Rəfsəncani: “Ərəb liderləri 50 il ərzində Yerusəlimi işğaldan azad etməyə cüzi cəhd də etməyiblər”
Səudiyyə Ərəistanı və onun müttəfiqlərinin aviasiyası husilərin mövqelərini bombalamağa davam edir. Lakin indi məlumdur ki, qeyri-ənənəvi qrupların havadan bombardmanı heç nə verməyəcək. Haqqında bu gün danışdığımız durum İraq, Suriya, Liviyadakı durumlarla eynidir. Hazırda Yəmən də davamlı savaş səhnəsinə çevrilir. Bu hadisənin süründürücü xarakterini müxtəlif səbəblərlə izah etmək olar: Səudiyyə ilə İranın Yəməndə vasitəli müharibəsi, dövlət institutlarının iflası, bütün yönlərdə parçalanmış cəmiyyət, Yəmənin coğrafiyası və geopolitikası və nəhayət, simmetriyasız savaşla.
“Vasitəli münaqişə”
Yəməndəki savaşı təkcə bölgəsəl ünsürlər deyil, həm də şiə İranı ilə Səudiyyənin başçılığı altında “sünni bloku” aparır. Prezident Hadini dəstəkləyən səudiyyəlilər husiləri əzməyə çalışırlar.
Səudiyyə 2009-cu ildə şiə qiyamçılarına qarşı hərbi əməliyyat keçirmək üçün nə qüvvəsini əsirgədi, nə də vəsaitini. O, bu yaxınlarda husiləri “terror təşkilatı” elan edib.
Ərəb Dövlətləri Liqasının sammitinə qatılmış Yəmən prezidenti Mənsur Hadi husi yaraqlılarını “İranın oyuncağı” adlandırdı. Bu arada İranın önəmli liderlərindən biri Rəfsəncani qeyd edib: “Ərəb dövlətlərinin liderləri 50 il ərzində Yerusəlimi işğaldan azad etməyə cüzi cəhd də etməyiblər. İndi isə bölgədəki müsəlman dövlətinə qarşı birləşiblər”.
Belə mənzərə təkcə savaşın uzunmüddətli olacağı barədə deyil, həm də simmetriyasız xarakteri barədə düşüncələr doğurur.
Yəməndən danışarkən, ön plana məzhəb və tayfaların çıxdığı dağılmış dövlət institutları sistem çıxır: bütün təhsil, məhkəmə, infrastruktur, səhiyyə, hərb qurumları tənəzzülə uğrayıb. Əhalinin hər nəfərinə düşən silaha görə, dünyada irəlidə gedən ölkənin vətəndaş müharibəsinə sürüklənməsi heç də təəccüblü deyil. üstəlik, ölkə dərin şəkildə tayfalara, məzhəblərə, qruplara bölünüb. Münaqişəni uzadası digər səbəblər – yoxsulluq, işsizlik, təbii ehtiyatlar qıtlığı, narkomaniyadır.
Yəmən və geopolitika
Yəmənin geopolitik durumu da savaşın uzanmasına səbəb olan özəlliklərə malikdir. Yəmənin Səudiyyə Ərəbistanı və Omanla quru sərhədlərinin uzunluğu 1458 km və 288 km təşkil edir. Yəmənin dəniz yollarına gəlincə, ölkənin bir tərəfdən Qırmız dənizə, digər tərəfdən Hind okeanına çıxışı var. Bab-əl-Məndab boğazı son dərəcə strateji önəmə sahibdir. Buradan hər il 20 minədək gəmi keçir. Böyük ərazi, pərakəndə əhali Yəməndəki savaşın uzun illər ərzində davam edəcəyini söyləməyə imkan verən birinci dərəcəli səbəblər sırasındadır.
Yəmən təkcə sünnilərlə husilər üçün deyil, həm də Səudiyyə Ərəbistanından qaçmış “Əl-Qaidə” yaraqlıları üçün vətənə çevrilib. Faktiki olaraq, hakimiyyətsizliyin hökm sürdüyü ölkədə “Əl-Qaidə” mühüm imkanlar qazanır. Bu durum isə Qərb ölkələrini narahat edir.
Səudiyyə və onun müttəfiqləri Yəməndə əməliyyat üçün heyəti 40 min hərbçidən ibarət ortaq “ərəb hərbi qüvvəsi” yaratmaq barədə qərar qəbul edib.
Bu ideya kağız üzərində yaxşı görünür, lakin məlum olduğu kimi, onun gerçəkləşdirilməsi olduqca qəliz işdir. Məsələn, Avropa Birliyinin son 30 ildə yaratmaq üçün əlləşdiyi “ordu” layihəsi kimi.
Səudiyyə kralı Salman siyasi hədəf qismində elan etdi ki, “Yəməndə təhlükəsizlik təmin olunmayınca, hərbi əməliyyatlar davam edəcək”.
Bu bəyanat ancaq savaşın mürəkkəb, uzunmüdətli, üzücü və ilk növbədə, simmetriyasız olacağı barədə fikri təsdiqləyir. çox güman ki, Əfqanıstan, İraq, Liviya, yaxud Somalidəki münaqişələrə bənzər yeni, uzunmüddətli müharibə başlanır.
Nihat Əli özcan
“Milliyet” qəzeti, 01.04.2015. (Тürkiyə)