XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

12 Dekabr 2016 - 20:47

Gürcüstanda “Açıq hökumət” yaradılması ilə bağlı hansı işlər görüləcək?

 

Gurcustan-16

11 noyabrda Gürcüstanda "“Açıq hökumət"  üzrə 2017-17-ci illər üçün  Fəaliyyət Planı” təsdiq edilib. Planı ədliyyə naziri Tea Çulukiani təqdim edib.

Fəaliyyət Planında 24 öhdəlik nəzərdə tutulub. İcraçı qurum kimi 24 dövlət qurumu və bələdiyyələr müəyyənləşdirilib.

Ən mühüm yeniliklərdən biri Fəaliyyət Planın hazırlanmasına bələdiyyələrin cəlb olunmasıdır. Fəaliyyət Planında bu dəfə İnnovasiyalar Agentliyinin dövlət xidmətləri ilə bağlı mobil tətbiqlər hazırlaması da planlaşdırılıb. Eyni zamanda alternativ “112 kanal”  mobil əlavə hazırlanacağı qeyd edilib.  Bu əlavənin hazırlanmasından sonra  mobil telefonlar vasitəsilə yüklənəcək xüsusi proqram bədbəxt haisə ilə üzləşmiş insanın yerini tez bir zamanda müəyyənləşdirməyə imkan verəcək.

Dövlət büdcəsinin vəsaitlərindən istifadə olunmasına nəzarət edilməsində (dövlət auditi) vətəndaşların iştirakı mexanizmlərinin yaradılması, dövlət satınalmalarında isə elektron innovasiyaların tətbiqi, vəzifəli şəxslərin gəlir bəyyanamələrinin monitorinqi sisteminin yaradılması da  öhdəliklər kimi nəzərdə tutulub.

Strateq.az