XƏBƏR LENTİ

29 Oktyabr 2020
28 Oktyabr 2020

Digər Xəbərlər

23 Oktyabr 2017 - 16:50

Vətəndaş müraciətlərinə baxılması ilə bağlı vəziyyət necədir?

“Vətəndaş müraciətlərinə baxılması vəziyyəti ilə bağlı vətəndaşları daha çox narahat edən məsələlər vəzifəli şəxslərin qəbulu, elektron müraciətlər və çağrı mərkəzlərinin, “Qaynar xət”lərin işinin keyfiyyəti ilə bağlıdır. ““Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində apardığımız araşdırmalar göstərir ki, vətəndaşları qəbul edən şəxslərin özlərinin qəbul keçirməməsi, elektron müraciətlərin vaxtında cavablandırılmaması, dövlət orqanlarının çağrı mərkəzlərinin həddən artıq yüklənməsi və operativ işləməməsi əsas problemlər kimi vurğulanır”. 

Bu barədə “Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli jurnalistlər üçün “Vətəndaş müraciətlərinə baxılması” mövzusunda keçirdiyi brifinqdə açıqlama verib.

Brifinq  Avrasiya Əməkdaşlıq Fondunun  Niderland Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” proqramı çərçivəsində  “Konstitusiya” Araşdırmalar Fondunun ekspertlərinin müqavilə üzrə həyata  keçirdiyi ““Vətəndaşların müraciət hüququnun reallaşdırılması mexanizmlərinin təkmilləşdirilməsi” xidməti  üzrə təşkil olunub.

Jurnalistlərin suallarını cavablandıran Z.İbrahimli qeyd edib ki, layihə çərçivəsində Bakı şəhərində 700 nəfər arasında vətəndaş müraciətlərinə baxılması vəziyyəti ilə əlaqədar rəy öyrənmək üçün sorğu keçirilib. Sorğunun ümumiləşdirilmiş nəticələrinə əsasən  dövlət qurumlarında vətəndaşların müraciətlərinə baxılması ilə əlaqədar ümumilikdə,  41.7% pozitiv münaisbət sərgiləyib. Bu isə əvvəlki illərlə müqayisədə çox əhəmiyyətli dəyişikliklərdir. Ümumiləşdirildikdə,  belə məlum olur ki,  33.3% isə problemin gec həll olmağından narazıdır. Belə nəticəyə gəlmək olar ki, vətəndaşlar müraciətlərinə baxılması zamanı daha ciddi yanaşma və real nəticələr görmək istəyilər.  Dövlət qurumlarında vəzifəli şəxslərin qəbul keçirməsi ilə bağlı 8.4% hesab edir ki, bu sahədə vəziyyət pisləşib. 36.1%  vəziyyətin dəyişmədiyini vurğulayıb.  Bu nəticələr göstərir ki, dövlət qurumlarında vəzifəli şəxslərin qəbul keçirməsi ilə bağlı vəziyyət müsbətə doğru dəyişsə də, bu sahədə də əlavə səylərə ehtiyac var. Qeyd edilənlər göstərir ki, bu istiqamətdə irəliləyiş üçün çox böyük potensial var. Dövlət qurumlarında vəzifəli şəxslərin qəbul keçirməsi ilə bağlı ən ciddi problem isə qəbul etməli olan şəxslərin özlərinin qəbulda iştirak etməməsidir. Təəssüf ki, bu problem hələ də aktuallğını saxlayır”.

Z.İbrahimli layihə çərçivəsində hazırlanmış təklifləri də diqqətə çatdırıb. Bu təkliflərlər aşağıdakılardan ibarətdir:

– Vətəndaş müraciətlərinə baxılmasına görə qanunvericiliyin pozulması üçün daha sərt sanksiyalar müəyyənləşdirilməsinə ehtiyac var. Vəzifəli şəxslərə xəbərdarlıq edilməsi və ya onların 100 manat məbləğində, hüquqi şəxslərin isə 200 manat məbləğində cərimə olunmasını nəzərdə tutan yeni maddənin İnzibatı Xətalar Məcəlləsinə daxil edilməsi yetərli deyil. Bu sanksiyalar qanunvericiliyin pozulmasına görə kommersiya və QHT-lər üçün nəzərdə tutulan sanksiyalrdan dəfələrlə azdır. Sanksiyların məbləğinin az olması isə ciddi məsuliyyət tədbiri kimi yetərli deyil.

– “Vətəndaşların müraciətləri haqqında” qanunun 6.9-cü maddəsində qeyd olunur ki, “Müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir”. Nəzərə alınmalıdır ki, heç də bütün vətəndaşlar müraciətdə təklif və ya tələbini aydın ifadə edə bilmir.  Eyni zamanda bu müraciətin ünvanlandığı subyektə müraciətə baxmamaq üçün subyektiv əsaslar yaradır. Buna görə, bu maddədə müraciətin yalnız oxunaqlı olması tələbinin qoyulması məqsədəuyğun olardı. Əks halda vətəndaşlar müraciətləri başqalarına yazdırmağa məcbur ola bilərlər, bu isə vətəndaşın müraciət yazılmasına görə ödənişlər etməsi ilə nəticələnir.

Vətəndaşların qəbulu zamanı bir çox hallarda adı vətəndaşların qəbulu cədvəlində göstərilən vəzifəli şəxs qəbulda iştirak etmir. Bunun qarşınının alınması üçün “Vətəndaşların müraciətləri haqqında” qanununda bu məsələdə vəzifəli şəxslərin məsuliyyətini artıracaq əlavə müddəalara ehtiyac var.

Vətəndaşların müraciətlərinin icraatı ilə bağlı elektron izləmə sisteminin tətbiq olunması, vətəndaş müraciətlərinə baxılması sahəsində mövcud vəziyyətin daha da yaxşılaşması, vətəndaş müraciətlərinə baxılması sahəsində vəzifəli şəxslərin məsuliyyətinin azalması, təkrar müraciətlərin sayının əhəmiyyətli şəkildə azalmasına çox böyük töhfə verərdi. 

Strateq.az