur ki, ABŞ Federal Ehtiyatlar Sisteminin faiz tariflərinin yüksəldəcəyinə ümidlər zəifləyib. ABŞ-da tariflərin yüksəlişi dollar kursunun artımını törədib, yerli valyutaların alıcılıq qabiliyyətinə basqını və inkişaf edən ölkələrin dollarla borcları bağlamağa məsrəflərini çoxaldaraq inkişaf edən bazarlara zərbə vura bilər. İnvestorların ruh yüksəkliyinə baxmayaraq, analitiklərin əkəsriyyəti xəbərdarlıq edir ki, inkişaf edən ölkələrin bazarlarındakı canlanma çox çəkməyəcək. Şəkkaklar qeyd edirlər ki, birja indekslərinin artımı iqtisadiyyat və siyasətdəki gerçək uğurları qabaqlayır. Bir çox ölkələrin, o cümlədən Rusiyanın hökuməti hələlik əmək bazarlarının açılışı, dövlət müəssisələrinin yenidən təşkili kimi struktur islahatlarına tam girişməyib.
"Eurasia Group"un analitiki Zakari Uitlin deyir: “Bu islahatlarsız uzunmüddətli perspektivdə artıma güvənmək olmaz. Pul-kredit siyasəti özlüyündə dayanıqlı artıma şərait yarada bilməz”.
Builki bəzi yaxşılaşmalara baxmayaraq, Rusiya iqtisadiyyatı hələ də geriləmə durumundadır. Beynəlxalq valyuta fondu ortamüddətli perspektivdə “önəmli struktur islahatlarının yoxluğundan” onun artımını, təxminən, 1,5% səviyyəsində proqnozlaşdırır.
Ekspertlərin sözlərinə görə, inkiaf edən bəzi ölkələr tərəqqiyə nail olur: bunlardan struktur islahatları kursunu götürmüş Meksika, Hindistan, İndoneziya və Argentinanın adını çəkmək olar. Lakin Rusiya, Çin və Cənubui Afrikanı hələ də əsas problemlərin həlli gözləyir.
Analitiklərin fikrincə, Rusiya iqtisadiyyatın şaxələnməsi, neftdən asılılığın azldılması, həmçinin öz bazarlarınınmı daha da şəffaflaşdırmaqda əhəmiyyətli uğurlara çatmayıb. Hökumət keçən həftə “Başneft”-dəki payını özəlləşdirməyi təxirə salıb ki, bunu da özəlləşmə prosesində çaşqınlıq kimi qiymətləndirmək olar.
Analitik və investorların fikrincə, neft qiymətləri düşsə, Federal Ehtiyatlar Sisteminin tarifləri yüksəldəcəyinə ümidlər möhkəmlənəcək, Rusiya və başqa ölkələrin, hesab edildiyi kimi, struktur islahatlarına tələsməyən bazarları xammal qiymətlərindən ciddi asılılıq və ağır borc yükü üzündən aktivlərini satmaq tendensiyası ilə hökmən üzləşəcək. Bazar ertəsi avqustun 22-də neft qiyməti 3% azalarkən rubl dollara nisbətdə öz dəyərini 1,4% itirib.
İnvestorlar həmçinin prezident Putinin gözlənilməz geopolitik cəhdlərinin yarada biləcəyi riskləri də diqqətdə saxlayırlar. Moskva son bir neçə gündə Ukrayna sərhədində gərginliyi artırmaqla bu rayonda hərbi iştirakını gücləndirib.
İnvestorların əksəriyyəti hesab edir ki, Rusiyaya yatırım yaxşı bəhrələr verir. İnkişaf edən bazarlarda 9 milyard dolları idarə edən "Capital Group"un investisiyalar portfelinin meneceri Robert Nithart qeyd edir ki, onun şirkəti rublun kifayət qədər ciddi göstəricilərinə söykənməklə rubl istiqrazları ilə işləməyi davam etdirir.
Rusiyanın dövlət rubl istiqrazları 9,1% cari gəliri nəzərə alınmaqla varlı ölkələrin istiqrazlarınınn gəliri sıfıra yaxın olduğu bir dövrdə investorlar üçün xüsusən cəlbedicidir. Mərkəzi bank Naibullinanın rəhbərliyi altında 2017-ci ildə inflyasiyanı indiki 7%-dən 4%-ədək azaltmaq niyyətindədir. İnflyasiyanın azalması istiqrazların qiymətinin daha çox artımına səbəb olacaq.
Lakin "Capital Group"dan Nithart deyir ki, risk göstəricilərinin dəyişiminə diqqətlə nəzarət edir və Rusiyaya investisiyaların həcmini məhdudlaşdırır ki, “Rusiya üçün nadir, çətin ölçülən risklərin nəticəsi ola biləcək” itkilərdən qorunsun.
Tərcümə Strateq.az-ındır.