XƏBƏR LENTİ

01 Mart 2021
28 Fevral 2021

Digər Xəbərlər

08 İyun 2017 - 18:51

Şura xalçaçılıq sənətinin təbliğinə dəstək verir

 “Xalça Dünyası Assosiasiyası” İctimai Birliyi Quba rayonunda “Xalçaçılıq sənətinin təbliği məqsədilə müxtəlif tədbir və aksiyaların təşkili” layihəsinin icrasını davam etdirir.  qhtxeber.az-ın məlumatına görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur.  Quba rayonunda layihə çərçivəsində xalçaçılıq peşəsinə maraq göstərən və bu peşəyə yiyələnmək istəyən xanımlar üçün təlim keçirilib. 

Təlimlərin mövzusu qədim və unudulmaqda olan xalça naxışları, xalçaların toxunduğu dəzgahlar və onlarla iş texnikasının qurulması olub. Təlimdə xanımlara xalçaların toxunduğu dəzgahlarda praktik təlim keçirilib.

Strateq.az