XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

28 September 2016 - 11:23

İngiltərə Premyer-Liqasında türk casusları –100 illik sirr (FOTOLAR)

ebdulhemid-2-ci

Keçmişdən bu günə bütün dövlətlər rəqiblərə qarşı casus şəbəkəsi qurmaq üçün müxtəlif üsullardan faydalanıblar. Osmanlı səltənətinin sultanları da fərqli-fərqli üsullara əl atıb. Onlardan bəzisi insanı heyrətə gətirməyə bilmir. O cümlədən Osmanlı tarixinin ən ziddiyyətli hökmdarı II Əbdülhəmidin qıldığı çarə kimi.

Strateq.az xəbər verir ki, İngiltərə Premyer-Liqasının izləyiciləri arasında “Portsmut” klubuna azarkeşlik edənlərin sayı bilinmir. Əlbəttə, 20 minlik stadiondan kənarda.

Öz tarixində İngiltərə çempionu və Kubokununun sahibi olmuş bu klubun rəsmi geyimindəki ay-ulduz rəmzinin mənası isə bir əldəki barmaqların sayı qədərdir.

Təməli 1898-ci il aprelin 5-də qoyulan “Portsmut”un rəsmi tarixçəsində yazılmasa da, onun həqiqi yaradıcısı Osmanlı Sultanı II Əbdülhəmiddir.

II Əbdülhəmid dönəmi istər ölkə daxilindəki çəkişmələr, istər xarici təzyiq baxımından müasir Türkiyənin mürəkkəb illəridir. Hakimiyyət iplərini saxlamaq bir yana, əcnəbi dövlətlərin artan təhdidi hökmdarı daha ehtiyatlı olmağa və rəqiblərin niyyətlərini önləmə xətti seçməyə vadar edirdi.

Bu dönəmdə Avropa ölkələri “xəstə adam” adlandırdıqları Osmanlını parçalamaq və geniş ərazilərinə sahiblənmək üçün siyasi-diplomatik vasitələrlə yanaşı, hərbi və kəşfiyyat üstünlüyü qazanmağa çalışırdı. Buna xilaf olaraq II Əbdülhəmid də vəsaitdə xəsislik etmədən rəqib və düşmən dövlətlərdə öz xəbərçi şəbəkəsini qururdu.

“Portsmut” klubu da məhz həmin çağlarda meydan gəldi. Bu şəhərin seçilməsi də təsadüfi deyildi.

İmperiyanın mərkəzi Londonda faş olmaq təhlükəsi böyük idi. İkincisi, Portsmutdakı böyük irland icmasından dəstək almaq imkanı vardı.

Futbol klubunun arxasında gizlənən şəbəkədən söz düşərkən, bəzi tarixçilər “Portsmut” emblemindəki ay-ulduzun ingilis kralı I Riçardla bağlılığı fərziyyəsini irəli sürür. Səlib müharibəsi dönəmində Bizans torpaqlarına ayaq basan I Riçardın guya Kipr adasında ay-ulduz rəmzi ilə qarşılaşması deyilir. Lakin iddiasını isbatlayacaq heç bir əsas yoxdur.

Tarixçilərin böyük qismi məhz birinci fərziyyəni dəstəkləyir. Hətta ay-ulduzlu rəmzi olan daha bir futbol klubunu nişan verərək onun da türklərin gizli silahı ola biləcəyini iddia edir.

Bu, İrlandiya Premyer-Liqasının “Drogheda United” klubudur. 1947-ci ildə İrlandiyada baş vermiş böyük aclıq zamanı ada sakinlərinin köməyinə gələn üç Osmanlı gəmisi məhz Drogheda limanında lövbər atmışdı.

İrlandlara gəlincə, onların türk sevgisi barədə bir maraqlı fakt var: inanılmaz olsa da, uzun müddət Əfşar xanədanın hökmdarı Nadir şah İrlandiyada milli qəhrəman kimi anılıb. Belə ki, o dövrün qəzetlərindən birində Nadirin təxəllüsü – Təhmasqulu xan səhvən Tomas Oukli kimi kimi yazıldığından irlandiyalılar onu soydaşları zənn edib.

Bu faktı ilk dəfə 1937-ci ildə Londonda keçirilən elmi konfransda Nadir şah haqqında ayrıca kitab yazmış şərqşünas-tarixçi L.Lokkart açıqlayıb.

M.Rzasoy

Fotodakı Osmanlı Sultanı II Əbdülhəmiddir:

ebdulhemid-2-ci

Portsmut” emblemi

portsmunt-loqo