Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və BMT-nin İnkişaf Proqramı tərəfindən icra olunan “Əhalinin həssas qruplarının sosial-iqtisadi hüquqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin rolunun gücləndirilməsi” layihəsi çərçivəsində həyata keçirilən “Azərbaycanda sosial hüquqlar və onun müdafiəsinin təkmilləşdirilməsi” layihəsi üzrə “Sosial hüquqlar və onun müdafiəsi mexanizmləri” mövzusunda tədbir keçirilib.
Strateq.az xəbər verir ki, tədbirdə “Sosial hüquqların təsnifatı, sosial hüquqlar sahəsində beynəlxalq və milli qanunvericilik” və “Sosial hüquqların müdafiəsi mexanizmləri: effektiv və qeyri-effektiv mexanizmlər” mövzularında məruzələr edilmiş və müzakirələr aparılıb.
Tədbir məlumatlandırma xarakterli olmaqla yanaşı, həm də sosial hüquqlarla bağlı hüquqi və praktik problemləri müəyyən etmək məqsədi daşıyıb.