XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

03 Aprel 2015 - 07:48

Abbas Abbasovun həbsi istənilir – Nüfuzlu şəxslər iki ölkə başçısına şikayət etdi

Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasovun Rusiyadakı fəaliyyəti ilə bağlı gərginlik pik həddə çatıb.

Strateq.az xəbər verir ki, Abbas Abbasovun azərbaycanlıların ən fəal təşkilatlarından biri – “Azərros”dakı qarşıdurma mövqeyi ilə bağlı Rusiyada geniş təbdir keçirilib. “FMMM: birləşmənin və böhrandan çıxışın problemləri” mövzusunda keçirilən tədbirdə təşkilatın Ağsaqqallar Şurasının sabiq rəhbəri Abbas Abbasovla tərəfdarlarının xoşagəlməz və süni gərginlik yaradan fəaliyyəti kəskin pislənilib.

Sonda tədbir iştirakçıları, həmçinin Rusiyada mövcud olan Azərbaycan təşkilatlarının rəhbərləri tərəfindən Azərbaycan Prezidenti Ilham Əliyevlə Rusiya prezidenti Vladimir Putinə müraciət qəbul olunub.

Strateq.az “Azərros”un rəsmi saytına – fnkaaz.ru-ya istinadən xəbər verir ki, təşkilat rəhbərləri Prezident İlham Əliyevə müraciətdə Azərbaycan vətəndaşı olan Abbas Abbasovla bağlı sərt tədbir görülməsini xahiş ediblər:

“Hörmətli İlham Heydər oğlu!

Müraciətimizin əsas səbəbi Rusiyada Azərbaycanlıların Federal Milli-Mədəni Muxtariyyəti (AzərRos FMMM) ətrafında son zamanlar yaranmış və təşkilatın tam bölgüsü ilə nəticələnə biləcək dramatik vəziyyətdir.

Azərbaycan vətəndaşı, Azərbaycan Respublikasının sabiq Baş nazirin müavini Abbas Abbasov və ondan maddi cəhəddən asılı olan tərəfdaşları Rusiya Federasiyasının “Milli-mədəni muxtariyyət haqqında” və “Xarici agentlər haqqında” Federal Qanunları kobud şəkildə pozaraq AzərRos FMMM ictimai təşkilatına basqın edib ələ keçirməyə çalışırlar.

Biz, Rusiya azərbaycanlıları, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşadığımıza baxmayaraq, tarixi Vətənimiz ilə bağlı bütün məsələlərə hər zaman böyük hörmət və diqqətlə yanaşırıq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəsiyyətinə riayət edərək, Azərbaycanın milli adət-ənənələrinin, həmçinin Rusiya və Azərbaycan xalqları arasında dostluq və qarşılıqlı anlaşma mühitinin inkişaf etdirilməsi üçün çalışırıq. 2013-cü ildə Azərbaycan Respublikasının vətəndaşı Abbas Abbasov tərəfinizdən Rusiyada AzərRos FMMM-nin rəhbəri vəzifəsinə təyin olunmuş adam qismində çıxış edərək bizi aldatdı. Azərbaycanı və Azərbaycan xalqını Rusiyada 15 il ərzində uğurla təmsil edən ən böyük federal təşkilatlardan biri olan AzərRos FMMM-ni ona şübhəsiz etibar etdik.

…Lakin Abbas Abbasov AzərRos FMMM ilə digər Azərbaycan təşkilatları arasında qarşılıqlı anlaşma mühitinin artırılması əvəzinə, şəxsi siyasi məqsədləri naminə fitnəkarlıq vasitəsilə təşkilatı parçalanma və münaqişə vəziyyətinə gətirib. Şəxsi maraqlarını rəhbər tutaraq ictimai təşkilatı siyasi bəyanatlar üçün platformaya çevirən A.Abbasov Rusiya azərbaycanlılarını Sizə qarşı etibarsızlıq ifadə etməyə çağırır.

