Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşı, bayraqşunaslıq və geraldika üzrə mütəxəssis, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində 2015-ci ilin may ayının 10-dan 30-dək elmi ezamiyyətdə olub.
P.Gözəlov Dövlət Ermitaj Muzeyində və “Artilleriya, Mühəndis Qoşunları və Rabitə Qoşunları Hərb-Tarixi Muzeyi”nin bayraq fondlarında və arxivlərində elmi tədqiqat aparıb. Elmi araşdırma nəticəsində Pərvin Gözəlov bayraq fondlarında Azərbaycanın Naxcıvan xanlığına məxsus olmuş iki bayrağı aşkar edib.
Qeyd etmək lazımdır ki, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlov “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” mövzusunda tarix üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edib. O, bayraqşünaslıq üzrə ixtisaslaşmış ilk yeni nəsil Azərbaycan tarixçisidir. Pərvin Gözəlov Beynəlxalq Heraldika Cəmiyyətində və bayraqşünaslıq tədqiqatçıları arasında tanınır və bu istiqamətdə aparılan tədqiqatların nəticələri məruzələrinin mövzularında qeyd edilib…
Qeyd edək ki, Naxçıvana aid uzun zaman ərzində yalnız 1827-ci ildə Türkmənçay müqaviləsindən sonra naxçıvanlılardan ibarət “Kəngərli süvari dəstəsi”nin fəxri və döyüş bayrağı, həmçinin “Naxçıvan bəy drujinası”nın döyüş bayrağı mövcud idi. Həmin bayraqlar rus-türk müharibəsinin ərəfəsində azərbaycanlılardan ibarət atlı müsəlman alaylarına təqdim olunmuşdur. Kəngərli süvari dəstəsinin döyüş və fəxri bayraqlarının üzərində Rusiyanın dövlət gerbi, ikibaşlı qartalın təsviri var.
Naxçıvan bəy drujinasının döyüş bayrağının üz tərəfində yuxarıda qeyd olunan ikibaşlı qartal təsvir olunur, arxa tərəfində isə aypara rəmzi əks olunur. Bugünə kimi yalnız sözügedən bayraqlar Naxçıvana aid tarixi bayraqlar kimi təqdim edilirdi. Ona görə də Naxçıvan xanlığının bayraqlarını axtarıb üzə çıxarmaq həm bir xanlığı “bayraqsız” qoymamaqla yanaşı, həm də Azərbaycanın xanlıqlar dövrü dövlət rəmzlərinin müəyyən edilməsini tamamlamaq baxımından da əhəmiyyətli işdir. Aşkar olunmuş bayraqlar Azərbaycanın dövlətçilik ənənələrinin, rəmzlərinin tarixi köklarinin əyani subutudur! Bu istiqamətdə elmi tədqiqatların aparılması, həmçinin Naxçıvan xanlığının bayrağının aşkar edilməsi zərurəti 2010-cu ildə nəşr olunmuş “Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” adlı monoqrafida qeyd edilib.
Tarixi fakt olaraq, 1812-ci ilin 19-20 oktyabr günlərində İran şahzadəsi Abbas Mirzə və müttəfiqi olan Kərbəlı xanın oğlu Şeyxəli bəy Aslandüz savaşında rus ordusuna qarşı döyüşdə iştirak etmişlər.
Sankt-Peterburq şəhərində Dövlət Ermitajı Muzeyinin bayraq fondunda və arxivində aparılmış elmi tədqiqat nəticəsində Naxçıvan xanlığının birinci bayrağı tapılmışdır. Belə ki, tapılan Naxçıvan bayrağı 1812-ci ilin həmin günlərində Aslandüz döyüşündə general-mayor Petr Kotlerevskiy tərəfindən qənimət kimi götürülmüşdür. Dövlət Ermitaj Muzeyinin arxiv sənədlərində qeyd olunan bayraq “1912-1913-1914-ci il döyüşlərinin qənimətləri” kimi göstərilir.
