XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

01 May 2017 - 15:01

“Narkomaniya ilə mübarizədə gənc nəslin birgə fəaliyyətinin təşkili” layihəsi çərçivəsində ilk tədbir

 “Kəndlərin inkişafı” Uşaq və Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Narkomaniya ilə mübarizədə gənc nəslin birgə fəaliyyətinin təşkili” layihəsi çərçivəsində ilk tədbir keçirilib. 

qhtxeber.az-ın məlumatına görə, tədbir Quba şəhər Azad Məmmədov adına 2 saylı texniki-təbiət elmləri təmayüllü liseydə təşkil edilib.

Layihə rəhbəri yeniyetmələrə layihənin məqsədi və donoru haqqında ətraflı məlumat verib. Yeniyetmələrə sağlam həyat tərzi yaşamağın onların gələcək həyatlarında əhəmiyyətindən danışıb.

Layihənin eksperti yeniyetmələri əsrin dəhşətli bəlası olan narkomaniya haqqında, bu bəlanın yaratdığı xəstəliklər və fəsadlar haqqında məlumatlandırıb. Ekspert gənclərin və yeniyetmələrin müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən olan narkomaniyaya düçar olmaması üçün maariflənməsinin vacibliyini qeyd edib.

Strateq.az