XƏBƏR LENTİ

29 Oktyabr 2020

Digər Xəbərlər

17 May 2017 - 14:30

“Sağlamlığımıza sahib olaq!” layihəsi icra edilir

“Etimad” uşaq və yeniyetmələrə psixoloji dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Sağlamlığımıza sahib olaq!” layihəsini icra edir.

Layihə çərçivəsində Sumqayıt şəhər 4 saylı tam orta məktəbdə ilk tədbir keçirilib. Tədbirdə layihə rəhbəri məktəblilərə layihəni məqsədi haqqında danışıb. Layihə rəhbəri layihənin donoru və onun dəstəyi ilə icra olunan əhəmiyyətli layihələr barədə məlumat verib.

Layihənin eksperti yeniyetmələrə “Sağlamlığımıza sahib olaq!” layihəsinin əhəmiyyətindən danışaraq onlara sağlamlıqlarının qorunması ilə bağlı vacib tövsiyələr verib.

Məktəblilərə layihə çərçivəsində dəftərxana ləvazimatları hədiyyə edilib.

Strateq.az