XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Avqust 2017 - 15:38

Gənclər təlim bacarıqlarını öyrənir –FOTOLAR

“Demokratiyanı Öyrənmə” İctimai Birliyi (DÖİB) Avropa İtifaqının dəstəyi ilə həyata keçirdiyi “Azərbaycanda azad və ədalətli seçkilər üçün vətəndaş iştirakçılğı” layihəsi çərçivəsində 30 iyul-01 avqust 2017- ci ildə Bakı şəhərində ölkənin müxtəlif bölgələrindən seçilmiş gənclər üçün Təlimçilər üçün Təlim (TOT) keçirib. TOT-un keçirilməsində məqsəd vətəndaşların maarifləndirilməsi fəaliyyətlərinin həyata keçirilməsi üçün təlimçilər komandasının hazırlanması olub.  

Təlim müxtəlif interaktiv üsullardan istifadə edilməklə DÖİB-in əməkdaşları və dəvət edilmiş ekspertlər tərəfindən keçirilib. Üç gün davam edən təlimdə iştirakçılara təlim bacarıqlarının  sirləri öyrədilmiş və onlarda müstəqil təlim keçmək vərdişləri formalaşdırılmışdır. Səmərəli təlimin digər şərti olan məlumatların dürüst və aydın şəkildə çatdırılmasını təmin etmək üçün təlimçilərin müxtəlif mövzularla bağlı məlumatlılığının artırılması da təlimin gündəliyində olmuşdur. Vətəndaşların maarifləndirilməsi konsepsiyası, demokratiya və onun əsas prinsipləri, ictimai iştirakçılıq, demokratiyada seçkilər, Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramı və Azərbaycanın bu proqramda yeri vəs. kimi mövzular üzrə təqdimatlar edilmiş və müzakirələr aparılmışdır.    

TOT iştirakçıları təlimin onlarınn gözləntilərinə cavab verdiyini və faydalı olduğunu bildiriblər. Lənkərandan təlimə qatılan Rəşad Abbaszadə qeyd edib ki, vətəndaş cəmiyyəti ilkin növbədə məlumatlı və məsuliyyətli vətəndaşlarn olmasını tələb edir: "Bu təlimdə mən belə vətəndaşların formalaşdırılmasının zəruriliyinə bir daha əmin oldum və bunun üçün zəruri bilik və bacarıqlar qazandım”. İmişlidən olan digər iştirakçı Ziya Rzayev isə öz rəyini belə ifadə edib: “Belə təlimlər bizə müəyyən bilik və bacarıqlar verməklə bərabər, dəyərlər də qazandırır. Müəyyən məsələlərə baxışlarım və fikirlərim əhmiyyətli dərəcədə dəyişdi. İndi mən burada müzakirə edilən məsələlərlə bağlı daha aydın təsəvvürə malikəm”  

Gənc təlimçilər qarşıdakı aylarda TOT zamanı əldə etdikləri bilik və bacarıqlardan istifadə etməklə regionlarda vətəndaş maarifçilyi fəaliyyətlərini həyata keçirəcəklər.

 

Strateq.az