XƏBƏR LENTİ

21 Sentyabr 2020
20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

23 May 2017 - 17:47

Açıq Hökumət Platforması Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının nümayəndələri ilə görüşüb –FOTOLAR

Dünən Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Azərbaycana səfərə gələn nümayəndə heyəti ilə görüşü keçirilib.

Görüşdə Açıq Hökumət Platforması üzvü olan QHT təmsilçiləri, Ədliyyə Nazirliyinin Hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin rəisi Rahim Rəhimov, Milli Məclisin deputatı, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatının Azərbaycan üzrə Milli koordinatoru Vüsal Hüseynov iştirak ediblər.

Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev qeyd edib ki,  Azərbaycan 2011-ci ildə Beynəlxalq Açıq Hökumət Təşəbbüsünə  (AHT) qoşulan ilk ölkələrdən olub və hökumət AHT-dən irəli gələn islhatların həyata keçirilməsi üçün iki milli fəaliyyət planı qəbul edib: “Vətəndaş cəmiyyəti Açıq Hökumətin təşviqi üzrə 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının hazırlanmasında fəal iştirak edib, ictimai dinləmələrin təşkilatçısı olub. Vətəndaş cəmiyyətinin əksər təklifləri nəzərə alınıb. 9  sentyabr  2016-cı il tarixdə MFP-yə uyğun olaraq, 31 QHT təmsilçisi və 9 dövlət qurumu və parlament təmsilçisinin iştirakı ilə Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunub.  Platformanın məqsədi Açıq Hökumət Tərəfdaşlığı Təşəbbüsünün Azərbaycanda tətbiqinə hərtərəfli dəstək verilməsi, hökumət-vətəndaş cəmiyyəti dialoqunun inkişaf etdirilməsidir.  Platformanın yaranması Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinin genişləndirilməsi, bu prosesdə vətəndaş cəmiyyətinin yaxından iştirakı, digər məsələlərin həllinə yeni imkanlar verir ”.

Ə.Nuriyev bildirib ki, quruma üzvlük açıqdır və davamlı olacaq. Bu təşəbbüsü dəstəkləyən vətəndaş cəmiyyəti təşkilatları, parlament və hökumət nümayəndələri Platformaya üzv ola bilərlər.

Platformanın fəaliyyəti barədə məlumat verən Ə.Nuriyev qeyd edib ki, QHT-lər üçün əlverişli mühtin yaradılması məqsədi ilə hökumətlə daimi müzakirələr aparır: "Bu istiqamətdə konkret addımlar atılıb. Platformanın təklifləri nəzərə alınıb. Bunlarla yanaşı, QHT-lərin üzləşdikləri problemlər də həll edilib. Platforma Azərbaycan iqtisadiyyatının inkişafı üzrə Strateji yol xəritələrinin hazırlanmasında iştirak edib. AHT-nin regionalarda tətbiqinə dəstək verilməsi məqsədilə QHT-lər və dövlət qurumlarının iştirakı ilə Sabirbad, Saatlı, İmişli rayonlarını əhatə etməklə Yerli Səviyyəli Açıq Hökumət Platforması yaradılıb. Hazırda QHT-lər üçün əlverişli mühit yaradılması ilə bağlı hökumətlə konsultasiyalar davam etdirlir və  müvafiq təkliflər təqdim edilib. Platforma bu istiqamətdə ardıcıl işləyir”.

Açıq Hökumət Tərəfdaşlığının 2016-cı il  may ayında Azərbaycanın statusunun tamhüquqlu üzvlükdən qeyri-aktiv ölkə statusuna endirilməsi ilə bağlı qərarını xatırladan Platforma koordinatoru ölkəmizin tövsiyələri icra etdiyini vurğulayıb. Qeyd edib ki, vətəndaş cəmiyyəti Azərbaycan tamhüquqlu üzv statusunun bərpa olunmasını vacib hesab edir: “AHT vətəndaş cəmiyəti üçün çox mühümdür. Bu təşəbbüs hökumətlə yeni əməkdaşlıq, dialoq imkanları təqdim edir. Hökumət də müvafiq müsbət addımlar atmaqdadır. Bu baxımdan Azərbaycanın statusunun bərpasına çağırırıq”.

Ə.Nuriyev diqqətə çatdırıb ki, Azərbaycandakı vəziyyətlə bağlı müxtəlif mənbələrdən məlumat almaq vacibdir. Çünki bir mənbədən alınan məlumatlar vəziyyəti düzgün əks etdirmir. 

Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatında Vətəndaş cəmiyyəti iştirakı məsələləri üzrə direktor Paul Massen qeyd edib ki, Açıq Hökumət Tərəfdaşlığı Beynəlxalq Təşkilatı Azərbaycanla bağlı çox çətin qərar verib: "Bu qərar  Azərbaycanın təşkilatdan uzaqlaşdırılması yox, AHT-nin tətbiqi ilə bağlı daha geniş islahatlara təşviqi məqsədilə verilib".

P.Massen qeyd edib ki, son bir ildə Azərbaycan hökuməti tövsiyələrin icrası ilə bağlı əhəmiyyətli addımlar atıb: “Platformanın yaradılması çox böyük uğurdur. QHT qanunvericiliyinə dəyişikliklər istiqamətində işlər görülüb. Bu barədə məlumatlıyıq.  Azərbaycanla bağlı qərar iyun ayında veriləcək. Hökumət-vətəndaş cəmiyyəti dialoqu çox mühümdür. Biz bunu təşviq edirik.  Azərbaycanda da bu istiqamətdə daha çox iş görülməsini istəyirik”.

P.Massen bu görüş zamanı hökumət vətəndaş-cəmiyyəti dialoqu, QHT-lər üçün əlverişli mühitin yaradıılması  ilə bağlı daha hansı işlərin görülməsi barədə təkliflər, fikirlər eşitmək istədiklərini də diqqətə çatdırıb.

Müzakirələrdə Platforma üzvlərinin əksəriyyəti çıxış edərək fikirlərini və təkliflərini səsləndiriblər. Müzakirələr zamanı qeyd olunub ki,  Azərbaycanın Açıq Hökumət Tərəfdaşlığında statusunun bərpası Azərbaycan vətəndaş cəmiyyəti üçün çox vacibdir, vətəndaş cəmiyyəti bu imkanlardan yararlanmaq istəyir. 

Çıxışlarda qeyd olunub ki, Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanla bağlı qərarı çox ədalətsiz olub. Bu qərar verilən zaman vətəndaş cəmiyyətinin maraqları nəzərə alınmayıb və daha çox siyasi mülahizələr əsas götürülüb.

Platforma üzvləri bildiriblər ki,  xüsusən xarici donorların Azərbaycan QHT-lərinə qrant verməsi prosedurlarının sadələşdirilməsi,  QHT qanunvericiliyin in təkmilləşdirməsi ilə bağlı məsələləri diqqətdə saxlayır, bunu əsas problem kimi qeyd edirlər. Bu istiqamətdə hökumətlə müzakirələr aparılır.

Çıxışlar zamanı Platforma üzvləri Azərbaycanın  Açıq Hökumət Tərəfdaşlığında statusunun bərpasına çağırıblar.

Strateq.az