XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

17 May 2017 - 14:07

Azərbaycanda vətəndaş iştirakçılığı

Əhməd Abbasbəyli

Vətəndaş iştirakçılığı vətəndaşlarla onların maraq və mənafelərinə toxunan  qərarlar qəbul edən və bu qəraralrın icrasına məsul  müxtəlif səviyyəli təsisatlar ( hakimiyyət,  dövlət orqanları,  müstəqil hökumət agentlikləri, dövlət tərəfindən səlahiyyətlər verilən müstəqil qurumlar və s.) arasında fasiləsiz və mütəmadi dialoq, əməkdaşlıq prosesidir. 

İctimai iştirakçılıq konsepsiyası demokratiyanın dövlət idarəetməsi sistemi kimi formalaşması prosesində meyadana çıxıb və  günün tələbərinə uyğun olaraq obrazlı ifadə etsək onalrın möve və maraqlarını, fikirlərinin “onlayn rejimdə” eşidilməsini, müzakirəsini və nəzərə alınmasını nəzərdə tutur.

İctimai iştirakçılıq konseptual olaraq əslində cəmiyyətdə sosial  harmoniyanının yaradılmasının ən səmərəli və işlək mexanizmlərindən biri kimi nəzərdən keçirilə bilər. Geniş və işlək vətəndaş iştirakçılığı cəmiyyətdə müxtəlif təqəbəqələri təmsil edən və maraqlar ətrafında birlərşən insanlarla, vətəndaş birlikləri, qrupları ilə idarəetmə funksiyalarını həyata keçirən dövlətin, dövlət  orqanlarının, təsisatlarının qarşılıqlı  dialoq və əməkdaşlıq şəraitində konsensus əldə edilməsi alətlərindən biri kimi çıxış edir.

Effektiv vətəndaş iştirakçılığı vətəndaşalar, cəmiyyətin  hökumət və onu təmsil edən təsisatlar tərəfindən qəbul edilən qərarlar, onların icarsı, mümkün nəticələri, risklər, faydalar barədə tam məlumat alamasını,  bu proseslərdə iştirakçı tərəflərdən biri olmasını  məsələlərdə iştirakını, yardımını, təbbüslərlə çıxış etmə imkanlarının olmasını və  bunların reallaşmasına təminat verən hüquqi baza və mexanizmlərin məcmusudur.

Bir az da fəlsəfi və tarixi yanaşsaq vətəndaş iştirakçılığı qədim Yunan şəhər-polislərində, Afina demokratiyasında tətbiq olunan demokratik idarəetmə modelinin müasir dövrə adaptasiyasından danışa bilərik. Belə ki, o zaman hər bir azad vətəndaş şəhər-dövlətin idarəedilməsində birbaşa iştirak etmək hüququna malik idi. Müasir dövrdə vətəndaş iştirakçılığı isə arzu edən, maraq göstərən hər bir vətəndaşa, vətəndaş cəmiyyəti təşkilatlarına dövlət orqanaları tərəfindən qərarların qəbulu və icrası prosesində bu və ya digər formada iştirak etməyə imkan verən mexanizm və alətlər, imkanlar yaradır.

BMT Avropa iqtisadi Komissiyasının Konvensiyası Ətraf mühit məsələlərinə dair informasiyanın əldə edilməsi, qərarların qəbul edilməsi prosesində ictimaiyyətin iştirakı və ədalət mühakiməsinə müraciət ilə bağlı “Orxus Konvensiyası”nda  itimai iştirakçılığın 3 aspekti qeyd olunur:

  • İctimaiyyət nümayəndələrinin informasiyaya tam çıxışı
  • Qərarların qəbulunda iştirakçılıq
  • İnsanların hüquqi-müdafiə sistemlərinə, həmçinin məhkəmədən kənar hüquq-müdafiə mexanizmlərinə çıxışı 

Vətəndaş iştirakçılığının ən mühüm və fundamental funksional əhəməyyəti isə  ictimai rifah üçün ideyaların toplanması, müzakirəsi və tətbiqinə imkan verməsidir. İctimaiyyətin qərarların qəbulu və icrası prosesinə cəlb olunması, həmçinin müxtəlif spektri əhatə edən ideyaların müzakirəsinə və daha səmərəli, innovativ olanların seçilməsinə imkanlar yaradır.

Vətəndaş iştirakçılıq prosesi həmçinin sosial marginallaşmanın  qarşısnı alır və kritik situasiyalarda harmoniyanın və sosial dayanıqlığının təmin edilməsi, kataklizmlərin qarşısnın alınmasınada mühüm səfərbəredici  mexanizm kimi çıxış edir.

