Türk yazıçısı və ictimai xadimi Fətulla Gülən Pensilvaniyadakı evində
© AP Foto, Səlahəddin Sevi
Hikmət Köksal
Türkiye gazetesi (Türkiyə), 15.09.2016
Fətulla Gülənin “məxfi kardinal” təyin edilməsi haqda ehtimal həm ölkə daxilində, həm də Amerika KİV-lərində rezonans doğurub. Xarici siyasət, beynəlxalq münasibətlər və dünya iqtisadiyyatı məsələləri ilə məşğul olan "The American Interest" dərgisi bu xəbərdən narahat olanların sırasındadır.
2016-cı il sentyabrın 5-də bu dərgidə dərc edilmiş məqalədə bu ehtimalın ciddi qəbul edilməməsinin arxasında vahiməli əhvali-ruhiyyə hiss olunur. Aydın olur ki, Gülənin FETÖ terrorçu təşkilatına bizim güman etdiyimizdən də çox güvənirmişlər və sui-qəsdi üzə çıxaran çevriliş cəhdinin iflası böyük məyusluq doğurub.
Həmçinin aydın olur ki, FETÖ-yə münasibətdə mövqedən hələ də imtina etməyiblər, bu quruma ümidlər davam edir və gələcək planların gerçəkləşdirilməsini nəzərdə tutmaqla onu hər ehtimala qarşı saxlayırlar.
Amerika dərgisində dərc edilmiş məlumata əsasən, FETÖ-nün iqtisadi dayaqlarına nisbətdə İzmir prokurorluğunda hazırlanmış ittiham aktında qeyd olunur ki, qurum başçısı Fətulla Gülən İohann II Pavelin pontifikatında “məxfi kardinal” təyin edilib. Nəşrdə deyilir: “Gülən ABŞ-a səfərdən, təxminən, bir il qabaq 1998-ci il fevralın 9-da Vatikanda pontifik İoann II Pavellə görüşüb. Papa İohann II Pavel bu görüşdən 12 gün sonra 20 yeni kardinal, həmçinin adları, demək olar, bir əsr istifadə edilməyən “in pectore” parktikasına uyğun olaraq gizli saxlanan iki məxfi kardinal təyin edib. Gizli təyin edilmiş iki kardinaldan biri Fətulla Güləndir və bu məlumat üzərində düşünməyinə dəyər”.
Pontifikin kardinalları gizli şəkildə təyin etmək hüququnu ifadə edən “in pectore” termini bildirir ki, “bu, kilsənin bağrına basdığı məxfi oğuldur”. Eyni zamanda bu, “öz ölkəsində şəxsiyyətini gizlədən başqa dinin təmsilçisidir”.
Gülən haqda ehtimalı sərsəmlik və cəfəngiyyat adlandıran "The American Interest" bunu Gülənin ekstradisiyasına qarşı əsas dəlil kimi istifadə edir: “İttiham aktına əsasən, adları elan edilməmiş iki kardinaldan biri Güləndir. Türkiyə hökuməti anlamalıdır ki, bu cür sərsəm və cəfəngiyyat ideyalar ABŞ-ın Güləni təhvil verməyi şansını azaldır. Onun vəkilləri bu paranoyyanı Türkiyə ədliyyə sisteminin ədalətsizliyinin sübutu kimi göstərə bilərlər və Amerika hakimlərinin əksəriyyəti bununla razılaşacaq”.
Nəşr əylənir: “Ola bilsin, burada daha dərin sui-qəsd var və bu halda prokuror gizli gülənçi ola bilər”.
Bu ehtimalın "The American Interest" və ya hətta papanın özü tərəfindən təsdiqi və yaxud təkzibi FETÖ-nün papa missiyasna yarınmaq xüsusunda Türkiyə ictimai rəyində formalaşmış qənaətləri dəyişməyəcək. FETÖ keçmişdə “dinlərarası dialoq” prosesinə başlamaqla papa qarşısında könüllü köləliyini elan edib: “Zati müqəddəsləri, bizi dinlərarası dialoq üzrə papa şurası (PCID) missiyasının tərkib hissəsi olmaqdan ötrü buradayıq. Biz bu missiyanın necə həyata keçirildiyini görmək istəyirik. Sizin yanınıza gəlmişik ki, olduqca mühüm işinizdə sizə öz cüzi köməyimizi təklif edək”.
"The American Interest" deyir ki, prokurorluğun ittiham aktı “bütün sivil dünyanın gördüyü kollektiv dəliliyin bir qismidir”.
Bəs “papa şurasının tərkib hissəsi” olduğunu açıq şəkildə deyən Gülən barədə nə deyəcək?
Tərcümə Strateq.az-ındır.