XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

24 Sentyabr 2016 - 20:55

Vitse-prezidentlik institutunun fəlsəfəsi və elmi əsasları –Alim baxışı

elshen-2.jpg

Elşən NƏSİBOV,

Siyətşünas alim

 

Hər bir anlayış kimi, vitse-prezidentlik anlayışı da tərkib elementlərinin kompleksindən ibarətdir. Anlayış ali zirvədə kompozisiya yaradır. Onun kompozisiyası idarəetmə panelində, müstəvisində ali, mərkəzi və yerli elementlərin bütövləşməsi və uyğunlaşması, harmonik məzmun alaraq sintezləşməsindən ibarətdir. Ali zirvədə ruhun yumşalması və bütövləşməsi dövlət rəhbərliyi postunun siyasi idarəetmənin bütün mərhələləri ilə  balanslı bağlılığını yaradır. Onun balanslı məzmunu hər bir idarəçilik mərkəzi ilə olan simmetrik tellərdən ibarət olur.

Vitse-prezidentlik anlayışının fəlsəfi-elmi izahı mövcuddur. Anlayışın fəlsəfəsi onun dərinlik və mürəkkəblik, həm də sadəlik məzmunundan ibarət olur. Vitse-prezidentlik institutunun fəlsəfi anlayışının iki baza xətti mövcuddur: hakimiyyətin ali pilləsində siyasi idarəçilikdə rəngarəngliyin formalaşdırılması; ali idarəçiliyin dərinləşdirilməsi və şaxələndirilməsi-şaquli və üfiqi iyerarxiyanın həm sadələşdirilməsi, həm də çoxçalarlı olması. Hər iki xətt vəhdətlik yaradır və bütövlüyü təmin edir. Bütövlük möhkəmlənməni təmin edir. Ali pillə – dövlət rəhbərliyi postu – vəzifənin icrası baxımdan şaxələrə ayrılır və yeni idarəetmə ruhu ilə pik nöqtədə birləşir. Dövlət idarəçiliyinin vahid piramidası tərkib etibarilə piramidalardan təşkil olunur. Bu baxımdan da vitse-prezidentlik dövlət idarəçiliyində mövcud olan daxili piramidaların birləşməsindən yeni məzmunlu ali piramidaları meydana gətirən şərtləndirici dayaq elmenti rolunu oynayır.  Vitse-prezidentlik sayəsində pikdə birləşən piramidaların sayı artır və həm də böyümüş formada olur. Vitse-prezidentlik yeni piramidal xətlərin meydana gəlməsini və həcmcə  daxili iri piramidaları yaradır.

Dövlət tərkibi zəngin olan vahid bir qurum olaraq fəlsəfi məzmunludur. Dövləti təşkil edən elementlər arasında olan münasibətlər və əlaqələr nəzəri baxımdan pozitiv mahiyyətlidir. Dövlət himayəçidir, humanitar qurumdur. Dövlət insanlar üçün faydalı bir təsisatdır, kompleksiyadır. Tənzimləyicidir, təminedicidir, tarazlayıcıdır, çoxfunksional xarakterlidir. Dövlət özünü xalqda, xalqın müəyyən etdiyi  dövlət rəhbərində və  hakimiyyətdə   ifadə edir. Vətəndaş dövlətə, dövlət də vətəndaşa hüquqi element kimi yanaşır. Dövlət onun daxili elementi olan hakimiyyət kriteriyası ilə özünü daha qabarıq şəkildə büruzə verir.

Dövlət rəhbəri dövlətin və xalqın  bütövlüyünün, dövlətin ərazi toxunulamazlığının, dövlətin və xalqın təhlükəsizliyinin,  xalqın sosial rifah halının yaxşılaşdırılmasının zəmanətçisidir. Dövlət rəhbəri ölkənin xarici siyasətinin rəhbəridir və ölkəni beynəlxalq münasibətlərdə təmsil edir. Dövlət rəhbəri hakimiyyətlər üzərində tarazlı əsaslarla rəhbərlik funksiyasını həyata keçirir. Onun rəhbərliyinin əsasları, istiqmətləri və obyekti başlıca olaraq konstitusion səlahiyyətlərdən ibarət olur. Konstitusiya dövlət rəhbərinə- xalqa, dövlətə, hakimiyyətlərə rəhbərlik funksiyalarını müəyyən edir. Ona müvafiq səlahiyyətlər verir, səlahiyyətlər çərçivəsində funksiyalar müəyyənləşdirir, vəzifələr təyin edir. Xalqın dövlət rəhbərinə müəyyən etdiyi hüquqi səlahiyyətlər nəzəri baxımdan konstitusiyada əksini tapır. Konstitusiya dövlət rəhbəri, hakimiyyətlər və xalq arasında vəhdət yaradan vasitə rolunda çıxış edir.

