XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

26 Dekabr 2016 - 23:03

Britaniya 3 MDB ölkəsinə “Açıq hökumət” yaradılması üçün pul verəcək

 

britaniya

Böyük Britaniyanın Beynəlxalq İnkişaf üzrə Dövlət Departamenti Ukrayna, Gürcüstan, Moldova, Serbiya və Bosniyaya “Açıq hökumət” yaradılması üçün 100 milyon funt sterlinq ayıracaq. Bu vəsaitdən qeyd edilən ölkələrdə korrupsiyaya qarşı mübarizə tədbirlərinin həyata keçirilməsi üçün də istifadə olunacaq.

Bu barədə Britaniya hökumətinin təhlükəsizlik strategiyası ilə bağlı hesabatında məlumat verilib.

Baş nazir Tereza Meyin administrasiyasının hesabatına görə, hökumət Səmərli İdarəetmə Fonduna   (Good Governance Fund) 2015-2017, 2017-018-ci maliyə illərində, ümumilikdə 60 mln. funt sterlinq ayıracaq. 2018-2019-cu maliyyə ilində isə 40 mln. funt-sterlinq verilməsi nəzərdə tutulub.

Səmərli İdarəetmə Fondu 5 ölkəyə (Ukrayna, Gürcüstan, Moldova, Serbiya və Bosniyaya) yardım göstərir. Hökumətin hesabtında qeyd olunub ki,  “ayırlacaq vəsaitlər bu  5 ölkədə hökumətin daha effektiv və hesabatlı olmasına kömək edəcək”.

Strateq.az