XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

10 May 2017 - 00:57

Gülən Türkiyəyə veriləcəkmi? –Nazir ABŞ-da 4 saat müzakirə aparıb

ABŞ-da səfərdə olan Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Amerikalı həmkarı ilə Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri elan edilən Fətullah Gülənin təhvil verilməsi üçün 4 saatlıq müzakirə aparıb.

Strateq.az Türkiyə mediasına istinadən bidirir ki, müzakirəyə FETÖ istintaqını aparan Ankara prokurorluğunun 3 əməkdaşı da qatılıb.

"Görüşdə Gülənin Türkiyəyə təhvil verilməsi üçün bütün detallar masaya yatırılıb, qarşı tərəfə hüquqi addımlar üçün tələb olunan bütün sənədlər verilib", – deyə rəsmi açıqlamada bildirilib.

Xəbərdə ABŞ tərəfinin 4 saatlıq görüş sonrası atacağı addımlar haqda isə məlumat verilməyib.