XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

06 Aprel 2015 - 07:25

İcra başçısı elmi rəhbər oldu, Arif Qaraşovun oğlu elmi dərəcə aldı (ÖZƏL)

arif-qarasov-1.jpg

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi Arif Qaraşovun oğlu Fərhad Qaraşov Azərbaycan elminə sürətli müdafiə baxımından yenilik gətirib. O, təxminən 2 il ərzində iqtisad üzrə fəlsəfə doktoru olub. Onun elmi müdafiəsi akademik Ziyad Səmədzadənin rəhbəri olduğu Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində fəaliyyət göstərən FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasında baş tutub.

Bu barədə Strateq.az-a şuranın adının çəkilməsini istəməyən əməkdaşı məlumat verib. Onun sözlərinə görə, martın 29-u, saat 14.00-da baş tutan müdafiədə Arif Qaraşovun oğlu Fərhad Qaraşov iqtisad üzrə fəlsəfə doktoru adını rəsmiləşdirib:

«Fərhad Qaraşov 2012-ci ilin payızında həmin vaxtı Mirdamət Sadıqovun rektoru olduğu Aqrar Universitetinə sənəd verib, amma dissertanturaya 2013-cü ilin yanvar ayından başlayıb. Mirdamət Sadıqov həmin vaxtı Fərhad Qaraşovun elmi rəhbəri vəzifəsini də öz üzərinə götürüb. Qaraşovun qəbulundan 2 ay sonra isə Mirdamət Sadıqov İsmayıllıya icra başçısı təyin olunub. Gərgin bir rejimində işləməsinə baxmayaraq, icra başçısı Mirdamət Sadıqov Fərhad Qaraşovun elmi rəhbəri olmaqdan imtina etməyib. Və faktdan, yəni martın 29-da FD.04.013 Birləşdirilmiş Dissertasiya Şurasında baş tutan müzakirədən aydın olur ki, icra başçısı Fərhad Qaraşovun elmi işində öz üzərinə düşən missiyanı da uğurla başa vurub”.

Müsahibimiz deyir ki, dissertantura təhsili 4 illikdir, lakin Fərhad Qaraşov 4 ilə deyil, çox qısa müddətə həm elmi işini, həm də elmi məqalələrini yazaraq, çap etdirib:

“Görünür, Fərhad Qaraşovun inadkarlığı, elmi rəhbəri Mirdamət Sadıqovun isə İsmayılıya icra başçısı göndərilməsi vəziyyəti dəyişib. Sizə Fərhad Qaraşovun avtoreferatını təqdim edirəm, baxın, müdafiə üçün tələb olunan elmi məqalələrinin 6-nı 2013-də yazıb. İki məqaləsi isə 2014-də çap olunub. Ancaq qeyd etdiyim kimi, 2015-in mart ayının 29-da müdafiə eləyib. Yəni o, təxminən 2 ilə iqtisad üzrə fəlsəfə elmlər doktoru oldu”.

«Fəlsəfə doktoru» elmi dərəcəsi üzrə dissertantlıq yolu ilə təhsil alan şəxslərin müəyyən olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, informatika və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən də doktorluq imtahanları verməli olduğunu da deyən müsahibimiz deyir ki, Fərhad Qaraşovun bu fənlərdən imtahanları necə verdiyindən xəbərdar deyil:

“Hər halda uğurlu verər ki, müdafiəyə buraxılıb…”.

Son olaraq onu da qeyd edək ki, Fərhad Qaraşovun rəsmi opponentləri isə iqtisad üzrə elmlər doktoru Natiq Cavadovla iqtisad üzrə fəlsəfə doktoru Asif Həsənov olublar.

Strateq.az




Yuxarı Əvvələ Ana Səhifə