XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

05 İyul 2017 - 20:29

Açıq Hökumət Platforması Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsini müzakirə edib

Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını həyata keçirir. Bu Proqram çərçivəsində “AHT Platforması fəaliyyədə” layihəsi üzrə 30.06.2017-ci il  tarixində  Bakıda, "Park İnn" otelində AHT Beynəlxalq İdarə Heyətinin Azərbaycanla bağlı qərarı və Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsinin müzakirəsi keçirilib.

Tədbirdə Platforma üzvü olan və olmayan qeyri-hökumət təşkilatları, xarici qurumların nümayəndələri iştirak edib. AHT Platformasının koordinatoru Əliməmməd Nuriyev açılış nitqindən sonra AHT Beynəlxalq İdarə Heyətinin Azərbaycanla bağlı qərarını açıqlayıb və şərh edib. İştirakçı QHT rəhbərləri çıxış edərək, münasibət bildiriblər.

Daha sonra Sabit Bağırov Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi barədə təqdimatla çıxış edib. O, qeyd edilən strateji yol xəritəsinin məqsədləri, hədəfləri, prioritetləri, indikatorları və digər mühüm göstəricilər barədə məlumat verib və iştirakçıların suallarını cavablandırıb.

Tədbir iştirakçıların müzakirələri və Əliməmməd Nuriyevin yekun sözü ilə başa çatıb.