XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

31 Mart 2015 - 10:07

Dubay əmiri Azərbaycana gəlir: bu dəfə ova yox, danışıqlara – özəl

Azərbaycan hökuməti onu investisiya layihələrinə cəlb etmək niyyətindədir

Birləşmiş Ərəb Əmirliyinin Baş naziri və vitse-prezidenti, Dubay əmiri şeyx Məhəmməd bin Rəşid əl Məktum Azərbaycana rəsmi səfərə gələcək.

Əmir şeyx Məhəmməd bin Rəşid əl Məktumu ölkəsinin yüksək rütbəli rəsmi şəxsləri müşahidə edəcək. Aldığımız məlumata görə, BƏƏ-in vitse-prezidentinin Azərbaycanda bir sıra rəsmi görüşləri olacaq. Əmirin həmçinin, səfər çərçivəsində ərəb ölkələrinin Azərbaycanda akkreditə olunmuş səfirləri ilə görüşü də planlaşdırılır.

Əldə etdiyimiz məlumatlara görə, Dubay əmiri Azərbaycanda bir sıra investisiya layihələrinə maraq göstərir. Azərbaycan hökuməti də əmirə müxtəlif variantlar təklif edib. Bakıda ümid edirlər ki, Dubay əmiri Azərbaycanın enerji, turizim və tikinti sektoruna investisiya qoyacaq.

Xatırladaq ki, şeyx Məhəmməd bin Rəşid əl Məktumun 19 övladından biri, 18 milyard dollar məbləğində sərvətə mailk şahzadə Həmdan bin Məhəmməd bin Rəşid keçən həftə Azərbaycanda olub, bir sıra rayonlarımızda öz “şahinləri” ilə ova çıxıb…

Laçın Səmla

Strateq.az