XƏBƏR LENTİ

30 Noyabr 2020

Digər Xəbərlər

17 Yanvar 2017 - 19:00

Açıq Hökumət Təşəbbüslərində medianın rolu müzakirə olundu –FOTOLAR/VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “İnformasiya, Təhlil və Planlaşdırma” İctimai Birliyinin icra etdiyi ““Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasına media dəstəyinin təşkili” layihəsi çərçivəsində bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinə media dəstəyi: mövcud durum və gözləntilər” mövzusunda dəyirmi masa  keçirilib.

SAM_3033

Dəyirmi masada KİV təmsilçiləri,  Azərbaycan Respublikasının  Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının nümayəndələri iştirak ediblər.

SAM_3028

Tədbiri giriş sözü ilə  açan “İnformasiya, Təhlil və Planlaşdırma” İB-in sədri Elxan Şükürlü bildirib ki,  layihənin məqsədi Açıq Hökumət Tərəfdaşlığı ilə bağlı təşəbbüslərə fəal media dəstəyinin verilməsi yolu ilə cəmiyyətin müxtəlif təbəqələrinin məlumatlandırılmasıdır.

SAM_3057

O, dəyirmi masanın keçirilməsində də məqsədin Açıq Hökumət təşəbbüslərində KİV-in rolunu, bu məsələlərdə media-QHT əməkdaşlığının müxətlif aspektlərini müzakirəyə çıxarmaq olduğunu və səslənəcək təklif və tövsiyələrdən gələcəkdə səmərəli şəkildə faydalanacaqlarını bildirib.

SAM_3046

Açıq Hökumətin Təşviqinə Dair Hökumət – Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının koordinatoru Əliməmməd Nuriyev isə çıxışında bildirib ki, Açıq Hökumət prinsiplərinin tətbiqinin genişləndirilməsi, korrupsiyanın qarşısının alınması üzrə yeni mexanizmlərin tətbiqi, vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücləndirilməsi istiqamətində tədbirlərin genişləndirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2016-cı il tarixli Sərəncamı ilə növbəti “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” qəbul edilib. Ə.Nuriyev bu plandan irəli gələn vəzifələrin daha yaxşı icra ediməsi üçün QHT-media əməkdaşlığını təşviq edən tədbirləri dəstəklədiyini qeyd edib.

SAM_3045

Ə.Nuriyevin sözlərinə görə, Açıq Hökumətin ən mühüm prinsiplərindən biri informasiya əlçatanlığının təmin edilməsidir ki, bu istiqamətdə də KİV-lərin üzərinə böyük yük düşür: “İnformasiyanın əlçatanlığı hər bir cəmiyyətdə inkişafın zəruri elementlərindəndir. Xüsusən də vətəndaşların onları idarə edən hökumətin, dövlət orqanlarının fəaliyyəti barədə məlumatlı olması həm şəffaflığın təmin edilməsi, həm də problemlərə daha adekvat reaksiya verilməsi üçün çox vacibdir. Bu məsələlərdə isə KİV xüsusi rola malikdir. KİV  bu məsələri aktullaşdırmaqda, təşviq etməkdə vətəndaş cəmiyyətinə böyük töhfələr verir. Eyni zamanda KİV-in bu fəaliyyəti islahatlar üçün ictimai etimad mühitinin yaradılmasına xidmət edir”.

Ə.Nuriyev qeyd edib ki, Açıq Hökumətin Təşviqinə Dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması bu sahədə KİV-in təkliflərinə və əməkdaşlığına hər zaman açıqdır: “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planınında da informasiya açıqlığının təmin olunması ilə bağlı tədbilər nəzərdə tutulub və KİV təmsilçiləri bu məsələlərdə daha fəal olmalıdırlar”.

SAM_3060

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının İcraçı katibinin müavini Rauf Məcidbəyli isə çıxışında milli donor kimi Şuranın QHT-lərin Açıq Hökumət təşəbbüsləri ilə bağlı layihələrinə dəstəyindən söz açıb. R. Məcidbəyli bildirib ki, ümmumlikdə Şura 2016-cı ildə 542 təşkilatın layihəsini maliyyələşdirib: “Şura eyni zamanda QHT-lərə metodiki dəstək verir. Həmçinin vətəndaş cəmiyyətində gedən prosesləri izləyir, icra olunmuş layihələrin hansı səmərə verdiyini öyrənməyə çalışır”.

R.Məcidbəyli çıxışında media tərəfindən Açıq Hökumət təşəbbüsləri ilə bağlı maarifləndirmənin rolunu da ayrıca olaraq vurğulayıb. Onun sözlərinə görə, QHT-lər də bu məsələlərlə bağlı media ilə qarşılıqlı faydalı əməkdaşlıq qurmağa çalışmaldırlar.

R. Məcidbəyli çıxışı zamanı bildirib ki, Şuranın özünün də səhifəsi yeni formatda fəaliyyətə başlayacaq və QHT-lərin icra etdikləri hər bir layihə ilə bağlı ətraflı məlumat veriləcək.

SAM_3067

Layihə eksperti Zaur İbrahimov isə “Açıq Hökumət Təşəbbüsünün Azərbaycanda tətbiqinə media dəstəyi: mövcud durum və gözləntilər” mövzusunda təqdimatla çıxış edib.

