XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

07 April 2015 - 09:43

Rusiyanı İran əvəz edəcək?

Сергей Лавров на переговорах

Nüvə sazişi Rusiyanın başı üzərindən Damokl qılıncı tək asılıb

Rusiya İranla çərçivə sazişinin imzalanmasından çox rahatsızdır. Bu ölkənin enerji daşıyıcıları bazarına qayıtması neft və qaz qiymətlərinin düşməsinə səbəb olacaq. üstəlik, İran eyni müştərilər uğrunda Rusiya ilə rəqabət aparmağa başlayacaq.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov beynəlxalq vasitəçilər “altılığının” İranla çərçivə sazişinin memarlarından biriydi. Lakin bu razılaşma Rusiyanın başı üzərindən Damokl qılıncı tək asılıb.

Beynəlxalq Energetika Agentliyinin məlumatına görə, neft və qaz 2013-cü ildə Rusiya ixracatının 63%-i təşkil edib. Sanksiyalar sərtləşdirilənə qədər İran dünya enerji daşıyıcıları bazarında aparıcı mövqeyə malik idi. Onun qayıdışı qaz və neftin qiymətlərinin mümkün enməsi və eyni bazar uğrunda mübarzə səbəbindən Rusiyanı təhdid edir.

Yaxın illərdə İranın neft və qaz qiymətlərinə təsiri son dərəcə minimal olacaq. Lakin hətta cüzi tərəddüdlər də Rusiya üçün təsiredici olacaq. Rus rublunun kursu neftin qiymətindən birbaşa asılıdır. Ruslar yaxın illərdə neftin qiymətinin artacağına güvənirdilər. Buna görə də cüzi enmə və yaxud hətta qiymətlərin sadəcə donması kritik ola bilər.

Lakin İranın təbii qazı Rusiya iqtisadiyyatı üçün daha böyük təhlükə yaradır. Avropa ölkələrinin idxal eydiyi qazın 25%-ini Rusiya tədarük edir. ölkənin idxal gəlirlərinin üçdə biri qaz ixracının payına düşür.

Rusiya milli energetika təhlükəsizliyi Fondunun aparıcı analitiki Stanislav Mitraxoviç hesab edir ki, “İran on-iyirmi il ərzində Avropaya əsas qaz tədarükçüsü qismində Rusiyanı əvəz edə bilər”.

İran təbii qaz ehtiyatlarına görə dünyada ikinci yer tutur. Mitraxoviç qeyd edir ki, təhlükə tamamilə realdır, çünki Avropa ölkələri Rusiya qazından asılılıqdan qurtulmaq istəyir.

Rusiya İranın yaxın müttəfiqi olaraq qalır və Tehrana təzyiq üçün xeyli diplomatik və siyasi rıçaqlara malikdir.

2014-cü ildə Rusiya hökuməti Avropadan gətirilən mallara embarqo qoyandan sonra İran Rusiya üçün müəyyən məhsulların tədarükündə (birinci növbədə, meyvə və tərəvəzdə) Avropanı əvəz etdi. Lakin rusiyalı analitiklərin fikrincə, İslam respublikası Avropa ilə beş milyardlıq qaz alverinin xatirinə Rusiya ilə bir milyard dollarlıq alverdən asanlıqla imtina edə bilər.

Михаэль Перл (מיכאל פרל)

qaynaq: Inosmi.ru