XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

06 Dekabr 2016 - 23:10

​Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü

ogp

Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (AHT) yaradılması ideyası  2011-ci ildə Vaşinqtonda 8 ölkə təmsilçiləri və bir sırqa beynəlxalq QHT-ləri tərəfindən isrəli sürülüb.  Bundan sonra ABŞ və Brazilyanının rəhbərlik etdiyi İşçi Qrup AHT-nin struktur və prinsiplərini işləyib hazırlayıblar. 2011-ci ilin iyul ayında Vaşinqtonda ABŞ dövlət katibi Hilları Klinton rəsmən Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsü (Open Government Partnership- OGP) elan edib.  2011-ci ilin sentyabrında isə “Açıq Hökumət İdarəçiliyi Haqqında Bəyannamə” dərc olunub.

Hazırda 64 ölkə AHT-yə qoşulub.  AHT-nin missiyası belədir: 

  • Hökumətlər daha şəffaf;
  • Daha hesabatlı;
  • Vətəndaşlara münasibətdə daha məsuliyyətli olmalıdır.

2011-ci il  sentyabr ayında  69 dövlətin imzaladığı "Açıq Hökumət Bəyannaməsi”ndə qeyd edilir ki, “Bütün dünyada getdikcə xalqlar daha açıq, effektiv, məsuliyyətli və şəffaf idarəetməyə sahib olmaq, vətəndaş iştirakçılığının genişləndiyi, vətəndaşın görəvləndirlidiyi, korrupsiya ilə effektiv mübarizə aparıldığı sistem qurmaq istəyirlər”.

Bəyannaməni imzalyan ölkələr 4 istiqamət üzrə öz üzərlərinə öhdəlik götürblər:

1) hökumətlərin fəaliyyəti ilə bağlı məlumatlara əlçatanlğın artırılması;

2) idarəetmədə vətəndaş iştirakçılığının genişləndirilməsi;

3) dövlət idarəetməsində yüksək peşə etikasının tətbiqi;

4) hökumətin daha hesabatlı və açıq olması üçün yeni nəsil texnologiyaların tətbiq olunması.

Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşəbbüsünə üzv olmaq niyyətində olan ölkələr üçün 4 meyar üzrə minimum tələb müəyyənləşdirilib:

1) fiskal şəffaflıq;

2) məlumatlara əlçatanlıq;

3) dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi;

4) vətətəndaşların idarəetməyə cəlb olunması.

31 dekabr 2015-ci il tarixə olan məlumata 99 OGP-yə qoşulmaq üçün minumum tələblərə cavab verir.

Təşəbbüsə qoşulan ölkələr bir qayda olaraq  iki illik fəaliyyət planı hazırlayır.  AHT Rəhbər Komitəsi isə sonradan bu Fəaliyyət Planını monitorinq edir və rəyini açıqlayır.

Mövcud tələblərə görə Fəaliyyət Planı koordinasiyaya cavabdeh müvafiq dövlət qurumu tərəfndən də monitorinq olunmalı və nəticələr ictimaiyyət üçün açıqlanmalıdır.

Azərbaycan Respublikası 2011-ci ildə Açıq Hökumət Tərəfdaşlığına qoşulub. Azərbaycan hökuməti  Açıq Hökumət Tərəfdaşlığına qoşulmaqla açıq hökumətin təşviqi və şəffaflığın artırılması ilə əlaqədar öz fəaliyyətini təkmilləşdirmək, bu sahədə aparılan təcrübə mübadiləsinə töhfə vermək və beynəlxalq səylərə qoşulmaq niyyətini bildirib.

“2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı” Azərbaycan Prezidentinin 2421 saylı, 5 sentyabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənib.

Milli Fəaliyyət Planının əsas prinsip və dəyərləri Azərbaycan Respublikasında dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və yeni sosial texnologiyaların tətbiqi ilə əlaqədar idi.

27 aprel 2016-cı il tarixdə AR Prezidentinin müvafiq sərəncamı ilə isə  növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir. 

Bir sıra subyektiv səbəblərlə bağlı 2016-cı il mayın 4-də Açıq Hökumət Təşəbbüsü (AHT)  Rəhbər Komitəsi tərəfindən Azərbycanın statusunun müvəqqəti dondurulması barədə qərar qəbul ounub.