XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

15 May 2017 - 00:14

“Açıq hökumət” Milli Fəaliyyət Planının 2-ci istiqaməti üzrə monitorinq aparılacaq

“Rezonans” Gənclərin İctimai Birliyi ““Açıq hökumət”in təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının 2-ci istiqaməti (İnformasiya əldə olunması) üzrə nəzərdə tutulan tədbirlərin icra vəziyyəti ilə bağlı monitorinqi”  layihəsinin icrasına başlayıb.  Layihə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilir.

Layihə rəhbəri Zaur İbrahimov bildirib ki, monitorinqin məqsədi bütün maraqlı tərəflərin hər birini Milli Fəaliyyət Planının (MFP) 2-ci istiqaməti üzrə nəzərdə tutulan tədbirlərin icrasındakı irəliləyişlərlə bağlı müstəqil qiymətləndirmə ilə təmin etməkdir: “Monitorinq qrupu Milli Fəaliyyət Planının (MFP) 2-ci istiqaməti üzrə 5 bəndinin icrasında olan inkişaf və zəiflikləri təsvir edərək, tövsiyyələri müəyyən edəcək.  Monitorinq metodologiyası beynəlxalq ekspertlər tərəfindən hazırlanıb. Milli Fəaliyyət Planının monitorinqi metodologiyası  “Şəffaflıq Azərbaycan”  Korrupsiyaya Qarşı Mübarizə üzrə İctimai Birliyinin sifarişi ilə “Transperensi İnterneşnl-Rusiya” Antikorrupsiya Təşəbbüsləri və Tədqiqatları Mərkəzinin  ekspertləri tərəfindən hazırlanıb.

Bu metodologiya ABŞ Beynəlxalq İnkişaf Agnetliyi tərəfindən maliyyələşdirilən “Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi tərəfindən icra olunan “Azərbaycan Şəffaflıq Tərəfdaşlığı” layihəsi çərçivəsində “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən  “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrasının monitorinqi zamanı tətbiq edilib. 

Metodologiya hər bir tədbirin icra vəziyyətini üç növ mənbədən alınan informasiya əsasında qiymətləndirilməsini nəzərdə tutur”.

Z.İbrahimov əlavə edib ki, monitorinq nəticələrinin geniş ictimaiyyətə, müvafiq dövlət qurumlarına və beynəlxalq təşkilatlara təqdim olunacaq.

Strateq.az