XƏBƏR LENTİ

31 Oktyabr 2020
30 Oktyabr 2020

Digər Xəbərlər

30 May 2018 - 10:01

Bəşər Əsədin və İŞİD-in yetim qoyduğu uşaqlar –İdlibdə salınmış düşərgədən ürəkparçalayan reportaj

10 yaşlı Xalid İdlibdəki qaçqın düşərgəsində yaşayır. Kamera qarşısında ciddi görünsə də, dostları onu “yaramazların başçısı” adlandırır. Xalid atasını beş il əvvəl itirib. Sonuncu dəfə Xalid onu İŞİD militantları onu aparmazdan bir qədər öncə görüb.

“Xalidin atası cümə namazına yollanmaq üçün evdən çıxdı. Sonra öyrəndik ki, İŞİD onu aparıb. Bir də onu görmədik,” uşağın anası Amerikanın Səsinə danışır.

Xalid və ailəsi dəfələrlə Suriya hökumət təyyarələri tərəfindən hücumlara məruz qaldıqlarına görə düşərgələri dəyişməli olublar. Hazırda onlar kimsəsiz uşaq və qaçqınlar üçün qurulmuş Usman ibn Affan düşərgəsində yaşayırlar.

Suriyalı fəal Ömər Ömərin bildirdiyinə görə, kimsəsiz uşaqların bəzisi dayı, xala, nənə-baba kimi qohumları ilə yaşayır. O, valideynlərinin biri və ya hər ikisini itirən 6,000 uşaq üçün əyləncələr təşkil edir. Həmin bu uşaqlar yalnız bir bölgədə yaşayır. lakin kimsəsiz uşaqların sayı on minlərlə ölçülür.

Suriyada vətəndaş müharibəsi başladıqdan bəri təxminən yarım milyon adamın qətlə yetirildiyi güman edilir. Öldürülənlərin başlı-başına qoyub getdiyi yüz minlərlə ailə üzvü var.

2017-ci ildə “Uşaqları Xilas Edək” adlı qeyri-hökumət təşkilatının dərc etdiyi hesabatda deyilir ki, rəyi soruşulan böyüklərin 77 faizi müharibədə hər iki valideynini itirmiş uşaq tanıyır.

Bu uşaqların çoxu küçərlərdə – heç bir ictimai yaxud ailə yardımı olmadan özlərini dolandırmaq məcburiyyətində qalır.

Qaçqın uşaqların təhsilində də ciddi problemlər yaşanılır.

Türkiyənin Qaziantep şəhərində qaçqın düşərgəsində çalışan Manar Qarra Selam Yetimxanasında əsas prioritetin valideynləri olmayan uşaqlara savad, təlim-tərbiyə vermək olduğunu bildirir.

“Biz həmçinin uşaqların qabiliyyətləri inkişaf etdirməsinə şərait yaratmağa çalışırıq ki, öz gələcəklərini qura bilsinlər,” Qarra deyir.

Düşərgənin ən yaşlı üzvü olan 21 yaşlı Şahirə və onun bacıları hər iki valideynlərini itiriblər. Suriya hökumət qüvvələri onun atasını öldürüb. Anası və bir bacısı isə hökumət qüvvələrinin hava zərbələri nəticəsində həlak olublar. Möcüzə nəticəsində sağ qalan Şahirə və bacıları “Selam” düşrəgəsinə sığınıblar.

“Amerikanın Səsi”nə danışan Şahirə bir gün fotoqraf olacağına ümid bəslədiyini deyir. “Selam” kimsəsiz uşaqlar evi Şahiranın çəkdiyi fotoları arabir sosial media platformasına paylaşır.