XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2017 - 11:51

Şuranın dəstəyilə gənc nəsil narkomaniya ilə mübarizədə maarifləndirilib

 “Narkomaniya ilə mübarizədə gənc nəslin birgə fəaliyyətinin təşkili” layihəsi çərçivəsində Quba şəhər Azad Məmmədov adına 2 saylı texniki-təbiət elmləri təmayüllü liseydə növbəti tədbir təşkil edilib.

qhtxeber.az-ın məlumatına görə, layihə “Kəndlərin inkişafı” Uşaq və Gənclər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. 

Tədbirdə layihə rəhbəri yeniyetmələrə layihənin məqsədi və donoru haqqında ətraflı məlumat vermişdir. Yeniyetmələrə sağlam həyat tərzi yaşamağın onların gələcək həyatlarında əhəmiyyətindən danışıb.

Layihənin eksperti yeniyetmələri əsrin dəhşətli bəlası olan narkomaniya haqqında, bu bəlanın yaratdığı xəstəliklər və fəsadlar haqqında məlumatlandırıb. 

Qeyd edək ki, 3 ay müddətində icra olunan layihə çərçivəsində tədbir iştirakçılarına dəftərxana ləvazimatları hədiyyə edilib. 

Strateq.az