Təqdimatda Açıq Hökumət təşəbbüslərində medianın rolu, QHT-lər və KİV üçün yaranan yeni imkanlar barədə geniş məlumatlar verilib, eyin zamanda informasiya açıqlığı ilə bağlı mövcud çoxsaylı problemləri diqqətə çatıdırıb.

Z.İbrahimli həmçinin bildirib ki, layihə çərçivəsində Strateq.az saytında “Azərbaycanda Açıq Hökumət Təşəbbüsləri” adlı səhifə də yaradılıb və səhifədə Açıq Hökumət Təşəbbüsləri ilə bağlı ictimaiyyətə dolğun məlumatların verilməsi üçün bu yöndə olan mövzu və materiallar daim diqqətdə saxlanaraq, oxuculara çatdırılacaq.

Müzakirələr zamanı QHT və media nümayəndələri mövzu ilə bağlı öz fikirlərini bölüşblər.

DSC07273

“Sputnik” Beynəlxalq İnformasiya Agentliyinin Azərbaycan nümayəndəliyinin əməkdaşı Ülkər İsmayılqızı çıxışında qeyd edib ki, informasiya açıqlığı, dövlət qurumlarının KİV-lə təmasları, jurnalistərin vəzifəli şəxslərin mövqeyini öyrənməsi sahələrində ciddi problemlər var. O, hazırda bir çox qurumlarda “Qaynar xətt”lərin yaradıldığını, ancaq bir neçə dövlət qurumunda xidmətlərin lazımi şəkildə işləmədəyini vurğulayıb.

333

“Hüquq və İnkişaf” İB-nin sədri Hafiz Həsənov isə şəffaflığın artırılması və açıq hökumətin təşviqi ilə bağlı fəaliyyətin gücləndirilməsi yollarından bəhs edərək, bu sahədə beynəlxalq təcrübədən də söz açıb. Hafiz Həsənov təklif edib ki, Strateq.az saytında yaradılan bölmənin adı “Açıq Hökumətin Təşviqi” adlandırılsın və layihə bitdikdən sonra da QHT-lərin üçün informasiya, müzakirə platforması kimi saxlanılsın. H.Həsənov çıxışında Açıq Hökumətlə bağlı problemlərdən də söz açıb və qeyd edib ki, elektron hökumət yaradılması ilə bağlı tədbirlərə baxmayaraq, bu sahədə elementar problemlər hələ də qalmaqdadır. Misal kimi o, Bakı Apellyasiya Məhkəməsini göstərib: “Bu saat məhkəmənin qarşısına getəsiniz, görəcəksiniz, çoxlu insanlar var. Onlar telefonla almaq mümkün olan məlumatı öyrənmək üçün saatlarla məhkəmənin qarşısında gözləməli olurlar”.

SAM_3098

“Demokratiyanı Öyrənmə”  İB-in sədri Mirəli Hüseynov isə medianın Açıq Hökumət təşəbbüslərinə və QHT-lərin apardığı araşdırmalara lazımı şəkildə diqqət yetirmədiyni vurğulayıb. O, hökumət tərəfindən qəbul edilmiş konkret proqram və planlarda elə medianın özü üçün çox mühüm istiqamətlərin, mövzuların, cəmiyyət üçün hədsiz vacib informasiyaların olduğunu, ancaq buna baxmayaraq, medianın bu proqram və planların niyə icra edilmədiyini araşdırmadığını vurğulayıb.

SAM_3089

“Yeni Media Jurnalistəri” İB-in sədri Xaqani Səfəroğlu da diqqəti QHT-lərin həyata keçirdiyi layihələrin nəticələrinin KİV-də kifayət qədər işıqlandırılmamasına yönəldib. O, bu məsələlərin həlli üçün hansısa mexanizm yaradılmasının vacibliyini vurğulayaraq, maliyyələşdirilən layihələrdə məxsusi olaraq PR xərclərinin nəzərdə tutulmasını da təklif edib.

SAM_3049

“XXI əsr” Təhsil Mərkəzinin rəhbəri, təhsil eksperti Etibar Əliyev isə Açıq Hökumət Təşəbüslərində hansı istiqamətlərdə maarifçilik işlərinin aparılmasının gərəkli olduğundan danışııb. 

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli isə QHT-lər üçün KİV-in dəstəyinin çox vacib olduğunu, hökumətin açıq və şəffaf fəaliyyət göstərməsi üçün hər iki sektorun – media və QHT-lərin qarşılıqlı dəstək şəraitində çalışmasının əhəmiyyətli olacağını bildirib: “Onların əməkdaşlığı hər iki tərəf və xüsusən cəmiyyət üçün çox əhəmiyyəlidir. Bu, Açıq Hökumət təşəbbüslərinin uğurla nəticlənməsi üçün də vacibdir. Qarşılıqlı fəaliyyətin təşkilində isə Azərbaycanın dövlətçilik maraqları ön planda olmalıdır”.

Tədbirdə ölkədə fəaliyyət göstərən 18 saytdan və 14 QHT-dən nümayəndə iştirak edib.

Tədbirin sonunda iştirakçıları maraqlandıran sullar cavablandırılıb və təkliflərlə bağlı yekun fikir mübadiləsi aparılıb.

SAM_3062

SAM_3078

SAM_3092

SAM_3088

SAM_3029 SAM_3030 SAM_3044 SAM_3047 SAM_3069 SAM_3101

SAM_3045

SAM_3049 SAM_3056 SAM_3084 SAM_3101 SAM_3030 SAM_3097

1 2 3 4

SAM_3020

Strateq.az