XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

04 Yanvar 2017 - 15:30

AHT-nin nümunə göstəridyi islahatlar və innovasiyalar

ogp-hesabat-numuneler

2011-ci ildən işə başlayandan bəri Beynəlxalq Açıq  Hökumət  Tərəfdaşlığı  Təşəbbüsü (AHT)  beş il ərzində 2500-dən artıq xüsusi islahat öhdəliklərinin və 100-dən çox fəaliyyət planlarının hazırlanması, həyata keçirilməsi üçün 70 milli hökumətlə işləyir.

Bir çox ekspertlər qeyd edirlər ki, AHT hökumətlərin daha şəffaf və hesabatlı olması, vətəndaşların marağının daha çox nəzərə alınması üçün qlobal islahat hərakatına çevrilib.  Hər bir ölkədə hökumətin vətəndaş cəmiyyəti ilə birgə işləyib hazırladığı və həyata keçirdiyi Milli Fəaliyyət Planları bu islahatların kökündə durur. AHT-yə qoşulmaqla, Milli Fəaliyyət Planları qəbul etməklə  ölkələr islahatların həyata keçirilməsi üçün siyasi iradə nümayiş etdirirlər. Çünki Milli Fəaliyyət Planları hökumətlərin şəffaflığın, hesabatlılığın artırılması, infomasiyaya çıxışın asanlaşdırılması, korrupsiyaya qarşı mübarizənin artırılması, idarəetmə mədəniyyətinin, əhaliyə xidmət səviyyəsinin  yüksəldilməsi üçün innovasiyalardan istifadə olunması üçün öhdəliklərini nümayiş etdirir.

AHT ekspertləri qeyd edirlər ki,  bu model çox unikaldır. Bu model şəffaflıq və açıqlıq üçün ölkələrin riayət etməli olduğu standartları müəyyənləşdirmir.  Eyni zamanda konkret sektor və hədəfləri göstərmir. Onun kontekst-spesipik yanaşması bundan ibarətdir ki, hökumətlər vətəndaşlarla birlikdə islahatların prioritetlərini özləri müəyyən etməlidirlər.

Hökumətlərə tövsiyyə olunur ki,  ruhanldırıcı nümunələrdən və əldə olunmuş təcrübədən istifadə etməklə dövlət siyasətinin aktual problemlərinə dair cəsarətli eksperimentlər həyata keçirsinlər.

AHT Müstəqil Qiymətləndirmə zamanı həyata keçirilən ölkələrdə vətəndaşların həyatında müsbət dəyişikliklərə yol açan nümunəvi islahatların fərqləndirməyi planlaşdırır. Bu islahatlara xüsusi “ulduz”  statusu (“star” status) verilir. Bunda məqsəd yeni, ambisiyalı, innovativ  yanaşmaların tətbiqi  üzrə rəqabəti təşviq etmək və onlara diqqət çəkməkdir. Eyni zamanda bu yanaşmaların kökündə duran ideyaların diqqət mərkəzinə gətirilməsinə nail olmaqdır.

AHT  ilk olaraq aşağıdakı ölkələrdə həyata keçirilən islahatları nümunə kimi qeyd edib:

Ukrayna – Sover irsindən qurtulmaq üçün həyata keçirilən islahatlar

İrlandiya – Lobbiçilik fəaliyyətləri barədə vətəndaşların məlumat alması mexanizminin yaradılması (Shining a light on infuence peddling)

Monqolustan – Təbii resurslardan istifadə olunmasında səmərəliliyin artırılması ilə bağlı həyata keçirilən tədbrilər

Rumınya– Normativ-hüquqi bazanın  əlçatanlığının təmin edilməsi üzrə görülən tədbrilər

ABŞ –  Federal büdcənin xərclərinin ictimaiyyət üçün açılanması istiqamətində həyata keçirilən tədbrilər

Çili – Ekoloji demokratiyanın gücləndirilməsi

Böyük Britaniya – Beynəlxalq yardımlarda şəffaflığın artırılması üzrə həyata keçirilən tədbirlər

Gürcüstan –  Hökumətin nəzarətinin ifşa edilməsi üzrə atılan addımlar

Kanada – Açıq məlumatların miqyasının genişləndirilməsi

Bolqarıstan – İnformasiyaya və açıq məlumatlara çıxışın inteqrasiya olunması

İtaliya – “Pullardan sonra” proqramı. Bu proqram ictimai vəsaitlərin necə xərclənməsi barədə məlumat almağa imkan verir

Paraqvay – Yerli səviyyədə vətəndaşların hüquqlarının genişləndirilməsi üzrə görülən tədbilər

Qeyd olunan ölkələrdə həyata keçirilən islahatlarla bağlı OGP tərəfindən ayırca hesabat hazırlanıb. Hesabatda bu ölkələrdə qeyd olunan istiqamətlər üzrə həyata keçirilən islahatlar barədə qısa məlumat verilib.Hesabatla aşğıdakı link vasitəsilə tanış ola bilərsiniz:

http://www.opengovpartnership.org/sites/default/files/attachments/Star%20Commitments_0.pdf

Strateq.az