Yeni aşkar edilmiş Naxçıvan xanlığının bayrağı dördkünc formada olaraq, uzunluğu 145 sm., eni 159 sm-dir. Morugu rəngli bayrağın yuxarı sağ tərəfində yerləşən mavi rəngli lövhəcikdə “Bismillah”, bayrağın sol tərəfində “Qurani-Kərim”dən əl-Fəth surəsinin bir hissəsi yazılıb: “Həqiqətən, biz sənə açıq-aydın qələbə verdik”. Bayrağın aşağı hissəsində “Qurani-Kərim”dən əl-Bəqərə surəsinin bir hissəsi yazılıb. Sağda ərəb qrafikası ilə “Ey rəbbimiz bizə səbr ver, bizi sabit et”, sol tərəfdə isə “Kafirə və qövmeyə qarşı bizə kömək et” yazıları vardır. Bayrağın orta hissəsində açıq sarı rəngli romb parça tikilib, üzərində sarı rəngdə şir və günəş, “Şiri-xurşid” rəmzi təsvir edilib.
İrəvan xanlığının bayrağından fərqli olaraq, burada şir üzü sağ tərəfə duraraq, başı frontal istiqamətdə göstərilir. Şirin sol pəncəsində qılınc təsvir edilib. Bayraq torbacığı sol tərəfdən tikilib. Bayraq ucluğu “xəmsə” – insan əli formasındadır. Ucluğun uzərinə ucları qotazlı ağ rəngdə iki lent bərkidilib. Naxçıvan xanlığının bayrağının İrəvan xanlığının bayraq rəmzlərinə yaxın olması heç də təsadüfi deyildi. Tarixdən məlum olduğu kimi, bu xanlıqlar çox vaxt vahid mövqedən çıxış etmiş, hətta idarəetmədə ortaq prinsipləri qorumuşlar. Bu bayraq Aslandüz döyüşündə Abbas Mirzə tərəfindən Naxçıvan xanlığına öz tərəfdarlarını fərqləndirmək, müttəfiqləri olduğunu bəyan etmək üçün verilmiş döyüş bayrağıdır.
Pərvin Gözəlovun elmi araşdırmaları nəticəsində aşkar etdiyi Naxçıvanın ikinci dövlət bayrağı 1827-ci ildə xanlığın işğalı zaman general İ.Paskeviç tərəfindən qənimət kimi götürülmüşdür və bu günə qədər müxtəlif xarici muzeylərin fondlarında “XVIII-XIX əsr müsəlman bayrağı” kimi saxlanılır.
Aşkar olunmuş Naxçıvan xanlığının bayrağı dördkünc formada eni 144 sm, uzunluğu 178 sm-dir. Qızılı ipəkdən hazırlanmış bayraq bir-birinə üfüqi şəkildə tikilmiş üç parçadan ibarətdir. Bayrağın iki hissəsi bir ölçüdə, biri isə nisbətən ensizdir. Bütün bayraqlarda olduğu kimi, bu bayraqda da sağ tərəfdən bayraq torbacığı tikilib. Bayrağın üzərində ərəb qrafikası ilə “Qurani-Kərim”dən 48-ci əl-Fəth ayəsinin bir hissəsi və dini şuarlarla yanaşı 6 (altı) səkkizguşəli ulduz və nəbati elementlər əks edilir. üst zolağın üzərində ərəb qrafikası ilə “Qurani-Kərim”dən 48-ci əl-Fəth surəsinin bir hissəsi, “Allahdan kömək, qələbə yaxındır, Məhəmməddən mömünlərə müjdə” yazısı qızılı saplarla bayrağın üzərinə həkk edilib. Zolağın sol tərəfində diqər xanlıq bayraqlarında əks olunmuş zanbaq gülü burada da parçadan tikilib. Sağ tərəfdə biri digərinin içərisində aralarında dairəvi sədd olan iki səkkizguşəli ulduz