Dövlət rəhbərinin səlahiyyətləri komplekslikdən ibarətdir və sahələri əhatə edir. İdarəçilik birbaşa və dolayı (universal) olmaqla dövlətin bütün sahələrini əhatə edir. Dövlət rəhbərinin səlahiyyətləri idarəçilik sisteminin piramidal formasında piramidanın başından ətraflarına doğru genişlənmiş olur. Dövlət rəhbərinin idarəçiliyində çoxsahəli tapşırıqlar, müşahidə və nəzarətlər mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan da idarəçilik yükü çox olur. Yükün çoxluğundan irəli gələrək hakimiyyət səlahiyyətlərinin bölgüsü zərurəti meydana gəlir. Dövlət rəhbərinin səlahiyyətləri onun köməkçi-rəhbərləri tərəfindən bölünür. Bu anda mozaik idarəçilik meydana gəlir. Mozaik idarəçilik vahid dövlətçilik xətti üzrə rəngarəng fikirləri, qərarları və ideyaları özündə cəmləşdirir. Dövlət rəhbərinin xalq və hakimiyyət üzərində nəzarət funksiyası çoxaspektli əsaslarla tərkiblərə ayrılır.

Bölgü sayəsində hakimiyyətin piki də rəngarəngləşir. Çoxşaxəli nəzarət və tapşırıqlar, göstərişlər sistemi, strukturu formalaşır. Dövlət rəhbərinin səlahiyyətlərinin rəhbər-köməkçilər arasında bölüşdürülməsi dövlət rəhbəri postunun möhkəmləndirilməsini və ətraf qurşaqlar sisteminin yaradılmasını özündə ehtiva edir. Dövlət rəhbəri postunun gücləndirilməsi özlüyündə dövlətin idarəçilik sisteminin gücləndirilməsini əks etdirir.

Vitse-prezidentlik institutu da dövlət rəhbərinin köməkçi-rəhbərlər şəbəkəsindən ibarətdir. Bu şəbəkə idarəçiliyin yuxarı mərhələsində idarəetmənin şaquli və üfiqi trayektoriyasında xətləri çoxaldır. Yuxarıdan-aşağıya və əksinə nəzarət mexanizmisi üzrə tərkib piramidalarını meydana gətirir. 

Vitse-prezidentlik institutu vəzifə və məsuliyyətlərin bölgüsü zərurətini yaradır və sahələr üzrə idarəçilikdə arxayınlığı şərtləndirir. Məsuliyyətlər və öhdəliklər iyerarxiyası dövlət rəhbəri postunun gücləndirilməsini özündə ehtiva edir.

Vitse-prezidentlik institutunun fəlsəfəsi ali mərhələdə siyasi kollegiallıqdan ibarətdir. Qərarların qəbulu və icrası məsələsində çox tərkibli mövqelərin mövcudluğunu özündə ehtiva edir. Dövlətin strateji idarəçiliyində çoxsahəli və çoxistiqamətliliyi şərtləndirir. İdarəçilikdə strateji məzmunlu kompleksliliyi meydana gətirir.

Vitse-prezidentlik institutunun fəlsəfi mahiyyətini bu şəkildə ümumiləşdirmək olar:

– dövlətin ali idarəçiliyinin zənginləşdirilməsi və çoxfunksionallığı;

– piramidal idarəçiliyin ali, mərkəzi və aşağı mərhələləri arasında bağlılığın gücləndirilməsi;

– dövlət rəhbəri səlahiyyətlərinin icra bölgüsünün artması və yenidən mexanizmləşməsi;

– fikirlərin çoxluğu hesabına ali dövlət idarəçiliyinin rəngarəngləşməsi və elementlərin qarşılıqlı şərtləndirilməsi;

– dövlət rəhbəri səlahiyyətlərinin bölgüsü və səlahiyyətlər və vəzifələr üzrə  tarazlığın artması;

– çoxvektorluluq hesabına ali dövlət idarəçiliyinin təkmilləşdirilməsi;

