XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 August 2017 - 19:44

Mövqelərimizə soxulmağa cəhd edən düşmən kəşfiyyatçısı belə məhv edildi –VİDEO

Avqustun 8-də gündüz saatlarında cəbhənin Xocavənd-Füzuli istiqamətində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu növbəti dəfə təxribat törətmək məqsədilə mövqelərimizə basqın etməyə cəhd göstərib.

Azərbaycan Müdafiə Nazirliyindən Strateq.az-a verilən məlumata görə, dərhal görülən tədbirlər nəticəsində geri çəkilməyə məcbur edilən təxribat qrupunun bir üzvü sərrast atəşlə məhv edilib:

"Qoşunlarımız heç bir itki verməyib və əməliyyat şəraiti tam nəzarətimizdədir".