qızılı saplarla bayraqda yerləşdirilib. Qeyd etmək lazımdır ki, əks edilmiş ulduz Möminə Xatun türbəsinin üzərindəki ulduzların üslubunda tərtib edilib. Buradakı ulduzların daxilində həndəsi elementlər açıq-aşkar görünür. Nəinki Azərbaycan xanlıqlarının bayraqlarının üzərində, XVIII-XIX əsr Şərq dövlətləri bayraqlarında da buna oxşar elementə rast qəlinməyib. Orta zolaqda açıq qızılı parcadan iki tiyəli tutacağı əjdaha başı ilə yekunlaşan Həzrəti Əlinin qılıncı (şəm
şir) təsvir olunub. Qılıncın üst hissəsində “Əlidən başqa döyüşçü yoxdur” yazısı əks edilir. Yazının qarşısında insan əli formasında (xəmsə), yaxud ələm şəklində açıq qızılı parça tikilib. Qılıncın alt hissəsində isə “Zülfuqardan başqa qılınc yoxdur” yazısı var. Yazının qarşısında və hər iki tərəfində səkkizguşəli ulduz olan, ucları sol tərəfə istiqamətlənən aypara və ulduz, aypara təsvirləri əks olunub. Hər iki yazının axırında isə yuxarıda göstərilən səkkizguşəli ulduz və zanbaq gülü tikilib. Ayparanın sağ tərəfində “Əli” adı iki dəfə güzgü əksi kimi təsvir edilib, yazının üstündə minarə yerləşdirilib. Əli sözünün solunda “Hüseyn”, sağında isə “Həsən” adları yazılıb. Sonuncu zolağın sağ tərəfində iç-içə, arasında dairəvi sədd olan səkkizguşəli sonuncu ulduz tikilmişdir.
Bayrağın ucluğu nizəvari formada, üç hissədən ibarətdir:
1. Nizə formalı ucluq;
2. İçi boş kürəcik orta hissədə yerləşdirilib;
3.Ağaca taxılan konusvari hissə. Ucluq və bayraq dirəyi nizəvari formada dəmirdən düzəldilib, ucluğun üzərində iki qotaz bağlanıb. Bayraq ağacına xüsusi mıxlarla bayraq bərkidilib. üzərinin rənglənməsi müşahidə olunmur, üzərində bir neçə çat vardır.
Bayrağın təsviri təhlil edilərək, belə qənaətə gəlinir ki, bayrağın tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənglər, bayrağa sahib olan Naxçıvan xanlığının siyasi-ideoloji, dini və tarixi-mədəni ənənələrini əks etdirir.
Milli Azərbaycan Tarixi Muzeyində ölkəmizdə yeganə “tarixi bayraqlar” kolleksiyası qorunur. Bayraqlarda olan ərəbdilli yazılar Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı tərəfindən oxunmuşdur. Bayraqların heç birinin üzərində mənsub olduğu xanlıqların adları əks olunmamışdır. Bəzilərinin üzərində yalnız rəmzi elementlər əks olunmuşdur.
Sankt-Peterburq Artilleriya Muzeyindən əldə edilmiş bayraq Naxçıvan xanlığının Dövlət bayrağıdır.
Birincisi səkkizguşəli ulduz və ayparanın əks olunması, Azərbaycan dövlət bayrağındakı ay ulduzun 1918-ci il Azərbaycan Xalq Cümhüriyyətindən qabağ, azərbaycanın tarixi bayrağlarınada milli rəmz kimi istifadə edilirdi və azərbaycançılığı, milli məfkürəni əks etdirən mühüm əlamətdir.