– dövlət rəhbəri ilə hakimiyyət qolları  arasında koordinasiyanın gücləndirilməsi, əlaqələrin çoxaspektliliyindən sadəliyə keçidlər etməsi;

– dövlət hakimiyyətinin qolları arasında ali səviyyədə bağlılığın artması;

– dövlət rəhbəri postunun gücləndirilməsi və səlahiyyətlərinin çoxvektorlu əsaslarla daha da möhkənləndirilməsi;

– ali dövlət idarəçiliyi sistemində harmoniyanın, simmetriyanın gücləndirilməsi;

 – dövlət hakimiyyəti üzərində nəzarət mexanizmlərinin çoxalması;

– ali dövlət idarəçiliyi üçün təşkilati funksiyaların çoxalması və siyasi sistemdə elementlərin artması;

– ali dövlət idarəçiliyi üzrə yeni zolağın, qurşağın yaradılması;

– dövlətin ali pilləsində vasitəçiliyin və nümayəndəçiliyin artması;

– ali dövlət idarəçiliyində paylanma hesabına dövlət idarəçiliyinin təkmilləşməsi;

– ali dövlət idarəçiliyində sistemin formalaşması və dövlət rəhbəri postunun institutlaşması və tərkib elementlərə ayrılması, bu baxımdan da strukturlaşması;

– ali mərhələdə dövlət siyasətinin sadələşməsi  və strateji xətlərin çoxalması;

– ali mərhələdən aşağıya doğru  piramidal pilləkənin möhkəmlənməsi;

– ali idarəçilikdə qərarların qəbulu zamanı kollegiallığın çoxlaması və ali postun sistemləşməsi və kollektivləşməsi və s.

 

Vitse-prezidentlik institutunun elmi əsasları

 

Vitse-prezidentlik institutunun fəlsəfi mahiyyəti ilə yanaşı, elmi əsasları,  konsepsiya məzmunlu, konstruktiv tərkib əsaslı  elmi formaları da mövcuddur.  Elmi formalar həm də anlayışın tərkib elementlərinin məzmununu meydana gətirir.

Prezident üsul idarəsinə malik olan dövlətlərdə prezident hakimiyyətlərin (icra hakimiyyəti, qanunverici hakimiyyət, məhkəmə hakimiyyəti) rəhbəri və dövlətin rəhbəridir. Hər üç hakimiyyət qolunun formalaşmasında prezidentin dövlət rəhbəri kimi müəyyənedici (siyasəti), təsdiqedici (siyasət istiqamətlərini və hüquqi normaları), təqdimedici (strukturların formalaşması və vəzifələrlə  bağlı)  səlahiyyətləri mövcuddur. Dövlət rəhbəri hakimiyyətdən hesabat tələb edir və xalq qarşısında hakimiyyətin işi ilə bağlı yekun  hesabat verir. Dövlət rəhbəri xalqa xidmətlə xalq qarşısında vasitəçi rolunu oynayır. Xalqın sifarişlərini hakimiyyətlərə ötürür və görülən işlərlə bağlı hesabat tələb edir.  

Dövlət rəhbərinin konstitusion səlahiyyətlərlə müəyyən etdiyi dövlət idarəçiliyi  hakimiyyət qolları ilə yerinə yetirilir. Prezident həm də birbaşa icra hakimiyyətinin rəhbəridir. Hakimiyyətin qolları piramidal strukturun zirvəsində dövlət rəhbəri postunda birləşir. Hakimiyyət qolları idarəetməni sahələrə ayırır və şaxələndirir. Dövlət idarəçiliyində səlahiyyət bölgüləri sahələr üzrə şaxələnir. Hər sahədə nərdivanlar mövcud olur.

Rəhbərlik hakimiyyətlərin özlərində və aralarında pilləvari formada idarəçiliklə, tənzimləyiciliklə, normalar yaratmaqla və icra etməklə yerinə yetirilir. Piramidal sistemdə mövcud olan piramidalar tabeçilik əsasında aşağıdan yuxarıya doğru formalaşır və zirvələşir. Formaca bütöv və yığcam xarakter alır. Tabeçilik və pilləvari tapşırıqlar prinsipi trayektorik xətləri, cızıqları meydana gətirir. Dövlət rəhbərinin və hakimiyyət qollarının qəbul etdikləri hüquqi sənədlər və onlara əməl etmək özü piramidalar sistemini yaradır. Daxili piramidalar zahirən bütöv piramidanın formalaşmasını təmin edir. 

