XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

19 Sentyabr 2016 - 11:25

“İmam Xomeyni Rusiyapərəst idi…” –KQB generalının xatirələrindən

leparsin

II hissə

General-leytenant Leonid Şebarşin SSRİ-nin süqutu ərəfəsində KQB-də ikinci adam idi. Sovet kəşfiyyatının xarici agentura şəbəkəsinə rəhbərlik edən bu şəxs ötən əsrin 70-80-ci illərində İrandakı casus şəbəkəsinin birinci siması olub.

Strateq.az xəbər verir ki, L.Şebarşinin o dövr İranı ilə bağlı xatirələrində maraqlı qeydlər var:

“…Əhvaz şəhərində cümə namazı bitdi və xütbə oxuyan Ayətullah Dəstğeyb mühafizəçilərin sıx müşayiəti ilə məsciddən çıxaraq avtomobilə sarı yollandı. Qoca vaizin qarşısına çıxan gənc ona sarı gedib əlini uzatdı. Görünür, mühafizəçilər və şeyxin özü onu tanıyırdı. Ənənəvi İran salamlaşması zamanı gənc onu bağrına basdı və partlayış baş verdi. Qumbara gəncin köynəyi altında gizlədilmişdi.

…Tehrandakı Cümə namazında müxbirlər Əli Hüseyni Xamneini əhatəyə almışdı. O, xütbə oxumağa hazırlaşırdı və müxbirlərdən kimsə minbərin yanına maqnitofon qoymuşdu. Partlayış zamanı Xamnei sağ qaldı. Amma baş nazir Bahünər, prezident Rəcai və onlarla xomeyniçinin bəxti gətirmədi.

Hər ölən xomeyniçi üçün onlarla mücahid (“Mücahidine xəlq” təşkilatının üzvləri – M.R.) məhv edilirdi.

Xomeyni – “botşekən” – bütdağıdan böyük Firdovsini şahpərəst elan etdi, “Şahnamə” “qara siyahıya” düşdü, amma şairin ağ daşdan olan heykəlinə hər halda toxunmadılar.

…Sadədil və bacarıqlı hüccətül-islam Xalxali, İmamın (Xomeyni – M.R.) bütün düşmənlərini bir-bir məhv edir.

…Fransız V.Berar doğru qeyd edir: “Tehranda olan bütün əcnəbilər üçün İran məsələləri açılmaz kələfdir”. Bunu o, 1910-cu ildə yazıb.

…Divarlardakı yazıları oxuyuram: “Mərg bər casusane şouravi” – “Sovet casuslarına ölüm!”; “Mərg bər tudeiha” – “TUDƏ-çilərə (İran kommunistləri – M.R.) ölüm!”.

…Zərgəndə Tehranın yaxınlığındakı kənddir. Bura ta keçmişdən rus missiyasının yaylaq yeridir. Yayda bütün səfirlik bu kəndə köçürdü. Bina səfirlik üçün Moskvadan göndərilən “birgünlük-kitablar”la doludur. Onları Rəştdəki konsulluqdan bura gətiriblər. Bu kitablar Şərq haqqında illərlə toplanmış məlumat xəzinəsidir: İranın coğrafiyası, tarixi, ədəbiyyatı, Rusiya-İran münasibətləri və s. və i.a.

1980-ci ilin yanvarında Xomeyni ürək ağrısı keçirərək Qumdan Tehrana gətirildi. Ayətullah Mütəhərri öldürülüb, Behişti, Rəcai, Bahünər də. Qütbzadə (İranın xarici işlər naziri – M.R.) güllələnib, Bənisədr rüsvayçılıqla ölkədən qaçıb. Bircə qoca qalmaqdadır.

…1979-cu ilin dekabrında səfir Vinoqradov Quma getmişdi. Xomeyninin iqamətgahındakı söhbət zamanı ona Sovet İttifaqının Əfqanısta müdaxiləsinin səbəblərini izah edirdi. İmam səfirə diqqətlə qulaq asırdı. Sonda dedi: “Siz səhv yol tutmusinuz!” Əslində, o haqlı çıxdı. İmam Xomeyni ruspərəst idi və bu, təəccüblü deyildi. Ateist sosializmin düşməni olsa da, ölkənin şimal qonşusuna hörmətlə yanaşırdı. İran cəmiyyətində həmişə ruspərəst və ingilispərəst meyillər olub. Uşaqlıq və gənclik illərinin tərbiyəsi ona gətirib çıxarmışdı ki, Ruhulla əl-Musəvi Xomeyni Rusiyaya hörmətlə yanaşırdı.

…1983-cü ilin fevralında İran Xalq Partiyası (TUDƏ) rəhbərlərini həbsləri başladı. Tehranda qalmanın artıq mənası yox idi. Ənzəli limanında “Quryev” teploxoduna minib İranı tərk etdim. Artıq Bakıdayam. İndi KQB sədri olan Vaqif Hüseynov məni qarşıladı. Dəfələrlə əmin olmuşam ki, Bakıda etibarlı dostlarım var…”.

M.Rzasoy

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə