XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

19 Avqust 2017 - 16:47

QRU generalı Kreml ekstrasenslərinin sirrini açdı –KQB mayoru Cuna, Rusiya xüsusi xidmətlərinə işləyən Zirəddin Rzayev....

pravda.ru, 19.08.2017

 

Ekstrasens və parapsixoloqlar Rusiya Baş Kəşfiyyat İdarəsinin (rusca: QRU – tərc.) qulluğunda dururlar – ekspertlər pravda.ru-nun oxucularına bu barədə dəfələrlə danışıblar. QRU-nun istefadakı general-mayoru, xüsusi xidmətlərin tarixçisi Valeri Malevannıy bu günlərdə bu faktı təsdiqləyib. Onun sözlərinə görə, hər bir prezidentin, hər ölkənin hökumətinin parapsioxoloji xidməti var.

Malevannıy “Звезда” telekanlına müsahibədə deyib: “Yeltsinin məxfi parapsixoloji xidməti var idi. Hər bir prezidentin, hər bir xüsusi xidmətin bu cür xidməti var. Və burada ən yaxşı ekstrasenslər işə qoşulur. Elə o Cunanın özü KQB-nin xidmətində idi, mayor rütbəsi var idi. Bu, normaldır, adi məsələdir”.

Bu sistem SSRİ-də o qədər inkişaf etdirilmişdi ki, Dövlət Təhlükəsizlik Komitəsində 27 xüsusi institut yaradılmışdı. O cümlədən ekstrasensorikaya həsr edilmiş. Ekstrasenslər bəzən hətta prezident aparatına daxil olurlar. Məsələn, Boris Yeltsinin idarəçiliyində bu cür idi. Stalin isə mühüm qərarlar qəbul edərkən Volf Messinqlə, cadugər Natalya Durova və digər şaman qadınlarla məsləhətləşərdi.

Malevannıyın sözlərini FMX-nin ehtiyatdakı başqa general-mayoru Boris Ratnikov da təsdiqləyib. O, qeyd edib ki, “kəşfiyyat və əks-kəşfiyyat üzrə məxsusi tapşırıqların” həlli zamanı ekstrasenslərlə işləmək təcrüməsinə malik olub.

Klinik psixoloq və ekstrasens Zirəddin Rzayev xüsusi xidmətlərə işləmək təcrübəsi haqda “Звезда”ya danışıb. “Xüsusi xidmətlərə gəlincə, bəli, mən onlarla – FTX, DİN və ekstremizmə qarşı fəaliyyət Mərkəzi ilə işləyirəm. Mənim bir neçə mükafat medalım var. Ümumiyyətlə, Moskva cinayət axtarışı idarəsi ilə iş görmək mənim üçün şərəfdir. Qədim dövrlərdən başlayaraq bəsirətlilər hər bir sultanın, padşahın və fironun xidmətində durublar”, – deyə ekstrasens öz işinin detallarını açıqlamadan danışıb.

Cinayətlərin təhqiqatında da çox vaxt parapsixoloq və qeyri-adi qabiliyyəti olanların xidmətinə əl atırlar. Məsələn, Ryazan vilayətində itmiş qızın cəsədini harada axtarmağı məhz ekstrasenslər xəbər veriblər. O, mağazaya gedərkən yoxa çıxmışdı. İtki haqda yaxşı alibisi olan nişanlısı xəbər vermişdi. “İstintaqın köməkçisi” söyləyib ki, qız ölüb və meşədə basdırılıb. Sonradan aydınlaşıb ki, adaxlı nişanlısını qətlə yetirib, sonra şaqqalayıb və meşədə basdırıb.

Nəşrimiz artıq bu haqda yazıb ki, MKİ də paranormal qabiliyyətli adamları işə cəlb edir. Məsələn, 1970-lərdə ekstrasenslər nəinki sovetlərin ən yeni silahı haqda məlumatı açıblar, həm də Qərbdəki rezidenturamızı üzə çıxarıblar. Bütün dünya üzrə xüsusi agentlər qeyri-adi adamları toplayırdılar, proqramın adı “Ulduz darvazaları” idi. Cavabında SSRİ-də “Beyin müharibələri” məxfi proqramı yaradılıb.  

Şahidlərə cinayət detallarını yada salmaqda kömək edən üsullara sahib olan psixolqlar da təhqiqatlara böyük yardım göstərirlər. Deməli, 2014-cü ildə Rusiya İstintaq Komitəsi Kriminalistika Baş İdarəsinin psixoloqları 180 istintaqı aparmağa yardım ediblər, İK-dəki psixoloq ştatının sayı isə iki dəfə artırılıb. Koqnitiv müsahibə üsulu insann yaddaşını stimullaşdırmağa kömək edir, sorğulanan bu qayda ilə adi söhbətin gedişi və yaxud söhbətdəkindən 30-80% çox məlumat xatırlaya bilir.

Tərcümə Strateq.az-ındır.