XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

31 İyul 2017 - 15:27

“Açıq hökumət” təşəbbüslərində KİV-in rolu müzakirə edilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Güzəran”  Sosial Araşdırmalar İctimai Birliyinin təşəbbüsü ilə   “Azərbaycanda "Açıq hökumət"  islahatlarının həyata keçirilməsində KİV-in rolu” mövzusunda dəyirmi masa keçirilib.

Dəyirmi masa  Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən “Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının fəaliyyətinin  təşviqi” layihəsi çərçivəsində baş tutub.

Dyəirmi masada təşkiatın sədri Qadir İbrahimli layihə barədə, həyata keçirilən tədbirlər haqqında məlumat verib.  Qadir İbrahimli layihə çərçivəsində İstiqlal.az saytında yaradılan “Açıq hökumət” bölməsi ilə iştirakçıları tanış edib.

Q.İbrahimli qeyd edib ki, bugünkü dəyirmi masa müzakirələrinin keçirilməsində məqsəd Azərbaycanda “Açıq hökumət” islahatlarının həyata keçirilməsində KİV-in rolunu müzakirə etməkdir: ““Açıq hökumət” təşəbbüsləri KİV üçün də çox önəmlidir. Belə ki, məlumatlara əlçatanlıq, şəffaflıq və hesabatlılığın təmin edilməsi ilk növbədə KİV-in marağındadır. Eyni zamanda KİV-də  bu təşəbbüslərə dəstək verməlidir. İslahatlar üçün motivasiya yaradılması, ictimai etimad mühtinin formalaşmasına yardım göstərilməsində KİV böyük rol oynamalıdır”.

Layihə eksperti Zaur İbrahimli  "Azərbaycanda "Açıq hökumət"  islahatlarının həyata keçirilməsində KİV-in rolu” mövzusunda təqdimatla çıxış edib. Eyni zamanda iştirakçıları Açıq Hökumət Platformasının Strateji Fəaliyyət Planı ilə tanış edib.

Strateq.az