Səkkiz güşəli ulduz Azərbaycan ərazisində qədim dövürlərdən istifadə edilmiş və müqəddəs hesab olunmuşdur.Möminə Xatun türbəsi – məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən ən möhtəşəm abidələrindən biridir. Möminə Xatun türbəsinin naxışlarında bir-birinə toxunulmuş ulduzlar işlənilmişdir. Bu möhtəşəm abidədəki nadir üsulla işlənmiş ulduzların, dairəvi abidənin üzərindəki həndəsi ornamentlərin oxşarı yoxdur. Peterburq Artilleriya muzeyindən Pərvin Gözəlovun əldə etdiyi bu bayraqda da Əcəmi Naxçıvaninin memarlıq ənənələrindən istifadə edilmişdir. Daha doğrusu, vaxtilə böyük memar Əcəmi Naxçıvaninin Möminə Xatın məqbərisinə yerləşdirdiyi ulduz kompozisiyası eynilə Naxçıvan xanlığının bayrağında yerləşdirilmişdir. Əcəmi memarlıq elementləri Naxçıvan xanlığı bayrağının möhürüdür. Həmin ulduzlu Əcəmi Naxışlarından sonra bu bayrağın Naxçıvan xanlığına aid olduğunu isbat etmək üçün başqa bir dəlilə ehtiyac yoxdur. üstəlik, onu da qeyd etmək lazımdır ki, Naxçıvan xanlığının bayrağında rəmzi şəkildə minarənin də təsvir edilməsi bu bayraqda Naxçıvana aid ikinci bir elementin özünə yer aldığını göstərir.
“Xəmsə” insan əli rəmzi islamda qəbul edildikdəm sonra, “xəmsə” simvolu islamiyyətə qələbə gətirən Həzrəti Əlinin əli kimi simvolizə edilmişdir. Bəzən isə bu, Məhəmməd, Əli, Fatimə, Hüseyn, Həsəni birlikdə simvolizə edən rəmz kimi qəbul olunmuşdur.
Qədim dövrlərdə Azərbaycanda bayraqların üzərində “aypara” təsviri rəmzlərdən biri kimi istifadə edilməsinə dair nümunələr vardır. Naxçıvan ərazisində də aypara rəmzli nümunələr olmuşdur. Naxçıvan xanlığının bayrağında ay-ulduz, ayrapa işarəsinin olması da ənənədən gəlmədir. Bu həm də bayarğımızda ay-ulduz, aypara rəmzlərindən istifadənin təsvirini bir xeyli əvvələ çəkməyə əsas verir.
Naxçıvan bayrağında ay-ulduz (aypara) təsvirlərinin olması, Naxçıvan xanlığının bayrağının ipək parçadan tikilməsi, qotazlı və zərli olması, üzərində qızılı rəngli saplardan istifadə edilməsi bu bayrağın iqamətgahda, rəsmi yerlərdə istifadə olunduğunu göstərir. Deməli, həm də buna görə təqdim edilən bayraq Naxçıvan xanlığının rəsmi dövlət rəmzi kimi qəbul olunmuş bayrağı hesab edilir. Bayrağın üzərindəki ulduzlar da Naxçıvan xanlığının əhatə etdiyi ərazilərdəki nahiyələri, qəzaları, əsas tayfaların idarə etməkdə iştirakını əks etdirir.
Aşkar edilmiş bayraqlar Naxçıvan xanlığının siyasi-ideoloji sistemi ilə əlaqədardır. Bu bayraqların Naxçıvan xanlığına aid olmasına şübhə yeri yoxdur.
Bayraqların təsvirlərini təhlil edərək, belə qənaətə gəlinir ki, təqdim olunan hər iki bayrağın tərtibatı, üzərində əks edilən yazılar, istifadə olunan rəmzlər və rənqlər, bayrağa sahib olan Naxçıvan xanlığının siyasi, idioloji, dini və tarixi mədəni ənənələrini əks etdirir. Azərbaycanın tarixi bayraqların öyrənilməsi və nəticələrinin təbliği, Azərbaycanın dövlətcilik ənənələrinin dərin koklərinin əyani sübutudur. Bu istiqamətdə elmi tədqiqatların aprılması, Azərbaycanın tarixi bayraqlarının axtarılması davam etdirilməli və nəticələri barədə ictimaiyyətə daim məlumat verilməlidir. Bu, Azərbaycan elminin müstəqil dövlətçiliyimiz qarşısında böyük borcu və vəzifəsidir.
Tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun fotosu