XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

07 Sentyabr 2016 - 18:11

“KFC” emblemindəki adam Lev Trotskidir? –Sosial şəbəkələri dolaşan iddia (FOTOLAR)

kfc-trotski

Xeyli müddətdir ki, Bakıda da “KFC” “fast-fudu” fəaliyyət göstərir. Amma qızarmış toyuq həvəskarları, yəqin ki, bu vaxtacan “KFC”nin mənası haqqında heç düşünməyib.

Amma bir sıra ölkələrdə o, sosial şəbəkələrin ciddi müzakirə mövzusuna çevrilib. Belə bir iddia var ki, “KFC”nin banisi Rusiya kommunistlərinin ən tanınmış liderlərindən biri olan Lev Trotskidir.

Strateq.az xəbər verir ki, bu ağlasığmaz iddiaya bir-birindən maraqlı sübutlar da gətirilir.

Məsələn, ilk növbədə, “KFC”nin rəsmi banisi Harland Sanderslə Lev Trotskinin zahiri oxşarlığı. Amma təkcə bu deyil. İddianı möhkəmləndirən maraqlı bir fakt var. Belə ki, hələ 1913-cü ildə ABŞ Sosialist Partiyasının üzvləri L.Trotskiyə Harland Sandersin adına verilmiş Amerika pasportu hədiyyə ediblər. 1935-ci ildə Leninin keçmiş silahdaşı məhz bu pasportdan istifadə edərək Norveçdən ABŞ-a qaça bilib.

Həmin dönəmdə sovet hökuməti başqa L.Trotskinin deportasiya edilməsi tələbi ilə digər ölkələrə siyasi-diplomatik təzyiqlər göstərirdi. Stalinlə münasibətləri pozmaq istəməyən Ağ Ev də L.Troitskiyə ABŞ-da yaşamaq iznini bircə şərtlə vermişdi: siyasi fəaliyyətlə məşğul olmamaq.

“Xalqlar atası”nın təqibindən cana doymuş kommunist liderinin sonradan Meksikaya köçdüyü məlumdur.

Bu ölkədə olarkən onun 1940-cı ildə Ramon Merkaderin əliylə qətlə yetirildiyi də bütün tarix dərsliklərində qeyd olunub. Lakin “KFC”nin banisi Lev Trotskidir” iddiasının dəstəkçiləri bu faktı inkar edir. Onların müəyyən “dəlil-sübutları” var.

İddia edir ki, ABŞ-da yaşadığı dövrdə L.Trotski biznes fəaliyyəti ilə məşğul olub. Daha konkret desək, “fast-fud” restoranı açıb. “KFC” – K for Communist”. Bolşevik liderinin toyuqdan əla yeməklər bişirməsinə isə bəzi silahdaşlarının xatirələri də təsdiqləyir.

Rəsmi olaraq “KFC”nin banisi sayılan sabiq hərbçi, polkovnik Harland Sanders 1952-ci ildə ilk “fast-fud”unu açanda L.Trotskinin ölümündən artıq 12 il keçirdi. Lakin inanılmaz iddia tərəfdarları deyir ki, əslində, Sanders soyası altında yaşamış şəxs məhz Trotskidir.

trotski

H.Sanders öz ştatında geniş tanınan sima olub. Onun hətta mason olması və 33-cü pilləyə yüksəldiyi məlumdur. 1964-cü ildə “KFC”ni 2 milyon dollara kanadalı Con Brauna satan bu şəxs sonralar guşənişin həyat keçirib. 1980-ci ildə 90 yaşında ölmüş H.Sandersin öz məşhur ağ kostyumu və qara qalstuku ilə dəfn edilib.

Onun L.Trotski olması həddindən artıq mübahisəli olsa da, zahiri oxşarlığı sözsüzdür.

M.Rzasoy

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə