XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 23:16

AHT-nin 4-cü Paris qlobal sammiti –Yeni ideya və çağırışlar

French President Francois Hollande delivers a speech during the opening ceremony of the summit for "Open Government Partnership" in Paris, France, December 7, 2016.  REUTERS/Jacky Naegelen - RTSV3OI

Dekabrın 7-9-da Parisdə  Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün (AHT) 4-cü qlobal sammiti keçirilib. Sammitə 80 ölkədən 4 mindən çox iştirakçı qatılıb. Sammiti Fransa prezidenti Fransua Olland açıb. ABŞ prezidenti Barak Obama və Kanadanın baş naziri Castin Tryudo təbrik nitqləri göndəriblər.

Sammit iştirakçıları şəffaflıq, korrupsiyaya qarşı mübarizə, davamlı inkişaf, iqlim dəyişikliyi, rəqəmsal texnologiyalar, informasiya əlçatanlığı və açıq idarəetmənin tətbiq edilməsi məsələlərini müzakirə ediblər.

Sammitdə Paris Deklarasiyası qəbul edilib.

Deklarasiyada 3 prioritet istiqamət üzrə irəliləyişlərin əldə olunmasının vacibliyi qeyd olunur:

– Şəffaflığın təmin edilməsi və korrupsiyaya qarşı mübarizə;

– Davamlı inkişafa nal olunması və iqlim dəyişikliklərinin qarşısının alınması üçün səylərin gücləndirilməsi;

– Ümumi rəqəmsal texnologiyaların inkişafı və onların uyğunluğunun təmin olunması.

Deklarasiyada qeyd olunur ki,  AHT-nin qarşıdakı 5 ildə ən böyük uğuru hökumətlər tərəfindən milli fəaliyyət planları çərçivəsində üzərlərinə götürdükləri öhdəliklərin yerinə yetirilməsi olacaq.

Sammitdə müzakirələr zamanı xüsusi vurğulanıb ki, bir çox ölkələrdə “Açıq hökumət” imitasiyası ilə məşğul olurlar. Buna görə, yeni termin – "openwashing" yaranıb. Bu termini Azərbaycan dilinə “gözdən pərdə asmaq”, "aldatma" kimi tərcümə etmək olar. Hökumətlərin və iri şirkətlərin indi dəbdə olan “hesabatlılıq” sözündən və anlayışından istifadə etməklə özlərini reklam etməyə çalışması da bu  terminlə ifadə edirlir.

Sammitdəki çıxışlar zamanı xüsusi vurğulanıb ki, AHT prinsiplərinin əksinə olaraq üzv hökumətlərin yalnzı 35% vətəndaş cəmiyyətini bibaşa iştiraka dəvət edir. Üzv ölkələrin 53% -də hökumət milli fəaliyyət planlarının hazırlanması zamanı vətəndaş cəmiyyəti ilə yalnız məsləhətləşməyə üstünlük verir. 12%  üzv ölkərdə isə bu cür məsləhətləşmər ümumiyyətlə aparılmır, yalnız məlumat verilir.

Milli Fəaliyyət Planlarının icrası zamanı isə üzv ölkələrdən 39% -də vətəndaş cəmiyyəti ilə məsələhətləşmələr aparılmır.

Sammit zamanı keçirilən seminarlarda hökumətlərin “məlumat açıqlığı” imitasiyası ilə məşğul olduqlarına da diqqət çəkilib.  Amma BMT-nin İnkişaf Proqramı çox aydın çəkildə müəyyən edir ki, məlumat o zaman əlçatan sayılır ki,  o:

a) istifadə üçün yararlıdır;

b) faydalıdır;  

c) istifadə olunur.

Bir çox hökumətlər isə sadəcə olaraq, çoxlu lazmsız məlumatlar açıqlayırlar və bununla işlərini bitmiş hesab edirlər.

Sammitdə müzakirələr zamanı vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən bu məsələlərə xüsusi diqqət yetirilməsi tövsiyə edilib.

Sammitdə MDB ölkələrindən Gürcüstan yüksək səviyyədə təmsilçiliyi ilə fərqlənib. Sammitdə iştirak etmək üçün Parisə səfərə gələn Gürcüstan prezidenti Georgi Marqvelaşvilini hökumət üzvləri və deputatlar müşaiyət ediblər.

Qeyd edək ki, Gürcüstan 2017-ci ildə AHT-yə sədrlik edəcək və növbəti sammitin bu ölkədə keçirilməsi nəzərdə tutulur.

Zaur İbrahimli

Strateq.az