XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

29 İyun 2017 - 14:28

Qadın hüquqlarına həsr olunmuş tədbirlər davam edir

“İnnovativ İdeya və Təşəbbüslər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə Zaqatala rayonunda “Qadın hüquqları: tanıyaq və qoruyaq!” layihəsinin icrasını davam etdirir. 

Layihə çərçivəsində növbəti tədbir Zaqatala rayon Muğanlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlikdə keçirilib.

Tədbirdə Nümayəndəliyin sədri, rayon İcra Hakimiyyətinin nümayəndəsi, müxtəlif sahələrdə çalışan kənd sakinləri, evdar xanımlar və tələbələr iştirak ediblər.

İctimai Birliyin sədri, millət vəkili Elşən Musayev iştirakçıları salamyaraq layihə və onun məqsədi haqqında məlumat verib. Layihənin mövzusunun aktuallığı barədə danışan E. Musayev dövlətimizin bütün vətəndaşlarının, həmçinin də qadınların hüquqlarının qorunmasını təmin etdiyini deyib.

E. Musayev regionda siyasi və ictimai fəal xanımların fəaliyyətindən danışaraq qızların təhsil almasının vacibliyini vurğulayıb, birinci vitse-prezident xanım Mehriban Əliyevanın bariz nümunə olduğunu deyib. 

Tədbir kənd sakinləri tərəfindən böyük maraqla qarşılanıb.