“Kəndlərin İnkişafı” Uşaq və Gənclər İctimai Birliyi “Narkomaniya ilə mübarizədə gənc nəslin birgə fəaliyyətinin təşkili” layihəsinin icrasına start verib.
Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.
qhtxeber.az-a verilən məlumata görə, layihənin məqsədi yeniyetmə və gənclərin əsrin dəhşətli bəlası olan narkomaniya haqqında, bu bəlanın yaratdığı xəstəliklər və fəsadlar aqqında məlumatlandırılmasıdır.
Quba rayonunda 3 ay müddətində icra olunacaq layihə çərçivəsində tədbir iştirakçılarına dəftərxana ləvazimatları hədiyyə ediləcək və yeniyetmələr arasında maarifləndirici bukletlər paylanılacaq.