XƏBƏR LENTİ

08 Avqust 2020
07 Avqust 2020

Digər Xəbərlər

21 Sentyabr 2016 - 11:35

Yəhudi nəşrindən Klinton və ən yaxın silahdaşı haqda şok iddia:"Lesbian, sevgilidirlər..." (FOTOLAR)

klinton-abedin

“Yevreyski mir“ qəzeti Demokrat Partiyasının ABŞ prezidentliyinə namizədi Hilari Klinton barədə sensasiyalı məqalə dərc edib.

Strateq.az xəbər verir ki, məqalədə söhbət H.Klintonun özündən daha çox, yaxın silahdaşı Huma Abedindən gedir.

Məqalədə bildirilir ki, 40 yaşlı Huma Abedin ömrünün yarısını sabiq ABŞ prezidentinin xanımının yanında keçirib. Məsləhətçidən qərargah rəisliyinədək yüksələn H.Abedin Amerikada doğulub, valideynləri hindli Səid Zeynul və pakistanlı Salihə Mahmud Abedinlərdir. Onun uşaqlıq və yeniyetməlik dövrü Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçib.

Atası Müsəlman Azlıqların işləri üzrə İnstitutun və eyniadlı jurnalın təsisçisidir.

“Yevreyski mir” nəşrinin yazarı iddia edir ki, Kral Əbdüləziz adına Universitetin prezidenti Ömər Nəsifin dəstəyi ilə öz təsisatlarını quran S.Zeynulun “Müsəlman qardaşları” ilə əlaqələri olub.

İttihamları əsaslandırmaq üçün Ö.Nəsifin yaratdığı təşkilatlar, keçirdiyi görüşlər sadalanır. Bu təşkilatlardan birinin – Beynəlxalq İslam Şurasının başında hazırda H.Abedinin anası Salihə Mahmud Abedin durur. Ərinin ölümündən sonra o, jurnalın da rəsmi təsisçisidir.

Yeri gəlmişkən, H.Klintonun silahdaşı H.Abedini 1996-2008-ci illərdə həmin jurnalın baş redaktorunun köməkçisi olub.

"Yevreyski mir” Huma Abedini bir çox “qara işlərdə” ittiham etməklə yanaşı, onu H.Klintonun lesbiyan sevgilisi olmaqda suçlayır.

Qeyd edək ki, H.Abedinin keçmiş əri Endryu Veyner əvvəllər konqresmen olub. Cütlüyün səs-küylü boşanmasına səbəb konqresmenin internetlə gözəlçələrə öz çılpaq şəkillərini göndərməsi olub.

Sözsüz ki, müsəlman mənşəli bir şəxsin prezidentliyə iddialı bir şəxsə yaxınlığı “Yevreyski mir” növlü nəşrləri narahat etməlidir. "Qara PR"-ın bir nümunəsi olan məqalənin güddüyü məqsədlər və sifarişçiləri də eynəksiz görünür.

M.Rzasoy

Strateq.az

klinton-abedin-1

klinton-abedin-2

klinton-abedin