XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

07 Aprel 2015 - 15:56

Zəlimxan Məmmədliyə qarşı gizli plan – Cəmiyyət sədri xarici dairələrlə separat əlaqadə ittiham olunur (ÖZƏL)

zel.jpg

“Borçalı” Cəmiyyətində vəziyyət qarışıb. Qurumun növbədənkənar qurultayının çağırılması istiqamətində gərgin iş aparılır. Bu barədə Strateq.az-a məlumatı quruma yaxın olan mənbə verib. Bildirilir ki, hazırda əslən Borçalıdan olan bir neçə nüfuzlu şəxs məhz bu məqsədlə Bakıya təşrif buyurub.

“Bütün səylər Zəlimxan Məmmədlinin sədrlikdən kənarlaşdırılmasına yönəlib. Bu işləri əsasən Kamran Ramazanlı ilə Daşqın Gülməmmədov koordinasiya edir. Əsasən Borçalı ziyalıları arasında Zəlimxan Məmmədlinin mənfi imicinin yaradılmasına çalışılır. Sədrin Rusiyanın məxvi dairələri, eləcə də, Türkiyədəki “nurçular”la sıx təmaslarının olması, borçalıların problemləri deyil, boş-boş işlərə baş qoşması ifşaedici arqumentlər kimi irəli sürülür” -, deyə mənbə bildirir.

Strateq.az-ın əldə etdiyi məlumata görə, vəziyyətin bu həddə çatması Zəlimxan Məmmədlini ciddi narahat etməyə başlayıb. Onun da, borçalı ziyalıları, bəzi içtimai xadimlərlə təmasları intensivləşdirdiyi deyilir. Mənbənin sözlərinə görə, artıq narazılar istəklərinin bir hissəsinə nail ola biliblər. Zəlimxan Məmmədlinin hazırda Gürcüstana buraxılmamasının kökündə məhz onun Rusiyanın bəzi dairələrilə sıx təmaslarının olmasına dair arqumentlərə qonşu ölkə rəhbərliyinin inanması durur. Görünür, narazıların bu istiqamətdə göstərdiyi fəaliyyət öz bəhrəsini verib.

Məlumatı dəqiqləşdirmək üçün, Cəmiyyətin fəal üzvlərindən olan Kamran Ramazanlı ilə əlaqə saxladıq. O, Strateq.az-a açıqlamasında Zəlimxan Məmmədlinin qurumun sədrliyindən kənarlaşdırılması istiqamətində işin aparıldığını təsdiqlədi: “Hazırkı sədrlə bağlı narazılıqlar hədindən artıq çoxdur. Ona görə ki, o, qurumun qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədi. Neçə illərdir ki, o, bədii, ədəbi tədbirlərin keçirilməsindən başqa heç nə etmir. Bu da borçalıların haqlı narazılığına səbəb olur. Milli məktəblərlə bağlı yaranmış problemdə qurumun sədri seyrçi qaldı. Onun hansı dairələrlə əlaqədə olmasını konkret deyə bilmərəm, ancaq Türkiyədəki bəzi dairlərlə mütəmadi təmaslarının olmasını bilirəm. Hətta bunun kimin vasitəsilə yradıldığı barədə də məlumata malikəm”.

Zəlimxan Məmmədlinin də fikirlərinə yer verməyə hazırıq.

Məhəmməd

Strateq.az