XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 February 2017 - 19:33

“Canlı bomba” terroru:11 ölü, 21 yaralı

Əfqanıstanın Gilmend əyalətində terrorçu kamikadzenin özünü partlatması nəticəsində azı 11 nəfər ölüb, 21 nəfər isə yaralanıb.

“Report” “Tolo News”a istinadən xəbər verir ki, hadisə Bakı vaxtı ilə saat 13 radələrində əyalətin Leşgergan şəhərində törədilib.

Partlayış nəticəsində xüsusi xidmət orqanlarının avtomobilinə də ziyan dəyib.

Partlayışın hələlik heç bir qruplaşma məsuliyyətini üzərinə götürməyib.