İnsan orqanları ilə qanunsuz ticarət edən yəhudi əsilli rusiyalı biznesmen Boris Volfman yenidən xarici medianın gündəminə gəlib.
Strateq.az xəbər verir ki, öz bədəməlliyi ilə KİV-lərin ilk səhifələrə çıxmış B.Volfman hələ ötən ilin dekabrında İstanbulda həbs edilmişdi. O, zəngin müştərilər üçün suriyalı qaçqınların orqanlarını satın almaqda ittihamlanırdı. İndisə Albaniya hökuməti 32 yaşlı B.Volfmana qarşı eyni ittihamlar irəli sürüb.
Rəsmi Tirana yəhudi işbazı öz ölkəsində qanununsuz orqan ticarətində şübhəli bilir. Bundan əvvəl B.Volfmanın Kosovoda eyni əməllər törətməsi ilə bağlı cinayət işi açılmışdı.
Bir mənbənin məlumatına görə Ukraynada, digərinə görəsə Özbəkistanda doğulmuş B.Volfman bütün ittihamları rədd edir.
Biznesinin qaranlıq tərəflərini məharətlə gizlədən işbaz ukraynalı xanımı Yuliya Quralnik ilə dəbdəbəli həyatını, yəni cinayət yolu ilə qazandıqlarını necə xərclədiyini də heç vaxt gizlətmir. İstanbulda "penthauz" mülkü olan cürtlük dünyanın dörd bir yanına səyahət və macəralarını daim sosial şəbəkələrdə yayır.
Ürək, böyrək, qaraciyər və s. orqanlarda ehtiyacı olan xəstələr üçün keçmiş sovet məkanından tutmuş dünyanın müxtəlif ölkələrindən olan yoxsullardan donor kimi istifadə edən B.Volfmanın "Leshem şamaim" ("Dərgah naminə") şirkəti həyəsızlıqla bunu "Tanrı işi" adlandırır. O, iddia edir ki, əslində, heç bir qanun pozuntiusuna yol vermir.
Halbuki bir sıra ölkələrdə ona məxsus firmaların fəaliyyətində qanun pozuntuları aşkarlanıb. Məsələn, Kosovo paytaxtındakı "Medicus" klinikasının əməkdaşları artıq müxtəlif müddətlərə həbs cəzaları alıblar.
İstanbulda son həbsi zamanı onun İsrailə ekstradisiyası barədə qərar çıxarılmışdı. Bu ölkənin də vətəndaşlığına malik B.Volfman iki həftə məhbəs həyatı yaşadıqdan sonra yenidən köhnə peşəsindən əl çəkmir. Təbii ki, yenidən quzu qiyafəsində qurd əməllərini təkrarlayır.
M.Rzasoy
Strateq.az