XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 July 2015 - 07:00

Banklarla bağlı hansı qərar veriləcək? – Ekspertlər danışdı

Bank_7.jpg

Mərkəzi Bankın nizamnamə kapitalının 50 milyona çatdırılması ilə bağlı vaxt verməsi maraq doğurur.

Banklara göstəriş verilib ki, 8 ay müddətində nizamnamə kapitalını 50 milyona çatdırsınlar. Bu göstərişə əməl etməyən banklar fəaliyyətini dayandırmalı olacaq. Amma belə bir sual yaranır.

Hələ devalvasiya problemi olmadığı, problemli kreditlərin hər ötən gün artmadığı bir zamanda banklar Mərkəzi Bankın qoyduğu “planı” yerinə yetirə bilmirdilər. Hazırda isə Azərbaycan bankları ciddi problemlərlə üz-üzədirlər. Bankların problemli kreditləri təhlükəli həddə çatıb. Banklardan vəsait çıxaranların sayı çoxalıb. Belə olan halda Azərbaycan banklarını nə gözləyir?

Strateq.az Azadliq.info-ya istinadən xəbər verir ki, iqtisadçı Məhəmməd Talıblının sözlərinə görə, əslində, bankların daxili oyun qaydalarının və şərtlərinin sərtləşdirilməsi istiqamətində Mərkəzi Bank addımlar atmışdı. Müxtəlif formada həyata keçirilən monetar tənzimləmə sonda 2 bankın bağlanmasına səbəb oldu.

M.Talıblının sözlərinə görə, bu proses sonda bank sektorunda 25-30 bank qalana qədər davam edəcək:

“Nizamnamə kapitalının yüksəldilməsi də həmin islahat həlqəsindən biridir. Bəzi bankların kapitallaşma problemi üzə çıxacaq. Bu zaman banklar əlavə resurs axtarışında olmalıdırlar. Xarici mənbələrlə bağlı məhdudiyyətin olması isə onların çoxunda problem yaradır. Bəzi bankların isə zəmanətlə resurs cəlb etmək imkanı var. Amma bu bütün banklarda belə deyil. Belə olmayanda isə onların bəziləri birləşməyə də gedə bilərlər. Digər tərəfdən isə bu addım onların nisbətən bahalı faizlə əmanət cəlbinə yol aça bilər. Amma bu məhdudiyyəti də banklar aşa biləcək. Bundan sonrasa başqa tənzimləmə üsulları tətbiq ediləcək”.

S.Əliyevin sözlərinə görə, adətən adekvatlılıq dərəcəsi bankın xalis məcmu kapitalının onun banka aidiyyəti olmayan şəxslərə verdiyi kreditlərin dərəcəsinə nisbətinin faizlə ifadəsi olur:

“Xalis məcmu kapital bankın məcmu kapitalından banka aidiyyəti olan şəxslərin götürdüyü kreditlər çıxıldıqdan sonra müəyyən edilir. Banka aidiyyəti olan şəxslərə isə bankda mühüm iştirak payı olanlar, bankın inzibatçıları, struktur bölmələrinin rəhbərləri, qərar qəbulu prosesində iştirak edənlər və onların yaxın qohumları daxildir. Hazırda Azərbaycanda bankların adekvatlılıq dərəcəsi üçün norma 12 faiz müəyyən edilib. Yəni banklar kənar şəxslərə xalis məcmu kapitaldan təxminən 8,3 dəfə artıq kredit verə bilərlər. AMB iyunun 1-dən adekvatlılıq dərəcəsini 20%-ə qaldırmaq istəyirdi. Bu, gələn il fevralın 1-nə kimi təxirə salındı. Yeni qaydalara görə, Azərbaycan banklarında adekvatlılıq dərəcəsi 1 fevral 2016-ci ildə 20%-ə qaldırılacaq və mərhələli olaraq bu, 2020-ci ilin iyun ayında 100%-ə çatdırılacaq. Yəni banklar yalnız xalis məcmu kapitalı qədər kredit verə biləcək”.

S.Əliyev bildirib ki, MB-nin tələbləri bu cür sərtləşdirməsi bəzi bankların təsisçilərinin kapitala qoyulan tələbi yerinə yetirmək üçün əl atdığı manevr imkanlarını məhdudlaşdırır: “Adətən, kapitala qoyulan tələbi yerinə yetirə bilməyən təssisçilər kənardan vəsait cəlb edərək banka yatırırlar. Daha sonra həmin vəsaiti kredit kimi götürərək geri qaytarırlar. Bu da bankların fəaliyyətinin risk səviyyəsini artırır”.

Iqtisadçının fikrincə, devlavasiya zərbəsi nəticəsində də bankların kapitalında ciddi problemlər yaranıb: “Hətta 50 milyon manatlıq həddi keçməyə müvəffəq olmuş banklar yenidən kapital çatışmazlığı ilə üzləşiblər. ötən il adekvatlıq əmsalı bank sistemində ortalama 19% olduğu halda bu il kəskin azalıb və normadan, yəni 12%-dən aşağı düşüb”.

S.Əliyev prosesin 8 ay təxirə salınmasında məqsədin bankların konsolidasiyası olduğunu bildirir: “Bu, bankların manevr imkanını məhdudlaşdırır. Yəni Mərkəzi Bankın normativini yerinə yetirməyən banklar, xüsusən də kiçik banklar lisenziyanı itirmək təhlükəsi ilə üzləşə bilərlər. Bu isə onların bazarı tərk etməsi deməkdir. Deməli, bütün yollar bankların sayının azaldılmasına aparır”.

Strateq.az