Dövlət rəhbərinin konstitusion səlahiyyətləri mövcuddur. Həmin səlahiyyətlər hakimiyyətin hər üç qolunu əhatə edir. Dövlət rəhbəri öz idarəçiliyini bu üç istiqamətə yönəldir. Hər üç istiqamət üzrə nəzarət genişlənir, müşahidələr artır. Bunlar həm normalar sisteminin formalaşmasında, həm də normaların icrasında özünü göstərir.

Vitse-prezidentlik elmi baxımdan iki mühüm istiqaməti əhatə edə bilir: birincisi, dövlət rəhbərinin müəyyən məqamlarda əvəz olunması, səlahiyyətlərinin icrasını həyata keçirmək; ikincisi, səlahiyyətlərin rəhbər-köməkçilər kimi bölünməsini (burada da əvəz olunma kimi bölgü nəzərdə tutula bilir) təmin etmək. Anlayışın elmi əsasları onu  deməyə əsas verir ki, vitse-prezidentlər  prezidentin öz  vəzifəsini icra edə bilmədiyi hallarda onun vəzifə səlahiyyətlərini icra edən şəxslərlə yanaşı, konstitusion səlahiyyətlərinin həyata keçirilməsi üzrə köməkçi rəhbər şəxslərdir. Bu yanaşma həm də məfhumun təyinatı funksiyasını şərtləndirir. Elmi tərkib onu deməyə əsas verir ki, onlar hakimiyyət qolları üzrə prezident səlahiyyətlərinin icrası ilə məşğul ola bilərlər.

Elmi yanaşmadan irəli gələrək, vitse-prezidentlərin müəyyən olunmuş hüquqi statusları ilə bağlı  belə qənatə gəlmək olar:  

– I Vitse-prezident – dövlət rəhbərinin icra hakimiyyəti qolu üzrə səlahiyyətli köməkçisi – həmin  qola ümumi  rəhbərlik edən şəxs;

– Vitse-prezident – dövlət rəhbərinin qanunverici hakimiyyət üzrə səlahiyyətli rəhbər köməkçisi;

– Vitse-prezident – dövlət rəhbərinin məhkəmə hakimiyyəti üzrə səlahiyyətli rəhbər köməkçisi;

– Vitse-prezident – dövlət rəhbəri ilə xalq arasında əlaqələrdə funksional rəhbər köməkçi. İctimai funksiya daşıyan və siyasi-ideoloji işlərə rəhbərlik edən şəxs.

 

Vitse-prezidentlərin səlahiyyətləri barədə

 

Təbii ki, hər bir vəzifə özündə səlahiyyətləri əks etdirir. Bu səlahiyyətlər konkret və əməli addımların atılmasını zəruri edir. Səlahiyyətlər vəzifələrin hüquqi statuslarından yaranır, eləcə də  hüquqi statuslarının tərkibini müəyyən edir. Səlahiyyətlərdən məsuliyyətlər meydana gəlir. Vitse-prezidentlərin səlahiyyətləri həm ayrı-ayrı sahələri, hakimiyyətlər üzrə ümumiləşmiş obyektləri əhatə edə bilir, həm də  dövlət rəhbərinin səlahiyyət sahələri üzrə yüksək koordinasiya funksiyasını  həyata keçirmə ilə ifadə olunur.  Onlar öz sahələri üzrə həm rəhbər, həm də təşəbbüskar və ideyaverici şəxslər də ola bilərlər. Liderlik keyfiyyətlərini özlərində cəmləşdirməlidirlər. Vitse-prezidentlər dövlət idarəçiliyinin qolları arasında birləşdirici və ali zirvədə yekunlaşdırıcı, ümumiləşdirici və bütövləşdirici funksiyalar da həyata keçirə bilərlər.

Vitse-prezidentlik institutunun formalaşdırılması məqsədilə və onların işinin ümumi xassələrinin hüquqi əsaslarının müəyyən olunması və hüquqi bazanın təkmilləşdirilməsi  yönündə “Vitse-prezidentlər haqqında Əsasnamə” də qəbul edilə bilər. Vitse-prezidentlər öz səlahiyyət sahələri üzrə hüquqi normayartma və hüquqi norma ləğvetmə  funksiyasına sahib ola bilərlər. Müvafiq qərarlar qəbul edə bilərlər. Sistem daxilində, struktur daxilində sərəncamlar imzalaya bilərlər.