… Diqqətinizə çatdırırq ki, AzərRos FMMM-ni qorumaq məqsədilə 17 yanvar 2015-ci il tarixində Rusiyadan 120-dən çox nümayəndənin iştirakı ilə təşkilatın Federal Şura üzvləri və regional liderləri növbədənkənar qurultayını keçirdilər. Qurultayda AzərRos FMMM-nin sabiq sədri Asif Məhərrəmova etibarsızlıqlarını ifadə etdilər və A.Abbasovun başçılıq etdiyi Ağsaqqallar Şurası ləğv olundu. Təşkilatın barışması və birləşməsi məqsədilə nümayəndələr tərəfindən cari ilin 6 mart tarixinə qədər qurultayın işində fasilə elan edilmişdir. Lakin A.Abbasov ümumrusiya azərbaycanlılar qurultayının qərarını saymaraq və Azərbaycan diasporunun bəzi nümayəndələrini aldadaraq, 20 fevralda tələsik, bağlı qapılar arxasında yalnız 4 regional təşkilatın iştirakı ilə öz “qurultayını” keçirdi. Azərbaycanlıları özündən ayırıb Dağıstan döyüşçüləri və polis arxasında gizlənərək o, AzərRos Federal Şurasının digər üzvlərini, o cümlədən regional və yerli milli-mədəni təşkilatlar nümayəndələrini “qurultaya” buraxmamışdır. öz hərəkətləri ilə o, Rusiya azərbaycanlılarına və Azərbaycana qarşı nifrətini bir daha təsdiq etdi.

Hörmətli İlham Heydər oğlu!

Təəssüf ki, A.Abbasov adınızdan istifadə edərək Azərbaycan icmasının nümayəndələrini aldadır və Azərbaycan hakimiyyətinə qarşı etibarsızlıq yaradır. Baş nazirin sabiq müavini Abbas Abbasovun Azərbaycan Respublikasının vətəndaşı olduğunu nəzərə alaraq, onunla bağlı Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarına tədbirlərin görülməsinə dair göstəriş verməyinizi xahiş edirik”.

Rusiya prezidenti V.Putinə də müraciət edən soydaşlarımızın birləşdiyi təşkilat rəhbərləri ondan təşkilat və orada yaranan durum, Abbas Abbasovun fəaliyyitinin yaratdığı problemlərlə yanaşı, Rusiya azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyətinin (FMMM AzərRos) növbəti genişləndirilmiş qurultayının keçirilməsinə şərait yaradılması xahiş olunub:

“Hörmətli Vladimir Vladimiroviç!

…Biz düşünürük ki, AzərRos FMMM-in parçalanması artıq Azərbaycan icmasının bilavasitə daxili problemi deyil. Kəskinləşən qarşıdurma çoxmillətli Rusiya cəmiyyətində bütövlüklə xoşagəlməz mühitin yaranmasına səbəb olur. Rusiya ətrafında mövcud gərgin siyasi şəraitdə bizlər, Rusiya vətəndaşları, cəmiyyətin daxilindəki narazıçılıqları aradan qaldıraraq birliyə nail olmaq istəyirik.

Biz, bu gün dünya və Ukrayna ətrafında mövcud olan gərgin vəziyyətdə AzərRos FMMM-dəki münaqişənin daxili çərçivədən millətlərarası səviyyəyə daşımasından ehtiyat edirik. Münaqişənin artmasının və yaranmış böhrandan çıxış yolunun tapılması məqsədi ilə biz, Sizə RF vətəndaşlarının konstitusiya hüquqlarının qarantı kimi müraciət edərək, RF “İctimai təşkilatlar haqqında” və RF “Milli-mədəni muxtariyyət haqqında” Q
anunların pozulması məsələsinin araşdırılması məqsədi ilə aidiyyəti hökumət təşkilatlarına, həmçinin milli siyasət məsələləri üzrə səlahiyyətli olan RF Prezidenti Administrasiyası rəhbərinin müavini Maqomed Maqomedsalamova və RF Ədliyyə Nazirliyinə AzərRos FMMM-in fəallarının iştirakı ilə iclasın keçirilməsinə dair göstəriş verməyinizi xahiş edirik”.

Strateq.az