XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

13 Noyabr 2016 - 02:28

Naxçıvan televiziyası Kükü alması haqda reportaj hazırladı –Video

kuku-1

Naxçıvan Televiziyası Muxtar Respublika ərzisində çox məşhur olan Kükü alması haqqında maraqlı reportaj hazırlayıb.

Strateq.az xəbər verir ki, Naxçıvan Televiziyasının baş redaktoru Ruhiyyə Rəsulovanın hazırladığı bu reportajda Kükü almasının faydalarından, Azərbaycanımızın digər bölgələrində yetişən meyvələrdən əsas fərqindən bəhs edilir.

Xatırladaq ki, Kükü kəndi Şahbuz rayonunda Ermənistanla sərhəddə – dəniz səviyyəsindən 3120 metr yüksəklikdə yerləşən Küküdağın ətəyində qərarlaşıb. Kükü kəndi rayon mərkəzindən 20 km şimalda – Küküçayın sahilində, Dərləyəz silsiləsinin cənub-qərb yamacındadır. Kəndin 1632 nəfər əhalisi var.