Vitse-prezidentlər dövlətin strateji-konseptual siyasətinə köməkçi rəhbər ola bilərlər. Sahələr üzrə konsepsiyaların, bu baxımdan strategiyaların, doktrinaların hazırlanması və icrası siyasətini həyata keçirə bilərlər. 

Səlahiyyətlərin əsas prinsiplərini və istiqamətlərini bu şəkildə ümumiləşdirmək olar:

– Prezidentin hakimiyyət qolları üzərində səlahiyyətlərinin yerinə yetrilməsində rəhbər-köməkçi şəxslər kimi iştirak edirlər;

– Vitse-prezidentlər sahələr üzrə dövlət proqramlarının və fəaliyyət planlarının hazırlanması təşəbbüskarları ola bilərlər. Bu kimi strateji-konseptual sənədlərin icrasına rəhbərlik həyata keçirə bilirlər;

– Vitse-prezidentlər dövlət rəhbərinin konstitusion səlahiyyətlərinin piramidanın aşağı strukturlarında yerinə yertirilməsinə nəzarət həyata keçirə bilirlər;

– Vitse-prezidentlər dövlət büdcəsinin hazırlanması layihələrində rəhbər-köməkçi şəxslər kimi iştirak edə bilirlər;

– Vitse-prezidentlər sahələr üzrə qanunvericilik təşəbbüsü ilə dövlət rəhbəri önündə çıxış edə bilərlər. Dövlət rəhbərinə təkliflər verə bilirlər;

– Vitse-prezidentlər ölkə siyasətinin müvafiq sahələr üzrə  proqnozlaşdırılması işinə rəhbərlik həyata keçirə bilirlər;

– Vitse-prezidentlər sahələr üzrə qanun layihələrinin təşəbbüskarları, müəllifləri ola bilirlər. Qanun layihələrini ölkə rəhbərinə təqdim edə bilirlər;

 – I Vitse-prezident və vitse-prezidentlər ölkənin strateji siyasətinin hazırlanmasında iştirak edə, layihə müəllifləri ola bilirlər. Onlar “Ölkənin  strateji təyinat zolağı”nı təşkil edirlər. “Ölkənin strateji qrupu” funksiyasını həyata keçirə bilirlər;

– I Vitse-prezident və vitse-prezidentlər öz qrupları çərçivəsində  ölkənin “Düşünən beyin mərkəzi”ni yarada bilirlər. Koordinasiya qaydasında ölkənin daxili və xarici siyasət istiqamətləri üzrə strategiya və taktika müəyyənedici funksiya daşıya daşıyırlar;

– I Vitse-prezident və vitse-prezidentlər ölkənin “Ali səviyyəli analitik siyasi elitası”nı təmsil edirlər. Onlar inkişaf konsepsiyalarını müəyyən edir, bu baxımdan strateji-araşdırmalara rəhbərlik funksiyasını həyata keçirə bilirlər;

– I Vitse-prezident və vitse-prezidentlər ölkənin mövcud və gələcək taleyi ilə bağlı strateji kollegial qərarların qəbulunda iştirak edir, müvafiq qərar layihələri hazırlaya bilirlər; 

– I Vitse-prezident və vitse-prezidentlər ölkənin elm, təhsil, mədəniyyət konsepsiyalarının hazırlanmasında iştirak edir və ali səviyyəli qərar qəbulunda təşəbbüslər irəli sürən tərəflər kimi çıxış edə bilirlər; 

– I Vitse-prezident və vitse-prezidentlər dövlətin ali siyasətinin konstitusiya mənşəli nəzəri əsaslarının şaxələnməsində, siyasətin vəhdətləşməsində və strukturlaşmasında yaxından iştirak edirlər və rəhbər-köməkçi şəxslər kimi vəzifələr icra edirlər. Vahid dövlət siyasətinin ümumiləşməsi funksiyasını həyata keçirirlər;

– I Vitse-prezident və vitse-prezidentlər dövlət rəhbərinin vəkalətnaməsi ilə dövləti beynəlxalq münasibətlərdə təmsil edirlər, dövlət  adından müqavilə, saziş imzalayırlar, beynəlxalq müqavilələrə imza atırlar;

– Onlar dövlət rəhbərinin vəkalətnaməsi ilə xarici ölkələrin diplomatik nümayəndəliklərinin rəhbərlərinin etimadnamələrini, övdətnamələrini qəbul edirlər;