22 noyabr 2013-cü ildə qəbul edilmiş və 1 iyun 2014-cü ildə qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda vətəndaş iştirakçılığının aşağıdakı formaları müəyyən edilib:

İctimai müzakirə – ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq;

İctimai dinləmə – hüquqi aktların layihələrinə, dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi və vətəndaşların məlumatlandırılması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakı ilə təşkil olunmuş yığıncaq;

İctimai rəyin öyrənilməsi – dövlət və cəmiyyət həyatının ayrı-ayrı məsələlərinə dair əhalinin müxtəlif təbəqələrinin rəyinin öyrənilməsi məqsədi ilə sosioloji sorğuların və digər oxşar tədbirlərin keçirilməsi;

Hüquqi aktların layihələrinin ictimai müzakirəsi – hüquqi aktların layihələrinin onların hazırlanmasında iştirak edən şəxslərin, habelə vətəndaş cəmiyyəti institutlarının, ayrı-ayrı vətəndaşların, ekspertlərin və mütəxəssislərin iştirakı ilə araşdırılması, təhlil edilməsi və qiymətləndirilməsi;

Yazılı məsləhətləşmə – hüquqi aktların layihələrinə dair vətəndaş cəmiyyəti institutlarının rəylərinin öyrənilməsi üçün mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları tərəfindən onlara müraciət edilməsi və yazılı formada təqdim olunmuş rəy, irad və təkliflərin təhlil edilməsi, ümumiləşdirilməsi və qiymətləndirilməsi.

“İctimai iştirakçılıq haqqında” qanunda qeyd olunur ki, dövlət və yerli özünüidarəetmə orqanları, vətəndaş cəmiyyəti institutları, ictimai şuralar və AYRI-AYRI VƏTƏNDAŞLAR ictimai dinləmə və ictimai müzakirənin təşəbbüsçüsü ola bilərlər.

Göründüyü kimi  vətəndaşlar özləri də heç bir təşkilat, qurum olamdan öz təşəbbüsləri ilə ictimai dinləmə müzakirə təşkil edə bilərlər. “İctimai iştirakçılıq haqqında” qanunda ictimai dinləmə və müzakirənin təşkilinin dəqiq prosedurları da öz əksini tapıb.

Bundan başqa “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu da vətəndaşalrın övlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ təsbit edilib. Vətəndaş müraciətlərindən biri kimi eyini zamanda vətəndaşların təklif vermək hüququ da var. Təklif – qanunların və digər normativ hüquqi aktların təkmilləşdirilməsi, dövlət və bələdiyyə orqanlarının və digər müraciətə baxan subyektlərin fəaliyyətinin yaxşılaşdırılması, elm, təhsil, mədəniyyət, hüquq, sosial-iqtisadi, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həlli barədə edilən müraciət nəzərdə tutulur.

Göründüyü kimi milli qanunvericilikdə vətəndaş iştirakçılığının forma və konkret mexanizmləri əks olunub. Bununla belə, hazırda vətəndaş iştirakçılğı daha çox vətəndaş cəmiyyətləri təşkilatlarının fəaliyyəti ilə assosasiya olunur. Təəssüf ki, 2014-cü ilədn bu yana ayrı-ayrı vətəndaşların öz təşəbbüsləri ilə ictimai dinləmə və müzakirə təşkil etdiklərinin şahidi olmamışıq. Göründüyü kimi vətəndaşlar vətəndaş iştirakçılığı ilə bağlı məsələlərdə qanunvriciliyin onlara verdiyi hüquqlardan fəal istifadə etməyə o qədər də həvəs göstərmilər.

Müşahidələriməz əsasən deyə bilərik ki, bu daha məlumatsızlıq, bu cür tədbirlərin təşkili ilə bağlı təcrübəninin olmaması, inamsızlıqla bağlıdır.  Halbuki, mövcud qanunvericilik vətəndaşların özlərinə aktual ictimai, sosial, iqtisadi məsələlərlə bağlı bilavasitə ictimai dinləmə və müzkairə keçirmək yoluyla öz mövqelərini ifadə etmək imkanı verir. Yəni, ictimai təşkilatlarla, QHT-lərlə yanaşı vətəndaşlara da bu hüquq verilib. Vətəndaşların özlərinin bu hüquqdan bilavsitə istifadə etməsi daha səmərli olardı. Vətəndaş iştirakçılığı ilə bağlı bu aspekt təəssüf ki, QHT-lərin, dövlət qurumlarının diqqətindən kənarda qalıb. Bu istiqamətdə irəliləyişə nail olmaq üçün aşağıdakı fəaliyyətlərin həyata keçirilməsinə ciddi ehtiyac var:

  1. QHT-lərin vətəndaş iştirakçılığı ilə bağlı məsələləri aktuallaşdırması və bu istiqamətdə vtəndaşalrın maarifləndirilməsi ilə bağlı təşəbbüslər göstərməsi;
  2. Müvafiq dövlət qurumlarının, xüsusən yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin vətəndaş iştirakçılığının təşviq edilməsi məqsədilə vətəndaş forumlarının və icmalarla görüşlərinin keçirməsi;
  3. Vətəndaş iştirakçılığının təşviqi məqsədilə müvafiq dövlət qurumlarının, xüsusən yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin TV verilişlər hazırlaması, maarifləndirmə  materiallarının dərc edilməsi və əhali arasında paylanmasl.

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını  həyata keçirir və bu məqalənin hazırlanması və dərc edilməsi də həmin layihə çərçivəsindədir. Layihənin icrası isə Azərbaycan “Free Person” İnsan Hüquqlarını Müdafiə İB-nin eksperti Qadir İbrahimli ilə Avrasiya Əməkdaşlıq Fondu  arasında bağlanmış “Demokratiya və insan hüquqlarının onlayn təşviqi”  adlı xidmət çərçivəsində həyata keçirilir.

Strateq.az