– I Vitse-prezident və vitse-prezidentlər dövlət rəhbəri önündə məsuliyyət daşıyırlar. Dövlət rəhbərinin aidiyyatı səlahiyyətləri üzrə ictimaiyyət önündə hesabat verə bilərlər. Dövlət rəhbərinin razılığı ilə parlamentə dəvət oluna bilərlər;

– I Vitse-prezident və vitse-prezident postları inzibati baxımdan Prezident Administrasiyasının tərkibi hesab olunurlar;

– Vitse-prezidentlik prezident səlahiyyətərinin bölünməsi məsələlərini özündə əks etdirməklə, ali idarəçilikdə çoxdüşüncəliyi yaradır. Burada humanizm elementləri formalaşır. Dövlət rəhbəri öz vəsifə səlahiyyətləri üzrə etibarlılıq, etimadlılıq formalaşdırır. Prezident postunun təhlükəsizliyini təmin edir.

Vitse-prezident postları ideyaverici məzmunludur. Bu baxımdan da ali düşüncələrin hakimliyi zəruridir. Dövlət idarəçiliyində fəlsəfəni əsas götürəndir. Vitse-prezidentlik institutu formaca dövlətin piramidal strukturu içərisində mövcud olan piramidaların yenidən formalaşdırılmasını təmin edir. Piramidalar ali mərhələdə vahid piramidanın zirvəsini bütövləşdirir.

I Vitse-prezident digər icra sahələri ilə yanaşı, ölkənin xarici siyasəti üzrə dövlət rəhbərinin səlahiyyətlərinin icrasında rəhbər-köməkçi ola bilər. Bu baxımdan da xarici  siyasətin stimullaşdırılması,  komplektləşdirilməsi və təşkil olunması,   istiqamətlərinin müəyyən olunması məsələsində rəy bildirici, təşəbbüslər irəli sürücü, təkliflər verici və qərarlar qəbul edici funksiya daşıya bilər.

Xarici ölkələrdə və beynəlxalq təşkilatlarda  diplomatik nümayəndələrlə bağlı (seçim və təyinat məsələsində)  öz rəy və təkliflərini bildirə bilər. Xarici ölkələrin  nümayəndələri ilə görüşləri təşkil edə və iclaslara, görüşlərə  rəhbərlik edə bilər.

I Vitse-prezident ölkənin təsərrüfat həyatı üzrə (iqtisadi, sosial və infrastrukturlardan ibarət olan sistem) siyasətin komplektləşdirilməsində prezidentin rəhbər – köməkçisi ola bilər. Sahəyə rəhbərlik, eləcə də sahələrin strukturları arasında koordinasiya funksiyalarına rəhbərlik həyata keçirə bilər.

I Vitse-prezident ölkənin müdafiə və təhlükəsizlik sahələrində dövlət rəhbərinin köməkçisi  ola bilər. Bu sahələrdə siyasi proseslərin müəyyən olunması, strukturlaşması, mexanizmləşdirilməsi məsələlərində rəhbər- icraçı, müəyyənedici, tövsiyələr verici, ideya və təşəbbüslərlə çıxş edən ola bilər 

I Vitse-prezident icra hakimiyyəti strukturları ilə bağlı prezident önündə təkliflə çıxış edə bilər. Strukturlaşma və yenidən strukturlaşma ilə bağlı öz ideya və fikirlərini bildirə bilər. İcra hakimiyyəti (mərkəzi və yerli) rəhbərlərinin seçim və təyinat məsələsində öz təkliflərini verə bilər. Kadr seçim məsələsində iştirak edə bilər.

I Vitse-prezident və vitse-prezident postları özlərində statusla bağlı olaraq,  dövlət katibliyi, dövlət müşavirliyi kimi məfhumları cəmləşdirir. Onlar müvəqqəti olaraq bir-birilərinin səlahiyyətlərini icra etmək funksiyalarına malik olurlar.

I Vitse-prezident və vitse-prezident səlahiyyətləri üçün səciyyəvi olan ümumi kriteriyalar:

– strateji müəyyənlik;

– tövsiyəvericilik;

– ideyavericilik;

– təşəbbüslə çıxış etmək;

– istiqamətlər vermək;

– rəhbərlik, o cümlədən,

– təşkilatçılıq;

– nəzarətedicilik;

-müşahidələr etmək;

– hesabatlar tələb etmək;

– hüquqi norma yaradıcılığı;

-təmsilçilik və s.